Month: January 2021

  • Baş nazirdən fərdi reabilitasiya ilə bağlı MÜHÜM QƏRAR

    Nazirlər Kabineti “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

    Median.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən hazırlanıb və əlilliyi olan şəxslərin Fərdi Reabilitasiyası Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi ilə əlaqədar məsələləri tənzimləyir.

    Fərdi proqram əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.

    Fərdi proqram Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş məzmunda hazırlanır və təsdiq edilir.

    Dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər Fərdi proqramın icrasını təmin etməlidirlər.

    Əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) Fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əlilliyi olan şəxs Fərdi proqramın hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda Fərdi proqram onun yaşadığı yerdə hazırlanır.

    TSEK əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya poten- sialını dəyərləndirir, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksi- yalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınır.

    TSEK Fərdi proqramın hazırlanması prosesinə aidiyyəti üzrə mütəxəssisləri cəlb edə bilər.

    Fərdi proqram əlilliyin müəyyən edildiyi müddətə, əlillik müddətsiz müəyyən edildikdə isə 5 (beş) il müddətinə tərtib olunur. TSEK hər bir reabilitasiya tədbirinin həyata keçirilməsi müddətini, Fərdi proqramın müddətindən çox olmamaqla müəyyən edir.

    TSEK tərəfindən Fərdi proqram əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə 2 (iki) iş günü ərzində hazırlanır. Hazırlanmış Fərdi proqram 1 (bir) iş günü müddətində MEİS-ə daxil edilir.

    TSEK əlilliyi olan şəxsə və (və ya) onun qanuni nümayəndəsinə reabilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, sosial- hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verir.

    Fərdi proqram hazırlanan zaman əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır.

    2.8. Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi Fərdi proqramın tərtib edilməsindən imtina etdikdə bu məsələ TSEK tərəfindən 1 (bir) iş günü müddətində aktlaşdırılır və həmin gün MEİS-ə daxil edilir.

    Aparılmış araşdırmalar nəticəsində və ya əlilliyin əsassız müəyyən olunması ilə bağlı hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərlə əlaqədar əlilliyi olan şəxsin Fərdi proqramına yenidən baxılması zərurəti yarandıqda TSEK həmin şəxsi dəvət edir. Bununla əlaqədar MEİS üzərindən həmin əlilliyi olan şəxsin əlaqə vasitələrindən birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) məlumat göndərilir.

    Fərdi proqramla müəyyən edilmiş tədbirlərin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə altı ayda bir dəfə TSEK tərəfindən aidiyyəti üzrə tədbirlərə yenidən baxılır.

    Hazırlanmış Fərdi proqram Nazirliyin “e-sosial” internet portalında əlilliyi olan şəxsin şəxsi kabinetində (bundan sonra – şəxsi kabinet) xüsusi bölmədə əks olunur. Şəxsi kabinetdə əlilliyi olan şəxsin fərdi məlumatları, əlillik dərəcəsi, əlilliyin səbəbi, müddəti, Fərdi proqramın təsdiq olunma tarixi, proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri, onların başlanma və bitmə tarixləri, habelə onların icra vəziyyəti barədə məlumatlar əks olunur.

    Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi TSEK tərəfindən müəyyənləşdirilmiş Fərdi proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri ilə razı olmadığı təqdirdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

    Qərara əsasən, əlilliyi olan şəxslərin Fərdi proqramının həyata keçirilməsi qaydası müəyyənləşib.

    Fərdi proqram üzrə müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsi üçün Fərdi proqramdan çıxarış elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda isə kağız daşıyıcıda bu tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş icraçılara göndərilir.

    Fərdi proqramda müəyyənləşdirilmiş tədbirlər üzrə görülmüş işlərə dair məlumat icraçılar tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda kağız daşıyıcıda TSEK-ə təqdim edilir.

    Təkrar əlilliyin müəyyən olunmasından sonra Fərdi proqramın hazırlanması zamanı əvvəlki Fərdi proqramda nəzərdə tutulmuş tədbirlərin icrası, effektivliyi, eləcə də aparılan tibbi, peşə- əmək, psixoloji-pedaqoji reabilitasiyasının və sosial bacarıqların inkişafı üzrə görülmüş müvafiq tədbirlərin nəticələri TSEK tərəfindən qiymətləndirilir.

    Əlilliyi olan şəxsin təhsili və peşə hazırlığı, məşğulluğu və iş yerinin mövcud infrastrukturun müyəssərliyi Fərdi proqrama uyğun olaraq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin edilir.

    Müddəti başa çatmış Fərdi proqramın yerinə yetirilməsi barədə hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən olunmuş məzmunda TSEK tərəfindən tərtib edilir və hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq MEİS üzərindən Agentliyə təqdim edilir.//sfera.az

  • Ermənistan qalıqları tapılan əsgərlərin DNT nəticələrini dəyişdirir – İDDİA

    Qarabağdakı döyüşlərin getdiyi zonada qalıqları tapılan 468 cəsədin kimliyi genetik tibbi ekspertizalarda müəyyənləşdirilib.

    Median.Az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, Ermənistan hökumət binası yaxınlığında keçirilən aksiya zamanı itkin düşmüş əsgərin valideynlərindən biri DNT analizlərində cəsəd qalıqlarının kimliyinin səhv müəyyənləşdirilməsi barədə açıqlama vermişdi.//Sfera.az

  • В Норвегии умерли двое привитых от коронавируса

    В Норвегии зарегистрированы две смерти среди людей, которые сделали прививку от коронавируса.

    Об этом Median.Az передает со ссылкой на Норвежское агентство лекарственных средств.

    “5 января мы получили два сообщения о смертях, произошедших через несколько дней после вакцинации”.

    Вакцинация от коронавируса в Норвегии стартовала 27 декабря 2020 года. Были закуплены препараты американской компании Pfizer.

  • Norveçdə koronavirusdan peyvənd edilmiş şəxslər ölüblər

    Norveçdə COVID-19 əleyhinə peyvənd olunmuş iki şəxs vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Dərman Vasitələri Agentliyi bildirib.

    “Yanvarın 5-də biz peyvənd edilmədən bir neçə gün sonra ölmüş iki şəxs barədə xəbər aldıq”, – məlumatda deyilir.

    Norveçdə Amerikanən “Pfizer” şirkəti və onun alman partnyoru “BioNTech” tərəfindən istehsal edilmiş preparatdan istifadə ilə vaksinləmə ötən ilin 27 dekabrında başlayıb.

    Ölkədə ilk olaraq Oslodakı qocaların evinin sakinləri peyvənd edilib. Hakimiyyət orqanları ölüm hallarının vaksinləmə ilə bağlı olub-olmadığını araşdırmağa başlayıb.

    “Biz peyvəndin ölüm səbəbi olmasını və ya ölümün vaksinləmədən tezliklə sonra təsadüfən baş verdiyini təhlil etməliyik”, – agentliyin nümayəndəsi deyib. Onun sözlərinə görə, indi sağlamlığının zəif olduğu və ya ciddi xəstəliklərdən əziyyət çəkən risk qruplarından olan insanlar peyvənd edilirlər.

  • В Баку в квартире обнаружили труп

    В квартире в Насиминском районе Баку обнаружили тело 35-летнего мужчины.

    Об этом Report сообщили в Министерстве по чрезвычайным ситуациям Азербайджана.

    Согласно информации, поступившей на горячую линию министерства 112, один человек остался в беспомощном состоянии за закрытыми дверями в квартире в Насиминском районе Баку. Сотрудники службы спасения особого риска открыли дверь квартиры и передали тело Лованова Руслана Анатольевича 1986 года рождения.

  • Bakıda mənzildə meyit aşkarlandı

    Bakının Nəsimi rayonunda mənzildə 35 yaşlı kişinin meyiti aşkarlanıb.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Lovanov Ruslan Anatolyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • “Məni öldürməyə gücünüz çatmaz!” – Yeni il rəqsinə görə tənqid edilən Röyadan ilk AÇIQLAMA

    Xalq artisti Röya Ayxan Yeni il gecəsi rəqs etdiyi anları əks etdirən videosuna görə sosial şəbəkələrdə onun ünvanına yazılan tənqidlərə cavab verib.

    Median.Az xəbər verir ki, bununla bağlı müğənni sosial media hesabında yazıb.

    “Məni hər kəs bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdi. Amma mən daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm.

    Əgər evimdə rəqsim sizi narahat etdisə, o zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiniz. Yox, əgər məndə səhv axtarırsınızsa, əvvəlcə özünüzə baxın. İnsanı özündən çıxarmayın! Məni öldürməyə gücünüz çatmaz”, – deyə R. Ayxan bildirib.//sfera.az

  • Qadağan edilməsinə baxmayaraq, polietilen torbalar hələ də satışdadır – VİDEO

    Bu il yanvar ayının birindən etibarən polietilen torbaların və birdəfəlik plastik qabların istifadəsinə qadağa qoyulub.

    Qərara əsasən sahibkarlar polietilen məhsulları istehsal edə və sata bilməyəcəklər.

    Buna baxmayaraq, bir çox iri iaşə obyektləri və super marktlər hələ də polietilen məhsulların satışını davam etdirirlər.

    Ətraflı Baku TV-nin süjetində:

  • Gəncədə kafe sahibi və müştəriləri cərimələndi

    Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

    ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

    Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.//anews.az

  • “Sabah” futbolçusu ilə müqaviləni yenilədi

    “Sabah” futbolçusu Şakir Seyidovla müqavilə müddətini uzadıb.

    “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

    Seyidov 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. 21 yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib, 2 qola imza atıb (Premyer Liqada 26 oyun 2 qol, ölkə kubokunda 5 oyun).

    Qeyd edək ki, futbolçunun “Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.