Month: January 2021

  • Müharibə niyə başladı? – Ermənistanın keçmiş baş nazirinin müavinindən ŞOK

    “Nikol Paşinyan və komandası Qarabağ məsələsinin həllini Ermənistan iqtisadiyyatına sürətli investisiyaların qorunub saxlanmasının və möhkəmlənməsinin qarantı kimi gördü”.

    Median.Az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş nazirinin müavini Armen Gevorqyan “Alternativ Layihələr” nəşrinə verdiyi Qarabağdakı müharibənin səbəbləri və erməni tərəfinin məğlubiyyəti ilə bağlı təhlillərini təqdim etdiyi geniş bir məqalədə yazıb.

    Ermənistan rəhbərliyinin strateji səhvlərindən danışan Gevorqyan qeyd edib ki, Paşinyanın hakimiyyətdə olduğu illərdə bir neçə strateji səhv etdiyinə dair nəticəyə gəlib. Bu səhvlər də hazırda məlum olan nəticələrə gətirib çıxarıb.

    O, Paşinyanın Qarabağ məsələsində “sürətli və dinc həll yolu”na getməsini ilk səhv hesab edir. Baş nazir belə qərara Qərbin inqilabdan sonrakı Ermənistanı “azad” etməyəcəyi məlum olandan sonra gəlib. İkinci səhv isə Paşinyan və komandasının Qarabağ məsələsinin detallarını ictimaiyyətdən gizlətməsi və barışıq üçün ictimai rəy hazırlamamasıdır.

    Gevorqyan Paşinyanın iki stula oturmaq cəhdlərini üçüncü səhvi adlandırıb. O, baş nazirin strateji tərəfdaş məsələsində düzgün seçim edə bilmədiyini düşünür.

    Xusuilə, Qərbin bəzi ani vədlərinə görə Rusiya ilə illərdir qurulan münasibətləri soyutmağa başlaması buraya daxildir:

    “Paşinyan və onun komandası Ermənistandakı Rusiyapərəst düşüncəli işgüzar elitanın imkanlarını məhdudlaşdırmağa, onları “köhnə hakimiyyətin şəriki” kimi qələmə verməyə başlayır, paralel olaraq Qərb tərəfdaşları Paşinyan hökuməti üçün maliyyə yastıqları yaradırlar. 2019-cu ilin aprel-may aylarında Dünya Bankı və BVF Ermənistana 500 milyon kredit ayırmaq üçün bir layihə hazırlayır”.//publika.az

  • Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər – VİDEO

    Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayıb.

    Median.Az həmin görüntüləri təqdim edir.

  • Erməni hərbçilərin cəsədləri maşınlarda saxlanılır – Metsamorda

    Ermənistanda hərbçilərin cəsədlərinin saxlanıldığı meyitxanadan çəkilən foto sosial şəbəkələrdə geniş yayılıb.

    Median.Az xəbər verir ki, fotoda səyyar soyuducu yük maşınlarının morqun qarşısında olduğu görünür.

    Görüntülər Metsamorda lentə alınıb.

    “Hərbçilərin qalıqlarının saxlanıldığı Metsamor morqunun yaxınlığında “Spayka” şirkətinin loqosu olan soyuducular yerləşdirilib. Bununla bağlı vətəndaşlardan həyəcanlı siqnallar daxil olur. Qeyd edilir ki, müharibədə iştirak edən və şəxsiyyəti məlum olmayan əsgərlərin qalıqları Metsamor meyitxanasında çoxaldığı üçün soyuducular gətirilib”, – deyə məlumatda qeyd olunub.

    Ermənilər bildirirlər ki, cəsədlərin artması ilə əlaqədar səyyar soyuducu maşınlarına ehtiyac yaranıb.

    Qeyd edək ki, 13 noyabr 2020-ci ildən bəri Qarabağ münaqişəsi zonasında 1287 erməni cəsədi və qalıqları aşkar olunub. Axtarışlar müxtəlif istiqamətlərdə davam etdirilir. (Azvizion)

  • Dünyanın ən bahalı brendi açıqlandı

    Dünyanın ən bahalı brendi olan “Apple” 263,4 milyard ABŞ dolları məbləğində dəyərləndirilir.

    Median.Az xəbər verir ki, “Brand Finance” məsləhətçi şirkətinin məlumatına görə, sonrakı yerlərdə 254,2 milyard dollarla “Amazon”, 191,2 milyard dollarla “Google”, 140,4 milyard dollarla “Microsoft”, 102,6 milyard dollarla “Samsung” qərarlaşıb.

    Qeyd olunur ki, 2016-cı ildən sonra məhrum edildiyi liderliyə yenidən yiyələnən “Apple” uğurlu şaxələndirmə strategiyası yürüdərək il ərzində dəyərini 87 faiz artırmağı bacarıb.

  • Diqqət: Bu şəxslərə 4 400 manat veriləcək

    2021-ci ildə intensiv üsulla salınan fındıq bağlarının hər hektarına görə fermerlərə 4 400 manat birdəfələlik əkin subsidiyası veriləcək.

    Median.Az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin sədr müavini Fərid Rəhimli bildirib.

    Onun sözlərinə görə, Meşə fondu olan torpaqlar elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən birdəfəlik əkin subsidiyası üçün nəzərə alınacaq. Bağ salmaq istəyən fermer birdəfəlik əkin subsidiyası ala bilmək üçün əvvəlcə torpaqdan istifadə hüququna dair sənədi sistemdə qeydiyyatdan keçirməlidir:

    “Əsas şərt bağın 2021-ci ildə salınması, monitorinq dövründə tinglərin bağ qaydalarına uyğun əkilməsi və damcı suvarma sisteminin qurulmasıdır. Bu şərtlərə sahib olmayan fındıq bağları birdəfəlik subsidiyadan məhrum olunacaqlar, onlar yalnız əkin subsidiyası alacaqlar”.

    F.Rəhimli qeyd edib ki, 2020-ci ildə 46 300 hektar fındıq bağı üçün fermerlərə subsidiya ödənilib: “Bunun sadəcə 1900 hektarı intensiv bağların payına düşür. Ümid edirik ki, yeni tətbiq edilmiş subsidiya mexanizmi ilə bu il həmin rəqəm ikiqat artacaq”.

  • Gürcüstan hökumətindən bu ölkəyə getmək istəyənlərə tələb

    1 fevraldan etibarən müntəzəm uçuşların bərpasından sonra Gürcüstana gələn sərnişinlər son 72 saat ərzində verilən PCR testinin nəticəsini təqdim etməli olacaqlar.

    Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bu gün keçirdiyi brifinqdə deyib.

    Bu qayda koronavirus əleyhinə peyvəndləmənin hər iki mərhələsindən keçən insanlara şamil edilmir.

    Hal-hazırda Gürcüstana gələn insanların bir neçə gün ərzində ikinci PCR testi etməsinə ehtiyacın olub-olmadığına qərar verilir.

    Rəsmi qərar yaxın günlərdə açıqlanacaq.

  • “Azəriqaz”: İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması işlərinə başlanılıb

    “İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı ümumi plan var. Yəni dövlətin ümumi proqramı var. Biz də, o proqramda iştirak edəcəyik”.

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev “Report”a açıqlamasında deyib ki, ilkin olaraq layihə işlərinə başlanılıb.

    Onun sözlərinə görə, burda “Azəriqaz” daxili qaz şəbəkəsinin, paylayıcı sistemin yaradılması ilə məşğuldur. Oraya magistral qaz kəməri də çəkilməlidir. Hazırda layihə axtrarış işləri gedir: “Amma konkret hansısa bir işə başlanma vaxtı, müddəti dəqiq deyə bilmərəm.”

    “İlkin olaraq Araz boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur və ordan da yuxarı rayonlara, Dağlıq Qarabağa doğru paylanması həyata keçiriləcək. Hazırda mövcud olan boru xətləri inventarlaşdırılıb, bununla bağlı xüsusi komissiyalar yaradılıb, bizim də 6 nəfər əməkdaşımız o komissiyalara daxildir.

    Qazın çəkilişi üçün magistral xətt olmalıdır, tələbat müəyyənləşdirilməlidi, hansı ərazidə sənaye sahələri olacaq, hansı ərazidə daha çox əhali olacaq, bunları bilmədən layihəyə başlanması ilə bağlı dəqiq heç nə deyə bilmərəm”, – qurumun baş direktoru deyib.

  • Oqtay Gülalıyevi vuran sürücü həbs edildi

    Avtomobili ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevi vuran taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev həbs edilib.

    Median.Az xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev şəxsi feysbuk hesabında bildirib.

    Onun sözlərinə görə, Kənan Abdullayevə 2 il 3 ay həbs cəzası verilib. Bundan başqa o, 3 il sürücülükdən məhrum etmə cəzasına məruz qalıb.

    Qeyd edək ki, sözügedən hadisə 2019-cu ilin oktyabrın 29-da baş verib. Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən zaman O.Gülalıyevi vurub. Hadisədən sonra hüquq müdafiəçisinin əvvəlcə yerli, daha sonra isə Türkiyə xəstəxanasında müalicəsi aparılıb. Onun hazırda müalicəsi Bakıda davam etdirilir.//qaynarinfo.az

  • Bakıda yaşayan Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqəsinin verilməsi vaxtı uzadılıb

    Bu il yanvarın 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi prosesinin vaxtı uzadılıb.

    “Report”un məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

    Bildirilib ki, şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi fevralın 15-dək Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 130 ünvanında Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən təmin olunacaq.

  • Bu il Günəş və Ay tutulması nə vaxt olacaq?

    2021-ci ildə planetimizin sakinləri Ayın tam tutulmasını, bir neçə meteorid axınını və Günəş sistemi planetlərini müşahidə edə biləcəklər.

    Bu barədə “İnterfaks”a Rusiya Elmlər Akademiyasının Pulkovsk rəsədxanasından məlumat verilib.

    Məlumata əsasən, Ayın tam tutulması mayın 26-da baş verəcək və 3 saat 8 dəqiqə davam edəcək. Maksimal faza Bakı vaxtilə saat 15:19-da müşahidə olunacaq.

    “Ay tutulması günorta saatlarında baş verdiyindən onu yalnız Uzaq Şərq sakinləri görə biləcəklər. Həmin vaxt orada hava qaralacaq”, – deyə rəsədxanadan bildirilib.

    İkinci Ay tutulması noyabrın 19-na təsadüf edəcək. Onun maksimal fazası Bakı vaxtilə saat 13:04-də olacaq. Hadisəni yalnız Şimali Amerika, Çukotka və Kamçatka ərazilərindən görmək mümkün olacaq.

    İyunun 10-da Günəşin halqavarı tutulması baş verəcək. Rusiya və MDB ölkələri, həmçinin Kanada, Qrenlandiya sakinləri bu təbiət hadisəsinin müxtəlif fazalarını izləyə biləcəklər.

    Həmçinin 2021-ci ildə 22 aprel, 6 may, 12 avqust, 8 oktyabr, 21 oktyabr, 17 noyabr və 14 dekabr tarixlərində Yer əhalisi meteorit axınlarını müşahidə edəcək.

    Bununla yanaşı, may ayında səhər, oktyabr ayında isə axşam saatlarında Merkuri, avqust ayında Yupiter və Saturn, ilin ilk yarısında Mars, ikinci yarısında isə Venera planetlərini görmək mümkün olacaq.