Month: January 2021

  • İşğaldan azad edilən Qubadlının daha bir kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Vətəndaşın MTK ilə bağlı müraciətinə obyektiv baxılmayıb? – Baş Prokurorluq məsələyə aydınlıq gətirdi

    Bəzi kütləvi informasiya vasitələrində Novruzov Vəli Şirməmməd oğlunun “MTK-REAL” mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin dələduzluğu nəticəsində həmin MTK-dan oğulları Elnur və Elvin Novruzovların, habelə qohumu Gəncəli İsmayılovun adına aldığı 3 mənzilə və 2 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının pozulması və bu barədə prokurorluq orqanlarının əməkdaşları tərəfindən guya onun müraciətlərinə obyektiv baxılmaması barədə informasiyalar yayılıb.

    Baş Prokurorluqdan bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.

    Belə ki, “MTK-REAL” mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin inşa edilmiş binada olan eyni mənzili ayrı-ayrı vətəndaşlara qanunsuz satmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq və vəzifə saxtakarlığı kimi cinayət əməllərini törətdikləri üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, cinayət işi baxılması üçün ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə həmin şəxslər təqsirli bilinərək məhkum edilib.

    Qeyd olunan cinayət işinin istintaqı üzrə Vəli Novruzovun “MTK-REAL” mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən pul vəsaitinin ələ keçirilməsinə dair şikayəti ilə bağlı aparılmış araşdırma zamanı həmin kooperativlə bağlanmış müqavilələrə əsasən 3 mənzil və 2 qeyri-yaşayış sahəsinin onun iki oğlu və qohumunun adına rəsmiləşdirilməsi təsdiqini tapıb.

    Eyni zamanda, “MTK-REAL” mənzil-tikinti kooperativinin verdiyi iddialar üzrə rayon məhkəmələrinin müvafiq qətnamələri ilə kooperativlə cavabdeh Gəncəli İsmayılov arasında bağlanmış mənzil alqı-satqısına dair müqavilə ləğv edilib.

    Beləliklə,Vəli Novruzovun müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və bununla bağlı işlərə artıq mülki qaydada müvafiq məhkəmələrdə baxıldığından 5 fevral 2019-cu il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu xüsusatlar üzrə aparılan araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunub və həmin qərarın surəti rəsmi qaydada şikayətçiyə göndərilməklə, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən həmin qərardan müvafiq qaydada şikayət etmək hüquqları izah edilib.

  • Президент Ильхам Алиев подписал распоряжение о награждении Тофига Бакиханова орденом “Шараф”

    26 января Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Тофига Ахмед Ага оглу Бакиханова орденом “Шараф” за большие заслуги в развитии музыкальной культуры в республике.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev ona “Şərəf” ordeni verdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Tofiq Əhməd Ağa oğlu Bakıxanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

    Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

    Sərəncama əsasən, T.Ə.Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.

  • Yeni smart-tipli sayğaclardan kimlər istifadə edəcək? – AÇIQLAMA

    “Əhaliyə limit verilib. Noyabr-oktyabr aylarından başlayaraq müəyyən edilən limiti keçən abonentlər yandırdığı sərfiyyata uyğun daha çox vəsait ödəyir. Bununla əlaqədar onlar qaz sərfiyyatı üçün ödədikləri vəsaitin çox olduğunu bildirirlər”.

    Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib:

    “3-5 ildən bir sayğaclar dövlət yoxlamasına getməlidir. Bəzi abonentlərimiz müddəti bitmiş sayğaclardan narazıdırlar. Biz bu gün köhnə sayğacların yeniləri ilə əvəz olunmasını təmin edirik. Sayğacların yoxlanma prosesi təkcə “Azəriqaz”ın iştirakı həyata keçirilmir, burada həm də Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri iştirak edir. Həmin nümayəndənin imzası, onun razılığı olmadan bu sayğaclar istismara buraxılmır. Ölkəyə gətirilən sayğaclar dövlət reyestrindən keçir. Əgər abonent şikayət edirsə, biz onu araşdırmağa hazırıq.

    Yeni smart-tipli sayğacları isə yalnız yeni abonentlər üçün, eyni zamanda bundan əvvəl də smart-tipli sayğacların istifadə olunduğu yaşayış evlərinə quraşdıracağıq.

    Həm yeni abonentlər üçün quraşdırılan sayğaclar, həm də sayğacların dəyişdirilməsi tam ödənişsizdir”.

  • Таги Ахмедов госпитализирован в тяжелом состоянии

    Экс-начальник Бакинского метрополитена Таги Ахмедов госпитализирован в одно из частных медучреждений столицы в связи с ухудшением состояния здоровья, передает Yeni Sabah.

    Отмечается, что из-за сахарного диабета у него отказали ноги.

    В настоящее время врачи оценивают состояние Т.Ахмедова как тяжелое.

  • Tağı Əhmədov xəstəxanaya yerləşdirildi

    “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb.

    “Yeni Sabah”ın məlumatına görə, onun ayaqları tutulub. T. Əhmədov Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

    Onun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub.

    Hazırda metropolitenin keçmiş rəisinin vəziyyətinin ağır olduğu bildirilir.

  • Çörək və unun satışı vergidən azad olunur, aksizli malların dərəcələri artırılır – YENİLİKLƏR

    Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il əlavə dəyər vergisindən azad olunacaq.

    “Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

    Başqa sözlə, vergidən azadetmə 2022-ci ilədək davam edəcək.

    Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək ƏDV ödənişindən azad edilmişdi.

    Digər dəyişikliklə Azərbaycanda kəpəyin istehsalı və satışı vergidən daha 1 il vergidən azad olunur.

    Kəpəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

    Layihəyə əsasən, həmçinin Azərbaycanda aksizli malların siyahısı genişləndirilməsi təklif edilir.

    Aksizli malların siyahısına aşğıdakılar daxil edilir:

    – Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər;

    – Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları.

    Həmçinin Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır.

    Siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.

  • Xəzərdə balıq ovuna qadağa var? – AÇIQLAMA

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində balıq ovunun qadağan olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

    Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev danışıb.

    Onun sözlərinə görə, daxili su hövzələri və Xəzər dənizində həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur:

    “Sadəcə olaraq, həvəskar balıq ovu ilə məşğul olanlar beş kiloqramdan çox balıq ovlaya bilməzlər. Təbii ki, balıq ovu böyük həcmdədirsə, o zaman məhdudiyyət tətbiq edilir”.

    Xidmət rəisi qeyd edib ki, ovla məşğul olmaq istəyən şəxslər ilk növbədə ovçuluq bileti əldə etməlidir.

  • В Азербайджане выявлены 326 новых случаев инфицирования коронавирусом, скончались семь человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 326 новых случаев инфицирования коронавирусом, 551 пациент вылечился и был выписан домой, скончались семь человек.

    Об этом 26 января сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 229 358 человек, 3 100 – скончались, 221 116 – вылечились, 5 142 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 372 616 тестов на COVID-19 (за последние 24 часа – 7 807).