Month: January 2021

  • Gürcüstan hökumətindən bu ölkəyə getmək istəyənlərə TƏLƏB

    1 fevraldan etibarən müntəzəm uçuşların bərpasından sonra Gürcüstana gələn sərnişinlər son 72 saat ərzində verilən PCR testinin nəticəsini təqdim etməli olacaqlar.

    Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bu gün keçirdiyi brifinqdə deyib.

    Bu qayda koronavirus əleyhinə peyvəndləmənin hər iki mərhələsindən keçən insanlara şamil edilmir.

    Hal-hazırda Gürcüstana gələn insanların bir neçə gün ərzində ikinci PCR testi etməsinə ehtiyacın olub-olmadığına qərar verilir.

    Rəsmi qərar yaxın günlərdə açıqlanacaq.

  • Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

    Yanvarın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

    XİN-dən verilən məlumata görə, görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.

    Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb.

    V. Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.

  • İran Rusiyanın koronavirus peyvəndini alacaq

    İran səlahiyyətliləri Rusiyanın “Sputnik V” peyvəndini təsdiqləyiblər.

    TASS xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra bildirib.

    “Yaxın gələcəkdə “Sputnik V” peyvəndini ala biləcəyimizə və birgə istehsalına başlayacağımıza ümid edirik”, – deyə Zərif qeyd edib.

  • Xırdalanda partlayış baş verən ərazidə qazın təzyiqi ilə bağlı AÇIQLAMA

    Xırdalanda ikimərtəbəli yaşayış evində baş vermiş partlayış qazın verilməsində hər hansı bir problemlə əlaqəli olmayıb.

    “Gün ərzində “Azəriqaz”ın “104” qaynar xəttinə bu ərazidə qazın təzyiqi və ya dayanması ilə bağlı şikayət daxil olmayıb. Bu cür müraciətlər bizə daxil olan zaman onlar sistemdə qeyd olunur. Bunu istənilən aidiyyatı orqan yoxlaya bilər. Partlayış baş verən gün isə ərazidən bizə heç bir şikayət daxil olmayıb”, – bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib.

    O qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, yeraltı qazsızmalar “Azəriqaz”ın səlahiyyətindədir və bununla əlaqədar altı aydan bir baxış keçirilir:

    “Azəriqaz” İB yalnız yeraltı qaz kəmərləri və sayğaca qədər olan kəmərlərin istismarından məsuliyət daşıyır. Sayğacdan sonra isə məsuliyyət “Azəriqaz”ın səlahiyyətində deyil. Xırdalanda hadisə baş verən ərazidə isə hər hansı bir yeraltı qaz kəməri də keçmir”.

  • Avtomobil təmiri sexində fəaliyyət göstərən pendir və yağ istehsalı müəssisəsi aşkarlanıb

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən İmişli rayonu ərazisində “Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun sol kənarı R11” ünvanında fiziki şəxs Ağayev Bəşir Ələsgər oğluna məxsus pendir və yağ istehsalı müəssisəsinə baxış keçirilib.

    Median.Az AQTA-ya istinadən xəbər verir ki, ilkin baxış zamanı müəssisənin avtomobil təmiri sexində baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına, eləcə də qüvvədə olan hüquqi normativ aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə pendir və yağ məhsullarının heç bir laborator müayinəyə cəlb edilmədən, soyuq zəncir rejiminə əməl olunmadan və üzərində etiketləşdirmə aparılmadan istehsal olunduğu aşkarlanıb.

    Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

    Araşdırmalar davam edir.

  • Gürcüstan hökumətindən bu ölkəyə getmək istəyənlərə TƏLƏB

    1 fevraldan etibarən müntəzəm uçuşların bərpasından sonra Gürcüstana gələn sərnişinlər son 72 saat ərzində verilən PCR testinin nəticəsini təqdim etməli olacaqlar.

    Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bu gün keçirdiyi brifinqdə deyib.

    Bu qayda koronavirus əleyhinə peyvəndləmənin hər iki mərhələsindən keçən insanlara şamil edilmir.

    Hal-hazırda Gürcüstana gələn insanların bir neçə gün ərzində ikinci PCR testi etməsinə ehtiyacın olub-olmadığına qərar verilir.

    Rəsmi qərar yaxın günlərdə açıqlanacaq.

  • BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib

    Beynəlxalq Valyuta Fondu (BVF) cari il üçün dünya neft qiymətləri (ortalama – red.) üzrə proqnozunu 3,3 dollar artıraraq 50,03 dollaradək yüksəldib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, BVF-nin qiymətləndirmələrinə görə, ötən il neftin bir barelinin orta qiyməti 41,29 dollar təşkil edib.

    Hesabatda qeyd edilir ki, 2021-ci ildə neft qiymətlərində artım gözləntiləri qlobal iqtisadiyyatın proqnozlaşdırılan bərpa olunmasını əks etdirir. Hesabatda neft qiymətlərində gözlənilən artıma baxmayaraq, onların 2019-cu ildə müşahidə edilən göstəricidən xeyli aşağı olacağı da vurğulanır.

    Bununla yanaşı, BVF 2022-ci ildə neftin bir barelinin 48,82 dollar səviyyəsində olacağını da proqnozlaşdırır.

  • Ukrayna ərazisinə xarici hərbi qüvvələrin daxil olmasına icazə verildi

    Ukrayna Ali Radası ölkə ərazisinə xarici ordu hissələrinin daxil olmasına icazə verən 4499 saylı qanun layihəsini təsdiqləyib.

    “EADaily” portalı xəbər verir ki, layihənin lehinə parlamentin 325 deputatı səs verib. Bu qanun Ukrayna ərazisində NATO ölkələrinin hərbi qüvvələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsinə imkan verəcək.

    Cari ildə səkkiz belə təlim nəzərdə tutulub.

    Qeyd edək ki, Ukrayna 2021-ci ildə ABŞ, Britaniya, Rumıniya və Polşa ilə birgə hərbi təlimlər keçirməyi planlaşdırır.

  • Bakıda 37 yaşlı qadının intihar etməsi ilə bağlı prokurorluqdan AÇIQLAMA

    Bakıda 37 yaşlı qadın intihar edib.

    Bununla bağlı Baş Prokurorluqdan açıqlama verilib.

    Bildirilib ki, yanvarın 26-da saat 17 radələrində paytaxtın Binəqədi rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

    İntihar faktı üzrə hazırda Binəqədi rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

  • Sabah bəzi ərazilərdə su olmayacaq

    Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 27 yanvar 2021-ci il tarixində gün ərzində Abşeron, Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.