Month: January 2021

  • Европейский регулятор одобрил вакцину от коронавируса AstraZeneca

    Европейское агентство лекарственных средств (EMA) одобрило вакцину против коронавируса производства компании AstraZeneca. Для ее использования на территории ЕС она должна быть утверждена Еврокомиссией.

    Об этом сообщает РБК Украина со ссылкой на Deutsche Welle.

    Вакцина AstraZeneca стала третьим препаратом, который был одобрен европейским регулятором. До этого к использованию на территории ЕС допустили препараты Pfizer/BioNTech и Moderna.

    Эксперты считают, что вакцина AstraZeneca является более дешевой, чем у конкурентов, и имеет более простые условия хранения.

    При этом недостаточно данных об эффективности вакцины для людей старше 65 лет. В связи с этим в Германии не рекомендуют ставить прививку AstraZeneca пожилым людям.

    Напомним, на прошлой неделе стало известно, что AstraZeneca на 60% сократит поставки COVID-вакцины в ЕС в первом квартале 2021 года. Из-за этого в Евросоюзе угрожают компании судом.

    При этом в самой компании AstraZeneca заявили, что проблемы с поставками связаны с отставанием от графика производства на два месяца. Проблему должны решить в течение февраля.

  • Daha bir koronavirus peyvəndinin Avropada istifadəsi təsdiqləndi

    Avropa Dərman Agentliyi (EMA) koronavirusa qarşı “AstraZeneca” peyvəndinin istifadəsini təsdiqləyib.

    Peyvənd Avropa İttifaqında (Aİ) istifadə üçün Avropa Komissiyası tərəfindən təsdiqlənməlidir.

    Bu barədə “Deutsche Welle” məlumat yayıb.

    Sözügedən peyvənd Avropa tənzimləyicisi tərəfindən təsdiqlənmiş üçüncü dərmandır.

    Bundan əvvəl “Pfizer/BioNTech” və “Moderna” Aİ-də istifadə üçün təsdiqlənib.

    Mütəxəssislər “AstraZeneca” peyvəndinin rəqiblərindən daha ucuz və asan saxlama şərtlərinə sahib olduğuna inanırlar.

    Bununla yanaşı, peyvəndin 65 yaşdan yuxarı insanlar üçün təsiri barədə kifayət qədər məlumat yoxdur. Buna görə Almaniyada yaşlı insanlara bu peyvəndi istifadə etmək tövsiyə olunmur.

  • Dünyada ən işlək hava yolu marşrutu bağlandı

    Böyük Britaniya bu gündən etibarən Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) birbaşa gediş-gəliş uçuşlarını bağlayır.

    Ölkənin Nəqliyyat naziri Qrant Şepps “Twitter” hesabında qeyd edib ki, bu, dünyanın ən işlək London-Dubay hava yolu marşrutuna təsir edəcək.

    Tədbir koronavirusun “Cənubi Afrika ştammı”nın yayılması təhlükəsi ilə əlaqədardır.

    Dubay Hava Limanı artıq Britaniyaya bilet alan sərnişinləri hava limanına gəlməməyə və öz hava yolu şirkətləri ilə əlaqə saxlamağa çağırıb.

  • Qonşu dövlət COVID-19-dan vaksin vurduran əcnəbilər üçün ölkəyə girişi rahatlaşdırdı

    Koronavirusa qarşı peyvənd vurduran əcnəbilər Gürcüstana rahatlıqla girə bilər, onlar karantinə cəlb olunmayacaqlar.

    “Sputnik”in məlumatına görə, bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava bəyan edib.

    O, vurğulayıb ki, Aİ ölkələri, İsrail, İsveçrə, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin vətəndaşları da müəyyən güzəştlərlə ölkəyə daxil ola bilərlər. Onlar son 72 saat ərzində PZR testinin nəticələrini təqdim etməlidir. Gürcüstanda olduqlarının üçüncü günündə onlardan təkrar testdən keçmələri tələb olunacaq.

    Xatırladaq ki, Gürcüstan fevralın 1-dən etibarən müntəzəm uçuşları bərpa edəcək. Uçuşlara təhlükəsizlik tədbirləri və tibbi protokollar nəzərə alınaraq icazə veriləcək.

  • Çində dövlət şirkətinin rəhbəri çoxarvadlılığa görə edam edildi

    Çində aktivlərin idarəolunması üzrə “China Huarong” dövlət şirkətinin sədri Lay Syaominə rüşvət, israf və çoxarvadlılığa görə verilən ölüm hökmü icra edilib.

    Bu barədə ÇXR-in Dövlət Televiziyası xəbər yayıb.

    Məhkəmə müəyyən edib ki, o, 25 milyon yuandan (6,5 milyon manat) artıq pulu qeyri-qanuni xərcləyib, 1,79 milyard yuan (476 milyon manat) rüşvət alıb.

    O, həmçinin arvadı olmasına baxmayaraq, digər qadınlarla yaşayıb.

    Çin mediasının yazdığına görə, L.Syaominin 100 mənzili, bir o qədər də sevgilisi olub. Bəzi məlumatlara görə, o, sevgililərini 33 dövlət müəssisəsində yüksək vəzifəyə təyin edib.

  • Kapitoliyə hücum edən “vikinq” Trampa qarşı ifadə verəcək

    Yanvarın 6-da Kapitoliyə vikinq qiyafəsində hücum edən Arizona sakini Ceykob Entoni Çenslin Donald Trampa qarşı ifadə vermək niyyətindədir.

    Bu barədə “Associated Press” E. Çenslinin vəkili Albert Vatkinsə istinadən məlumat verib.

    E.Çensli D.Trampın Kapitoliyə hücum edənləri əfv etməkdən imtina etməsini tərəfdarlarına xəyanət kimi qiymətləndirib.

    Qeyd olunur ki, Kapitoliyə hücum edən daha dörd nəfər D.Trampa qarşı ifadə verməyə hazırlaşır.

  • Şamaxıda intihara cəhdin qarşısı alınıb

    Şamaxı rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

    Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

  • Məşhur aktrisa vəfat etdi

    Amerikalı aktrisa Siseli Tayson 96 yaşında vəfat edib.

    Bu barədə “Variety” artistin menecerinə istinadla xəbər yayıb.

    Qeyd edək ki, Tayson “Emmy” mükafatı laureatıdır, həmçinin bir neçə dəfə “Oskar”a namizəd olub.

    O, daha çox “The Autobiography of Miss Jane Pittman”, “Sounder” kimi filmlərlə, həmçinin, “How to Get Away with Murder” serialındakı rolları ilə sevilib.

  • В Баку произошло тяжелое ДТП

    Сегодня, во втором часу ночи, в центре Баку произошло ДТП.

    Инцидент зафиксирован на улице Шамси Бадалбейли, напротив отеля WinterPark.

    В ходе аварии столкнулись внедорожник “Субару” и автомобиль Fiat Doblo патрульно-постовой службы МВД.

    В результате ДТП обеим машинам был нанесен серьезный ущерб, к счастью, пострадавших нет.

  • Paytaxtda iki avtomobil toqquşdu, maşınlardan biri PPX-ya aiddir – /VİDEO

    Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

    Qış parkının yaxınlığında iki avtomobil toqquşub. Avtomobillərdin biri Post Patrul Xidmətinə aid olub.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

    Xoşbəxtlikdən heç bir tələfat yoxdur.