Month: January 2021

  • Rəsmi Bakı rusiyalı deputata cavab verdi – adı “qara siyahı”ya salındı

    Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik.

    Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva belə bəyanatla çıxış edib.

    XİN rəsmisi vurğulayıb ki, Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib:

    “Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir”, – deyə L.Abdullayeva əlavə edib.

    Onun sözlərinə görə, Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir.

    “Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq, əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir.

    Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır”.

  • Восемь работников прокуратуры освобождены от должности – ОФИЦИАЛЬНО

    В 2020 году в Азербайджане к дисциплинарной ответственности были привлечены 30 работников прокуратуры, не сумевших наладить свою деятельность на уровне современных требований, допустивших действия, не совместимые с работой в прокуратуре, грубые нарушения служебной дисциплины и ненадлежащее исполнение своих обязанностей.

    Об это было заявлено 25 января на заседании коллегии Генеральной прокуратуры АР.

    Двое из них были исключены из органов прокуратуры, восемь – освобождены от занимаемой должности, 15 – получили выговор или строгий выговор, а в отношении пятерых приняты другие меры дисциплинарного взыскания.

  • Səkkiz prokurorluq işçisi vəzifədən azad edilib – RƏSMİ

    2020-ci ildə öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

    Bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.

    Onlardan ikisi prokurorluq orqanlarından xaric edilib, səkkiz nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, beş nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilib.

  • Когда тело погибшего Фармана Исмаилова будет доставлено на родину?

    Тело азербайджанца Фармана Исмаилова, погибшего 23 января в результате нападения морских пиратов на принадлежащее турецкой компании судно у берегов Нигерии, доставлено в Габон (государство в Центральной Африке – ред.).

    Об этом заявил министр иностранных дел Турции Мевлют Чавушоглу.

    Он отметил, что завтра тело Ф.Исмаилова на самолете Турецких авиалиний будет доставлено из столицы Габона Либревиля в Турцию, а оттуда – в Азербайджан.

  • Fərman İsmayılovun nəşinin Vətənə gətiriləcəyi vaxt açıqlandı

    Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan Türkiyə şirkətinə məxsus gəmidə öldürülən azərbaycanlı Fərman İsmayılovun cənazəsi Qabona gətirilib.

    Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

    “Öldürülən azərbaycanlı qardaşımızı gəmidən götürüb, Qabona gətirdik. Orada İslam qaydalarına uyğun şəkildə cənazə işləri görülüb. Cənazə Qabon hökuməti tərəfindən ayrılmış helikopterlə paytaxt Librevilə aparılıb”, – deyə M.Çavuşoğlu bildirib.

    Türkiyə XİN rəhbəri bildirib ki, Fərman İsmayılovun nəşi sabah Librevildən Türkiyə Hava Yollarına məxsus təyyarə ilə Türkiyəyə, oradan isə Azərbaycana çatdırılacaq.

  • Направлял ли Азербайджан ноту протеста Ливану?

    Во время второй Карабахской войны сотни армян, проживающих в Ливане, воевали на стороне Армении. Даже накануне войны агентство Reuters распространило информацию о том, что армяне, являющиеся гражданами других стран, едут в регион воевать в Нагорном Карабахе.

    Существуют также документально подтвержденные факты, связанные с боевыми действиями ливанских армян в Карабахе.

    Направило ли посольство Азербайджана в этой ближневосточной стране ноту протеста правительству Ливана по данному поводу?

    Посол АР в Бейруте Агасалим Шукюров заявил Modern.az, что направил такую ноту как только узнал о проблеме.

    “Мы незамедлительно высказали свои возражения по этому вопросу, однако правительство Ливана ничего не может поделать с армянами. В настоящее время их в этой стране проживает более 120 тыс. Поскольку в республике есть двойное гражданство, все проживающие здесь армяне имеют паспорта Армении”, – сказал дипломат.

    Он решительно осудил действия ливанских армян в Карабахе.

    “Есть рейс Ереван – Бейрут. Проживающие в Ливане армяне летят этим рейсом прямо в Ереван. Да, во время войны ливанские армяне, имея двойное гражданство, воевали в Карабахе. Даже если они граждане Армении, Карабах – это территория Азербайджана, и воевать в другом государстве – преступление. Во всяком случае мы заявили протест в связи с тем, что ливанские армяне воюют в Карабахе”, – сказал посол.

  • Azərbaycan Livana NOTA VERİB

    İkinci Qarabağ müharibəsi zamanı Livanda yaşayan yüzlərlə erməni Qarabağda Ermənistan tərəfindən döyüşüb. Hətta müharibə gedən ərəfədə “Reuters” agentliyi də digər ölkələrin vətəndaşları olan ermənilərin Dağlıq Qarabağda döyüşmək üçün bölgəyə getdikləri haqda informasiya yayıb.

    Livan ermənilərinin Qarabağda döyüşməsi ilə bağlı sənədləşdirilmiş faktlar da mövcuddur.

    Bəs Azərbaycanın Livandakı səfirliyi faktlarla bağlı Livan hökumətinə etiraz notası veribmi?

    Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov mövzu ilə bağlı Modern.az-a danışıb.

    Səfir bildirib ki, məsələdən xəbər tutan kimi Livan hökumətinə etiraz notası yazıb:

    “Dərhal məsələyə etirazımızı bildirmişik. Ancaq bu məsələdə Livan hökuməti ermənilərə heç nə edə bilmir. Hazırda Livanda 120 mindən çox erməni yaşayır. Livanda ikili vətəndaşlıq mövcud olduğundan burada yaşayan ermənilərin hamısının Ermənistan pasportu da var”.

    Livandakı səfirimiz Livan ermənilərinin Qarabağda döyüşməsini qətiyyətlə pisləyib.

    “Yerevan-Beyrut reysi var. Livanda yaşayan ermənilər həmin reyslə Ermənistan pasportu ilə birbaşa İrəvana uçurlar. Bəli, Vətən müharibəsi zamanı Livan erməniləri ikili vətəndaş kimi Qarabağda vuruşublar. Hətta onlar Ermənistan vətəndaşı olsalar da, Qarabağ Azərbaycan ərazisidir, gedib başqa dövlətdə vuruşmaları cinayətdir. İstənilən halda Livan ermənilərinin Qarabağda döyüşməsinə etiraz etmişik”,- səfir əlavə edib.

  • Azərbaycana qarşı hərbi cinayətlər törədənlər İnterpola verildi – RƏSMİ

    2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 39 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 76 cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.

    Bildirilib ki, hesabat dövründə respublika ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə yol vermiş şəxslər barəsində, o cümlədən aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən 800-dən çox arayışın verilməsi faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 415 cinayət işi başlanıb ki, bu işlərdən 334-ü karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar prokuror nəzarətinin gücləndirilməsi tədbirlərindən sonra başlanıb.

    Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsi və müvafiq rayon prokurorluqları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində inzibati həbs və cərimə tənbehləri seçilib.

    Eyni zamanda, sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülərək, 2 şəxsə qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.

    Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1 182 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olub.

    Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 90 şəxs barəsində 61 cinayət işinin istintaqı yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

    Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1 yanvar 2021-ci il tarixədək ümumilikdə 297 şəxsin Azərbaycan xalqına qarşı müharibə və digər cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

  • Prezident Qarabağda İran şirkətlərinin fəaliyyət göstərməsi ehtimalından DANIŞDI

    “Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq”.

    Bunu Prezident İlham Əliyev İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib.

    “Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq”,-deyə Prezident əlavə edib.

    Dövlət başçısının sözlərinə görə, sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var.

  • Мехрибан Алиева переизбрана на пост президента Федерации гимнастики Азербайджана

    Первый вице-президент Азербайджана Мехрибан Алиева переизбрана на пост президента Федерации гимнастики, сообщает Trend.

    В понедельник на Национальной гимнастической арене в Баку прошло 11-е общее собрание Общественного объединения “Федерация гимнастики Азербайджана” (AGF) и 37-е заседание Исполнительного комитета AGF. В соответствии с уставом федерации, общее собрание носило отчетно-выборный характер.

    По итогам состоявшегося голосования Мехрибан Алиева была переизбрана на пост президента Федерации гимнастики Азербайджана (председателя Исполнительного комитета) на следующие пять лет, а Алтай Гасанов – на пост вице-президента AGF (заместителя председателя Исполнительного комитета).

    Кроме того, депутат Милли Меджлиса Рауф Алиев, директор Спортивно-концертного комплекса имени Гейдара Алиева Рафиг Бейбутов и главный тренер сборной Азербайджана по художественной гимнастике Мариана Василева были переизбраны членами Исполнительного комитета Федерации на следующие пять лет.