Month: January 2021

  • Cəzaçəkmə müəssisələrində neçə məhkum koronavirusla bağlı testdən keçirilib? – RƏSMİ

    “Cəzaçəkmə müəssisələrində məhkumların 96 faizi koronavirusa görə testdən keçirilib”.

    Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

    O bildirib ki, bütün cəzaçəkmə müəssisələrində pandemiya ilə bağlı ciddi tədbirlər görülüb:

    “Məhkumların hətta 25 faizi təkrar yoxlamalardan da keçirilib. Koronavirusa qarşı mübarizə tədbirləri nəticəsində hər şeyə ciddi nəzarət olunur. Hələ ki, heç bir ciddi narahatlıq qeydə alınmayıb”.

  • В Баку пациентка больницы бросилась с третьего этажа

    В Баку пациентка больницы предприняла попытку суицида, сообщает Report.

    Инцидент произошел в Республиканской нейрохирургической больнице, расположенной в Хатаинском районе столицы.

    Жительница Масаллинского района У.Махмудова (1971 г. р.) бросилась с балкона третьего этажа медучреждения. Женщина находится в тяжелом состоянии.

    По данному факту в прокуратуре района проводится расследование.

  • Bakıda xəstəxanada qadın özünü üçüncü mərtəbədən atıb

    Bakıda xəstəxanada müalicə alan qadın intihara cəhd edib.

    “Report”un xəbərinə görə, hadisə Xətai rayon ərazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.

    Belə ki, Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Ü.Mahmudova özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsinin balkonundan atıb. Qadının vəziyyəti ağırdır.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Задержаны подозреваемые в серии краж в Баку – ФОТО/ВИДЕО

    В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками отдела уголовного розыска Сураханского РУП и 31-го отделения полиции, по подозрению в серии краж были задержаны жители столицы Рамин Годжаев, Джебраил Абдуллаев и Айша Исмаилова, сообщает пресс-служба МВД.

    В ходе расследования было установлено, что злоумышленники в разное время обокрали более чем 60 домов на территории района и похищали в основном предметы домашнего обихода, бытовую технику и мобильные телефоны и т.д.

    Собранные по данным фактам материалы направлены в следственный отдел Сураханского районного управления полиции, ведутся необходимые следственные и оперативно-разыскные мероприятия. Не исключено, что члены преступной группировки совершили ряд аналогичных преступлений на территории столицы. Граждане, ставшие жертвами их деяний, могут сообщить об этом в местные управления, отделы и отделения полиции, а также позвонить в Call-центр МВД “102”.









  • Evlərdən oğurluq edən dəstə üzvləri saxlanıldı – FOTO+VİDEO

    Suraxanı rayonunda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıblar.

    Daxili işlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

    Əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar. Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.

    Faktlarla bağlı toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.









  • Bakıda silahlı şəxs saxlanıb – FOTO/VİDEO

    Sabunçu Rayon İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub.

    Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı bir ədəd “TT” markalı tapança, bir ədəd sandıqça və dörd ədəd patron aşkar olunaraq götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.





  • Прогноз погоды в Азербайджане на 26 января

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 26 января.

    В Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, пасмурная погода без осадков, умеренный юго-западный ветер днем усилится.

    Температура воздуха в Баку и на Абшероне ночью составит 3-5, днем – 7-9 градусов тепла.

    Атмосферное давление понизится с 767 до 764 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В районах Азербайджана завтра ожидается погода без осадков, ночью и утром – местами туман, порывистый западный ветер.

    Температура воздуха ночью составит 0-5 градусов мороза, днем – 7-10 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – от 3 градусов мороза до 2 градусов тепла.

  • Sabahın hava proqnozu açıqlandı

    Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Yanvarın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

  • Ağacları kəsən şəxslər axtarışa verildi

    Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı mərkəzin Zarağan meşəbəyliyinin dörd saylı dolayında ağacların kəsildiyi aşkar edilib.

    Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1 675 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub:

    “Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ rayon Polis Şöbəsinə göndərilib”.

  • Названо число браков, зарегистрированных в Азербайджане в 2020 году

    В прошлом году в Азербайджане было зарегистрировано 35 576 браков.

    Об этом 25 января сообщила глава Службы реестра актов гражданского состояния Министерства юстиции Рейхана Керимова на онлайн-брифинге, посвященном итогам 2020 года.

    По ее словам, в прошлом году в отделы регистрации поступили 1 182 заявления в связи с расторжением браков, 1 550 человек привлечены к беседе с психологом. “В результате 576 граждан решили сохранить брак”, – сказала Р.Керимова.