Month: January 2021

  • 2020-ci ildə qeydə alınan nikahların sayı açıqlandı – RƏSMİ

    “2020-ci ildə Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 35 576 nikah qeydə alınıb”.

    Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

    O bildirib ki, bununla yanaşı nikahın pozulması üçün müraciət edən cütlüklərin böyük hissəsi psixoloji söhbətlərlə fikirlərindən daşındırılıb:

    “Belə ki, nazirliyin qeydiyyat şöbələrində psixoloqla söhbətə cəlb edilmiş şəxslərdən 576 nəfər (yəni, 288 cütlük) nikahın pozulmasından imtina edib”.

  • BŞİH xüsusilə hansı obyektlərdə nəzarətin ciddi olacağını AÇIQLADI

    Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən bir sıra ticarət obyektlərinin fəaliyyətinə icazə verilir.

    Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən verilən məlumata əsasən, bu gün Bakı şəhəri üzrə ticarət obyektlərinin təxminən 50 faizi və ya 3 500 civarında ticarət obyekti fəaliyyətə başlayır.

    Belə ki, yalnız gündəlik tələbatı ödəməyə xidmət edən mağazalar: qeyri-ərzaq məhsulları, mebellər, ticarət və tikinti malları, maşınlar və onlar üçün ehtiyat hissələri, təsərrüfat məhsulları, kosmetik vasitələr, geyim satışı ilə məşğul olan mağazalar və s. ticarət obyektlərinin fəaliyyəti bərpa edilir.

    Bildirilib ki, monitorinqlərə bu gündən start verilib, lakin ötən həftənin şənbə-bazar günləri bəzi mağazalara baxış keçirilib və məlumatlandırma işləri aparılıb:

    “Əsas tələblər dəyişməz olaraq qalır: ticarət obyekti daxilində personalın tibbi maskadan istifadə etməsi, mağazaya daxil olan şəxslərin mütləq şəkildə maskadan istifadə etməsi və eləcə də kassa aparatları olan yerdə dezinfeksiya vasitələrinin olması kimi pandemiya başlayandan qüvvədə olan məsələlər bu gün də əsas tələbləri təşkil edir. Bir digər əsas tələb isə sosial məsafənin saxlanılmasıdır. Əgər mağazanın ölçüsü 10-20 kvadrat metrdirsə, orada 5-10 nəfərdən artıq müştəri olmamalıdır. Mütləq şəkildə iki metr məsafə qaydası gözlənilməlidir. Bu sadalanan məsələlərə riayət olunmadığı halda tərəfimizdən bu hallar qeydə alınır və müvafiq tədbirlər həyata keçirilir”.

    Əsasən, hansı növ ticarət müəssisələrində nəzarət mexanizmlərinin tətbiqinə xüsusi diqqət yetiriləcəyi ilə bağlı da məlumat verilib:

    “Əsasən uşaqlar üçün mağazalara, qənnadı məhsulları, ərzaq məhsulları, təsərrüfat malları, məktəb və məktəb ləvazimatları, tekstil məhsulları, elektrik cihazları satılan mağazalara ciddi nəzarət həyata keçiriləcək. Xüsusilə elektrik cihazları satılan mağazalarda sıxlıq daha çox müşahidə olunduğundan nəzarət də buna uyğun formada aparılacaq”.

  • Стало известно число носящих электронный браслет осужденных в Азербайджане

    В прошлом году Служба пробации при Минюсте зарегистрировала 9 566 осужденных, а также сняла с учета 10 453 человека.

    Об этом на онлайн-пресс-конференции Министерства юстиции, посвященной итогам 2020 года, сообщил заместитель начальника Службы пробации Министерства юстиции Муса Гумбатов.

    Он отметил, что в прошлом году Служба применила электронные браслеты для контроля за перемещениями 2 603 осужденных.

  • Ötən il elektron qolbaq tətbiq edilən məhkumların sayı AÇIQLANDI

    “Ötən il ərazində Probasiya xidməti tərəfindən 9 566 məhkum qeydiyyata alınıb. 10 453 məhkum isə qeydiyyatdan çıxarılıb”.

    Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov deyib.

    O bildirib ki, Probasiya xidməti tərəfindən ötən il ərzində 2 603 məhkuma elektron qolbaq tətbiq edilib.

  • В Карабахском региональном управлении юстиции создаются исполнительные структуры

    В Карабахском региональном управлении юстиции создаются исполнительные структуры, проводится прием на работу новых сотрудников.

    Об этом 25 января заявил заместитель начальника Главного исполнительного управления Министерства юстиции Азербайджана Фарид Эфендиев на состоявшейся в формате онлайн пресс-конференции, посвященной итогам 2020 года.

    Он отметил, что продолжаются мероприятия по расширению деятельности в этой сфере.

  • Qarabağ regional ədliyyə idarəsində icra strukturları yaradılır

    “Qarabağ regional ədliyyə idarəsində icra strukturları yaradılır və artıq həmin idarəyə yeni işçilər də götürülür”.

    Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.

    O bildirib ki, bu sahədə fəaliyyətin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Həmçinin o, qeyd edib ki, ötən il Ədliyyə Nazirliyinin İcra baş idarəsində 910 min 316 icra sənədi olub:

    “Müraciətlər arasında məhkəmə orqanları tərəfindən icrası barədə qəbul edilən sənədlər çoxluq təşkil edib. Həmin icra sənədlərinin 89 faizi məhkəmə tərəfindən verilib”.

  • Хабиб заявил о намерении начать карьеру профессионального футболиста – ВИДЕО

    Чемпион Абсолютного бойцовского чемпионата (UFC) Хабиб Нурмагомедов заявил о намерении начать карьеру профессионального футболиста, пишет Gazeta.Ru.

    По словам российского бойца, он готовится к дебюту в большом футболе.

    “Я свободный агент. Жду предложений, будем рассматривать”, – написал он на своей странице в Instagram.

    Напомним, что Хабиб Нурмагомедов объявил о завершении профессиональной карьеры после победы над американским бойцом MMA Джастином Гэтжи на турнире UFC 254.

    Отметим, что на счету российского бойца 29 побед в 29 боях в MMA.

  • Həbib Nurməhəmmədov peşəkar futbol karyerasına başlamaq istəyir – VİDEO

    UFC çempionu Həbib Nurməhəmmədov peşəkar futbolçu karyerasına başlamaq niyyətində olduğunu açıqlayıb.

    Bu barədə idmançı “Instagram” hesabında paylaşım edib.

    İdmançının sözlərinə görə, o, artıq böyük futbolda debütə hazırlaşır.

    “Mən azad agentəm. Təklifləri gözləyirəm, nəzərdən keçirəcəyik”, – deyə H.Nurməhəmmədov bildirib.

  • Gürcüstanda yaşayan soydaşlarımızın torpaq problemi – VİDEO

    Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunun İkinci Kosalı kəndində yerli sakinlər və keşişlər arasında artıq bir neçə gündür ki, qarşıdurmalar yaşanır. Buna səbəb Gürcüstan parlamentində kilsə ətrafı ərazilərdən 20 hektar torpaq sahəsinin kilsəyə verilməsi ilə bağlı qanun layihəsinin qəbul olunması olub.

    Baku TV-nin verdiyi məlumata görə, qanun layihəsi qəbul edildikdən sonra din xadimləri soydaşlarımızın əkib-becərdikləri torpaq sahələrinin onların ərazisinə daxil olduğunu iddia edirlər. Hətta keşişlər bu səbəbdən yerli sakinlərdən icarə də tələb edirlər.

    Məsələ ilə bağlı Baku TV-nin Gürcüstan bürosuna açıqlama verən Marneuli İcra başçısının (Merinin) vəzifələrini icra edən Zaur Tabatadze bildirir ki, İkinci Kosalı kəndində mübahisəli torpaq sahələri tam olaraq Gürcüstan İqtisadiyyat Nazirliyinin balansındadır:

    “Hazırda həmin torpaqlarda göstərilən bütün fəaliyyətlər qanunsuzdur. Bu barədə araşdırma aparılır. Ancaq bu mərhələdə onu deyə bilərəm ki, torpaqlar heç kimin mülkiyyətində deyil. Araşdırılma başa çatdıqdan sonra, qanun çərçivəsində həmin torpaqların istifadə edilməsinə icazə verilə bilər”.

  • Yaxın qohumu şəhid olan məhkumların cəzaları yüngülləşdirilə bilər – RƏSMİ

    Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumların azadlığa buraxılması ilə bağlı sənədlər hazırlanır.

    Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

    O bildirib ki, Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir:

    “30-dan artıq məhkum var ki, onların yaxın qohumları şəhid olub. Onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsi cəzadan azad olunub, bir nəfərin isə oğlunun dəfn mərasimində iştirak etməsi təmin olunub. İmkan çatdıqca həmin şəxslərin hamısının cəzası azaldılacaq və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüləcək”.

    //oxu.az