Month: January 2021

  • Yaponiya Tokio olimpiadası ilə bağlı Azərbaycandan dəstək istədi

    Yaponiya təşkilati işlərdə böyük təcrübəsi olan ölkələrdən Tokio 2020 Olimpiya oyunlarının keçirilməsində dəstək istədi.

    Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyininin mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a məlumat verib.

    Bildirilib ki, Yaponiya Nazirlər Kabineti Baş katibi Katsunobu Kato tərəfindən edilən müraciətdə idman yarışlarının keçirilməsi istiqamətində böyük təcrübəsi olan ölkələrin kadr potensialının Yaponiyaya göndərilməsi kimi müraciət öz əksini tapıb.

    Müraciətə cavab olaraq Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanın 2015- ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə İV İslam Həmrəyliyi Oyunları, 2016, 2017, 2018, 2019-cü illərdə Formula 1, 2019-cu ildə XV Avropa Gənclər Olimpiadası kimi beynəlxalq yarışlara çox böyük uğurla ev sahibliyi etdiyini bildirib. Bu məqsədlə, nazir Tokioda baş tutacaq Olimpiya oyunlarında Azərbaycanın təcrübəli kadr potensialı ilə dəstək göstərməsinin mümkünlüyünü qeyd edib.

    Öz növbəsində nazir Azad Rəhimov bildirib ki, Azərbaycan idman yarışlarının keçirilməsi baxımından istər texniki, istərsə də təşkilati məsələlərdə kifayət qədər böyük təcrübəyə malik ölkədir. Azərbaycanın bütün qeyd olunan mötəbər tədbirlərdə çalışan əməkdaşlarından ibarət məlumat bazası var və münasib olaraq bizim mütəxəssislər aidiyyatı sahələr üzrə Yaponiya tərəfə təqdim olunacaq.

    Qeyd edək ki, hal-hazırda idman yarışlarında texnologiya, nəqliyyat, idman məkanlarının idarə olunması, könüllülərlə iş və s sahələrdə çalışan yerli kadrlarımız var və onlar vaxtaşırı müxtəlif beynəlxalq yarışlara dəvət alır, öz bilik və təcrübələrini müvəffəqiyyətlə həyata keçirirlər.

  • Bakı Dövlət Universitetinin tələbə yataqxanasının açılışı olub

    Bakı Dövlət Universitetinin yeni təmir olunan tələbə yataqxanası açılıb.

    Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” profilində paylaşım edib.

    Bildirib ki, beşmərtəbəli yataqxana binasında 220 nəfər tələbə üçün hər cür şərait yaradılıb.

  • Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti uzadıldı

    “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Belə ki, 30 yanvar saat 00:00-dan 1 fevral saat 06:00-dək, 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək, 13 fevral saat 00:00-dan 15 fevral saat 06:00-dək, 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək, 27 fevral saat 00:00-dan 1 mart saat 06:00- 2 dək, 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək, 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək, 20 mart saat 00:00-dan 22 mart saat 06:00-dək, 27 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılacaq.

    Qərar yanvarın 30-dan qüvvəyə minir.

  • Rusiya ərazisindən fitosanitar nəzarətində olan yüklərin tranzit daşınmasına icazə verilib

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müraciəti əsasında Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ölkəmizdən ixrac olunan fitosanitar nəzarətində olan yüklərin bu ölkənin ərazisindən tranzit keçməsinə icazə verilib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Avrasiya İqtisadi Birliyinin (AAİB) Gömrük İttifaqı Komissiyasının gömrük sərhədində karantin fitosanitar nəzarəti proseduruna uyğun olaraq, yüklərin Rusiya Federasiyası ərazisindən digər ölkələrə keçməsi məsələsi öz müsbət həllini tapıb.

  • Bakıda keçiriləcək dünya çempionatının vaxtı dəyişdirildi

    Bu il Bakıda keçiriləcək iki gimnastika yarışının vaxtı dəyişdirilib.

    Batut gimnastikası üzrə XXXV dünya çempionatı 18-21 noyabrda baş tutacaq.

    Batut gimnastikası üzrə XXVIII dünya yaş qrupu yarışları isə 26-29 noyabrda keçiriləcək. Hər iki yarış daha öncə bu tarixdən bir həftə əvvələ təyin olunmuşdu.

    Dəyişiklik Beynəlxalq Gimnastika Federasiyasının Seçki Konqresinin ötən ilin oktyabrında təxirə salınaraq bu ilin noyabrına keçirilməsidir.

    Bundan başqa, İsveçrənin Cenevrə şəhərində akrobatika gimnastikası üzrə keçiriləcək iki yarış da iki həftə sonraya salınıb. Belə ki, XXVII dünya çempionatı 2-4 iyulda, XI dünya yaş qrupu yarışları isə 23-29 iyunda baş tutacaq.

    Bu dəyişiklik isə İsveçrə milli hokkey liqasının oyunlarının iyunadək davam etməsidir. Akrobatika gimnastikası istifadə edilən zalda həm də hokkey çempionatı keçirilir.

  • Ukraynadan idxal edilən qoz ləpəsinin istehlak üçün yararsız olduğu aşkarlanıb

    Ukrayna Respublikasında fəaliyyət göstərən “Oyl Trade 2000” MMC tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına fiziki şəxs İbrahimov Üzeyir İbrahim oğlu tərəfindən idxal olunan 24 ton qoz ləpəsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində qoz ləpəsində kif göbələkləri aşkar olunub. Bu da məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığını göstərir.

    Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

  • Prezident İlham Əliyev Murad Kajlayevi təbrik edib

    Prezident İlham Əliyev SSRİ Xalq artisti Murad Kajlayevə təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir:

    “Hörmətli Murad Maqomedoviç.

    90 illik yubileyiniz münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

    Sizin yaradıcılığınız sovet və Rusiya musiqi mədəniyyəti tarixində layiqli yer tutur. Çoxtərəfli və parlaq ideyalarla zəngin bir insan kimi siz müxtəlif janrlarda və üslublarda işləyərək artıq bu gün haqlı olaraq klassika hesab edilən əsərlər yaratmısınız. Siz uzun illər boyu yorulmadan təkcə bəstəkar və dirijor kimi deyil, həm də pedaqoq kimi çalışırsınız, bütün gücünüzü, dərin biliklərinizi və qiymətli təcrübənizi gənc nəslə verirsiniz.

    Uşaqlıq və gənclik illərinizin keçdiyi, sənətin əsaslarını öyrəndiyiniz Azərbaycanda sizi sevir və yüksək qiymətləndirirlər. Sizə doğma olan Bakının səhnələrində keçirilmiş yaradıcılıq gecələri istedadınızın bütün pərəstişkarlarında böyük maraq doğurur, xüsusi səmimiliyi ilə fərqlənirdi. Siz Azərbaycan musiqisinin inkişafı və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmlənməsi üzrə səmərəli fəaliyyətinizə görə Azərbaycan Respublikasının “Dostluq” (“Drujba”) ordeni ilə təltif edilmisiniz.

    Əziz Murad Maqomedoviç, sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edirəm, sizə möhkəm cansağlığı, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm”.

  • Село Мамедбейли Зангиланского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило кадры из села Мамедбейли Зангиланского района.

    Представляем эти фото и видео:

  • Zəngilan rayonunun Məmmədbəyli kəndi – VİDEO

    Müdafiə Nazirliyi Zəngilan rayonunun Məmmədbəyli kəndindən videogörüntülər paylaşıb.

    Həmin görüntüləri təqdim edirik:

  • В Азербайджане выявлены 142 новых случая инфицирования коронавирусом, скончались шесть человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 142 новых случая инфицирования коронавирусом, 399 пациентов вылечились и были выписаны домой, скончались шесть человек.

    Об этом 29 января сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 229 935 человек, 3 119 – скончались, 222 553 – вылечились, 4 263 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 394 476 тестов на COVID-19 (за последние 24 часа – 7 342).