Month: January 2021

  • İsrailin Hindistandakı səfirliyi önündə partlayış olub

    İsrailin Hindistandakı səfirliyi önündə partlayış olub.

    “RİA Novosti” məlumat verir ki, hadisə zamanı xəsarət alan olmayıb.

    Bakı vaxtilə 18.05-də baş vermiş partlayış kustar üsulla hazırlanmış “bomba”nın işə düşməsi nəticəsində qeydə alınıb.

    “Kustar üsulla hazırlanmış zəif gücü olan partlayıcı Nyu Delidəki İsrail səfirliyinin önündə partladılıb. Hadisə nəticəsində yalnız üç avtomobilin şüşələri qırılıb. Heç bir digər əmlak və ya insan tələfatı qeydə alınmayıb”, – deyə Hindistanın paytaxt polisi məlumat yayıb.

    Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Səfirliyin yerləşdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

  • Zaqalatada bir nəfər köməksiz vəziyyətdə qalıb

    Zaqatala rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

  • На Абшероне зарезали 40-летнего мужчину

    В Абшеронском районе совершено убийство.

    Как передает Report, инцидент был зафиксирован в городе Хырдалан.

    Отмечается, что Анару Бахышову (1981 г.р.) было нанесено семь ножевых ранений.

    Пострадавшего доставили в больницу, однако мужчина, потерявший много крови, скончался.

    По факту в Абшеронской районной прокуратуре ведется расследование.

  • Abşeronda 40 yaşlı kişi bıçaqlanaraq öldürüldü

    Abşeron rayonunda qətl törədilib.

    “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Belə ki, 1981-ci il təvəllüdlü Baxışov Anar Müstəcəb oğlu mübahisə zəminində yeddi bıçaq zərbəsi alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin çoxlu qan itirdiyindən həkimlər A.Baxışovun həyatını xilas edə bilməyiblər.

    Hadisənin təfərrüatı Abşeron Rayon Prokurorluğunda araşdırılır.

  • AMEA professorun təyinatı ilə bağlı yayılan xəbərləri təkzib etdi

    “Dünən bir sıra kütləvi informasiya vasitələrində yayılıb ki, AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov guya AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu məlumatın heç bir əsası yoxdur”.

    AMEA-nın Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda belə deyilir.

    Bildirilir ki, professor Elton Məmmədov hazırda da AMEA İşlər idarəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir.

  • Azərbaycan neftinin bu günə olan qiyməti

    Azərbaycan nefti cüzi ucuzlaşıb.

    “Azeri Light” markalı neftin bir bareli 0,01 ABŞ dolları qədər ucuzlaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 56,09 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • Ermənilər Kəlbəcərə gedən maşın karvanının qarşısını kəsdilər- VİDEO

    Rusiya sülhməramlıların yeni hoqqaları Azərbaycanı hövsələdən çıxarır

    Bir neçə gün əvvəl Kəlbəcər rayonunun (keçmişdə Ağdərənin) Heyvalı (Drmbon) kəndinin erməni sakinləri Azərbaycana aid maşın karvanının qarşısını kəsərək, Rusiya sülhməramlıların generalına bildirmişdilər: “Azərbaycan Kəlbəcər yolundan istifadə etməklə Vardenis istiqamətində dövlət sərhədini açmasa, Ağdərə yolundan Azərbaycan maşın karvanlarının istifadəsinin qarşısı alınacaq”.

    Erməni gədələrin hədəsi keçərli oldu. Azərbaycan maşın karvanlarının hətta sülhməramlıların müşayəti ilə də keçməsinə imkan verilmədi.

    Ermənilər Azərbaycan dövlət nömrə nişanlı avtomobillərin Azərbaycan bayrağı ilə hərəkətinə imkan vermədilər. Burda deyiblər ki, “dad yarımçıq əlindən”. Yarımçıq işin nəticəsi budur. Xankəndi bizim yarımçıq işimizdir və biz hələ də torpaqlarımızda sərbəst hərəkət edə bilmirik.

    Azərbaycan tərəfi bu hadisəyə sakit qalmamalıdır. Təcili Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarət edəcəyini bildirib, hərəkətə keçməlidir. Rusiya sülhməramlılarının heç bir iradı bu situasiyada qəbulolunan deyil. 27 illik atəşkəsdən – “gözü çıxmış qurd qardaşdan” ibrət götürülmədimi?

    Ümid edirik ki, müzəffər ordunun Ali Baş Komandanı Dağlıq Qarabağda yaşanan xoşagəlməz olaylardan müfəssəl məlumatlıdır. Dəmir yumruğu yenidən göstərməsə, nə seperatçılar, nə də onların sülhməramlı yengələri ağıllanan deyil. Gözlər yalnız və yalnız onda… (moderator.az)

  • Gömrük Komitəsinin sədri hüquqpozma faktlarından danışıb

    2020-ci il ərzində Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və büdcə öhdəliyinə 102,83 faiz əməl olunub. 2021-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün 3 milyard 900 milyon manat həcmində büdcə proqnozu müəyyən edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Azərbaycan” qəzetinə müsahibəsində məlumat verib.

    O, ötən il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 18 min 913 hüquqpozma faktının aşkar olunduğunu deyib:

    “Bu faktlardan 509-u cinayət xarakterli olub və əməllərin törədilməsində şübhəli bilinən 517 nəfərin (412 Azərbaycan vətəndaşı, 105 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

    2020-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 111 fakt aşkar olunub, ümumilikdə 1 ton 490 kq 495 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 108, o cümlədən 94 kişi və 14 qadın olmaqla 79 nəfər Azərbaycan vətəndaşı və 29 nəfər əcnəbi (17 İran, 5 Rusiya, 4 Gürcüstan, 1 Ukrayna, 1 Pakistan və 1 Türkiyə vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 12 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

    Gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 340,8 min ABŞ dolları, 2 milyondan çox rus rublu, 110,3 min manat dəyərində 287 ədəd qızıl-zinət əşyaları, 12,8 min manat dəyərində 531 ədəd gümüş-zinət əşyaları, 3,4 min manat dəyərində 62,18 qram qızıl muncuqlar və s. aşkar olunub.

    İstintaq orqanının barələrində axtarış elan etdiyi 30 nəfər şəxslə bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilərək onların yeri müəyyən edilib və istintaq orqanının sərəncamına verilib”.

  • Azərbaycan Tokioya dəstək göstərməyə hazırdır

    Yaponiya təşkilati işlərdə böyük təcrübəsi olan ölkələrdən Tokio 2020 Olimpiya oyunlarının keçirilməsində dəstək istədi.

    Gənclər və İdman Nazirliyindən bildirilib ki, Yaponiya Nazirlər Kabineti Baş katibi Katsunobu Kato tərəfindən edilən müraciətdə idman yarışlarının keçirilməsi istiqamətində böyük təcrübəsi olan ölkələrin kadr potensialının Yaponiyaya göndərilməsi kimi müraciət öz əksini tapıb.

    Müraciətə cavab olaraq Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanın 2015- ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə İV İslam Həmrəyliyi Oyunları, 2016, 2017, 2018, 2019-cü illərdə Formula 1, 2019-cu ildə XV Avropa Gənclər Olimpiadası kimi beynəlxalq yarışlara çox böyük uğurla ev sahibliyi etdiyini bildirib. Bu məqsədlə, nazir Tokioda baş tutacaq Olimpiya oyunlarında Azərbaycanın təcrübəli kadr potensialı ilə dəstək göstərməsinin mümkünlüyünü qeyd edib.

    Öz növbəsində nazir Azad Rəhimov bildirib ki, Azərbaycan idman yarışlarının keçirilməsi baxımından istər texniki, istərsə də təşkilati məsələlərdə kifayət qədər böyük təcrübəyə malik ölkədir. Azərbaycanın bütün qeyd olunan mötəbər tədbirlərdə çalışan əməkdaşlarından ibarət məlumat bazası var və münasib olaraq bizim mütəxəssislər aidiyyatı sahələr üzrə Yaponiya tərəfə təqdim olunacaq.

    Qeyd edək ki, hal-hazırda idman yarışlarında texnologiya, nəqliyyat, idman məkanlarının idarə olunması, könüllülərlə iş və s sahələrdə çalışan yerli kadrlarımız var və onlar vaxtaşırı müxtəlif beynəlxalq yarışlara dəvət alır, öz bilik və təcrübələrini müvəffəqiyyətlə həyata keçirirlər.

  • Ceyhun Bayramov Türkmənistana təşəkkür edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Sülh və Etimad İlinin açılış mərasiminə həsr edilmiş videokonfrans formatında keçirilən tədbirdə Qoşulmama Hərəkatının (QH) üzv ölkələri adından bəyanatla çıxış edib.

    Nazir çıxışında bu mühüm təşəbbüsə görə Türkmənistan tərəfinə təşəkkürünü bildirən nazir, bu xüsusda BMT Baş Assambleyasının 73/338 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin qəbul edilməsini alqışlayıb.

    Beynəlxalq sülhün təşviqi və dəstəklənməsinin QH üçün ən vacib məsələ olduğu, o cümlədən 2019-cu ilin oktyabrında Bakıda keçirilən 18-ci Zirvə görüşündə, hərəkata üzv dövlətlərin dövlət və hökumət başçılarının sülhün və təhlükəsizliyin, qanunun aliliyinin, iqtisadi inkişaf və sosial tərəqqinin, həmçinin bütün insan hüquqlarının qorunması və təşviqində əvəzolunmaz olan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin etibarlılığını bir daha təsdiq etdikləri vurğulanıb.

    Nazir Ceyhun Bayramov QH üzv dövlətlərinin, dialoq, dözümlülük, qarşılıqlı hörmət, anlaşma və barışığın təşviqinə regional və beynəlxalq səviyyədə töhfə verməyin, radikalizmə, ekstremizmə və nifrət nitqinə qarşı mübarizə aparmağın vacibliyini bir daha təsdiq etdiklərini qeyd edib. Bu xüsusda, BMT Baş Assambleyasının dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayan 74/23 saylı qətnaməsinin qəbul edilməsini və onun sosial birliyin, sülhün və inkişafın, eləcə də fərdlər, cəmiyyətlər və millətlər arasında dözümlülük və hörmət mədəniyyətinin təşviqinə verdiyi dəyərli töhfənin QH tərəfindən alqışlandığı qeyd olunub.

    QH-nin millətlərimizin və bütövlükdə bəşəriyyətin mənafelərinin təmin edilməsi üçün əvəzsiz olan BMT-nin və çoxtərəfli proseslərin gücləndirilməsi yolu ilə çoxqütblü bir dünya naminə çalışmaq əzmi ifadə olunub.