Month: February 2021

  • İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb

    İŞİD qruplaşmasının terrorçuları Suriyanın Deyr əz-Zor vilayətində qaz boru kəmərində təxribat törədiblər.

    Median.Az Trend-ə istinadən bildirir ki, boru kəmərinin partlaması nəticəsində iki yerdə alovlanma baş verib, xilasetmə qrupları və bir təmir qrupu təxribat yerinə cəlb olunub.

  • Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

    Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək.

    Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi.

    Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.

  • Gədəbəydə kütləvi dava baş verib

    Gədəbəydə kütləvi dava baş verib.

    Zaur Əsgərov bir neçə nəfər tərəfindən döyülüb.

    O, ilk olaraq Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə adıçəkilən şəxs 3 nəfər tərəfindən döyülüb.

    Faktla bağlı polisə məlumat verilib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

  • Türkiyədə dəhşətli hadisə: Ana yeni dünyaya gətirdiyi körpəsini paltar şkafında gizlətdi, uşaq öldü

    Türkiyənin İstanbul şəhərində körpəsinin ölümünə səbəb olan qadın 25 il azadlıqdan məhrum edilib.

    “TRT Haber” məlumat verir ki, 22 yaşlı Özgə Ö. evdə dünyaya gətirdiyi körpəsini paltar şkafına qoyub.

    Yenidoğulmuş havasızlıqdan və aclıqdan həyatını itirib.

    Özgə Ö. ifadəsində deyib ki, qorxduğu üçün hamiləliyini ailəsindən gizlədib:

    “Məni rədd edəcəklərindən qorxdum. 17 yaşım var idi. Məntiqli düşünə bilmirdim. Körpəni dolabın içinə qoydum ki, ailəm görməsin. Reaksiya verəcəklərindən qorxurdum. Çox peşmanam. Sərbəst buraxılmağımı istəyirəm”.

  • Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələdi

    Saatlı sakini ehtiyatsızlıqdan özünü öldürüb.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Məzrəli kəndində baş verib.

    İlkin məlumata görə, kənd sakini, 1996-cı il təvəllüdlü Mənsimov Allahverdi Orucəli oğlu mal-qara otaran zaman yıxılıb və üzərində gəzdirdiyi ov tüfəngindən açılan atəş nəticəsində başından ağır yaralanıb.

    Nəticədə A.Mənsimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Bu şəxslərə evlər veriləcək – ŞAD XƏBƏR AÇIQLANDI

    Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənəcək. Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.

    Median.Az  milli.az-a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

    Nazir qeyd edib ki, Prezidentin iştirakı ilə fevralın 25-də Şağan Reabilitasiya Pansionatının açılışı, şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması şəhid ailələrinin, müharibə əlillərinin yüksək qayğı ilə əhatə olunması işlərinin uğurla və daha geniş miqyasda davam etdirildiyini göstərir. Həmin tədbirdə çıxışında Prezident İlham Əliyev ötən dövrdə 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilinin mənzillərlə təmin edildiyini, təkcə keçən il 1572 mənzilin verildiyini, bu il də 3 minə yaxın mənzil veriləcəyini, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verildiyini diqqətə çatdırdı. Dövlət başçısı “Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar” deyə bəyan etdi.

    Nazir şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təminat proqramının bu il daha da genişləndirilməsi, qazilərimizin reabilitasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlik qarşısında müəyyən edilən vəzifələrin yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.

    İclasda Bakı şəhərində və Abşeron rayonunda yaxın aylarda DOST Mərkəzlərinin açılması üçün aparılan işlər, 4 saylı Bakı DOST Mərkəzinin və Abşeron rayon DOST Mərkəzinin yaradılması və nizamnamələrinin təsdiq edilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, son iki ildə yaradılmış DOST Mərkəzləri tərəfindən artıq 300 min vətəndaşa xidmət göstərilib, bu mərkəzlərin sayı artdıqca DOST xidmətləri ilə əhatə olunanların da sayı artacaq.

    “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydaları”nın, “Şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasının, qeydiyyatdan müvəqqəti çıxarılmasının və qeydiyyatının ləğv edilməsi xidmətinin Pasportu”nun təsdiq edilməsi, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və s. məsələlər də iclasda müzakirə olunub.

  • Президент Армении поддержал начальника Генштаба

    Президент Армении Армен Саркисян, в рамках своих конституционных полномочий, вернул решение об увольнении начальника Генштаба ВС Оника Гаспаряна премьер-министру со своими возражениями. Об этом сообщает пресс-служба армянского президента.

    Проект указа был изучен юристами и экспертами, в результате чего было принято решение, что он противоречит Конституции.

    На принятие решения у Армена Саркисяна было 3 дня, срок истекал к 24:00 сегодня. Вопрос мог решиться тремя путями։ Саркисян подписывает ходатайство; не подписывает по истечении трех дней и решение об увольнении Гаспаряна автоматически вступает в силу; либо возвращает премьеру со своими замечаниями.

    Если премьер-министр не отзовет свое решение и снова направит на подписание президенту, последний может обратиться в Конституционный суд на предмет соответствия документа Конституции Армении.

    Напомним, что Генштаб Армении 25 февраля потребовал отставки премьер-министра Никола Пашиняна. Это произошло после того, как глава правительства снял с должности первого замначальника Генштаба ВС, генерал-лейтенанта Тирана Хачатряна, ранее подвергшего критике заявления премьера о “невзорвавшихся “Искандерах”. В ответ премьер Никол Пашинян заявил о попытке переворота и подписал решение об увольнении начальника Генштаба Оника Гаспаряна и отправил его президенту.

    Армен Саркисян провел ряд консультаций по этому вопросу с политическими силами.

    Оппозиция же в солидарность с Гаспаряном заявила о начале бессрочных акций протеста 25 февраля и установила палатки у здания парламента.

  • Saatlı sakini dəm qazından zəhərlənib öldü

    Saatlı sakini dəm qazından boğularaq ölüb.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Çıraqlı kəndində baş verib.

    Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Əzimova Lida Raufatovna yaşadığı evin vanna otağında dəm qazından boğularaq həyatını itirib.

    Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

    Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.

    Ötən gün ölkədə COVID-19-a qarşı 23 939 nəfər vaksinasiya olunub.

    Hazırkı dövrədək ölkəmizdə koronavirusa qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib.

    Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

  • İctimai iaşə obyektlərində monitorinqlər aparılıb: 42 müəssisə kobud pozuntulara yol verib – FOTO

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər aparıb.

    Agentlikdən verilən məlumata əsasən, nəzarət tədbirləri çərçivəsində 26 fevral 2021-ci il tarixində ölkə üzrə 395 ictimai iaşə obyektində 704 monitorinq keçirilib.

    Monitorinqlər zamanı 42 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələrindən 24-ü Bakı şəhərinin, digərləri isə regionların payına düşür.