Month: February 2021

  • Ukraynada xəstəxanada partlayış: Yaralılar var

    Ukraynanın Çernovitsa şəhər xəstəxanasında yanğın baş verib.

    Bu barədə Regional Dövlət İdarəsi başçısının müavini Natalya Qusak “Facebook” hesabında yazıb.

    “Fövqəladə vəziyyətdir. 1 saylı şəhər xəstəxanasında partlayış baş verib. Zərərçəkənlər var. Mən artıq hadisə yerindəyəm, xəstələrin digər xəstəxanalara yerləşdirilməsi ilə məşğulam. Ətraflı məlumat sonra olacaq”, – deyə o qeyd edib.

  • Обнародовано число инфицированных коронавирусом в Азербайджане за минувшие сутки – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 278 новых случаев инфицирования коронавирусом, 172 человека вылечились и были выписаны домой.

    Об этом 27 февраля сообщает оперативный штаб при Кабинете министров.

    От COVID-19 скончались еще пять пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 234 267 человек, 3 218 из них скончались, 228 651 – вылечился, 2 398 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 591 235 тестов на COVID-19 (за последние 24 часа – 7 873).

  • Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 234 276 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3218 nəfər vəfat edib, aktiv xəstə sayı 2398 nəfərdir.

    Ölkədə son sutka ərzində 7873, hazırkı dövrədək isə 2 591 235 test aparılıb.

  • Caliber: Армянская военщина не унимается, или Сколько еще нужно трупов? – ВИДЕО

    26 февраля британский журналист Патрик Ланкастер распространил информацию о протесте группы граждан перед зданием министерства обороны Армении. Люди выступали против отправки их детей на службу в Нагорном Карабахе. Теперь стало ясно, почему Президент Ильхам Алиев в одном из своих последних выступлений обвинил армянскую сторону в реваншизме, пригрозив жесткими адекватными действиями.

    По всей видимости, азербайджанское командование знало обо всем еще до репортажа П.Ланкастера, который лишь подтвердил то, о чем прямо или косвенно говорил Президент АР.

    По словам протестующих армянских родителей, командование тайно отправляет их детей в Карабах, хотя ранее неоднократно уже сообщалось, что в результате достигнутых сторонами послевоенных договоренностей армянские военнослужащие более не будут проходить службу в Карабахе.

    Причем сообщается, что от призывников требуется одеваться в гражданскую форму. И это – явное свидетельство присутствия у армянской военщины скрытых деструктивных намерений.

    Внутриполитический кризис, по сути хаос, происходящий в данный момент в Армении, весьма насыщен событиями, в особенности в последние дни. Но что бы то ни было, налицо попытки переброски армянских военнослужащих в Карабах, да еще и скрытно, под видом гражданских лиц. Эти намерения не могут быть добрыми ни в отношении армянского народа, ни российских миротворцев, обеспечивающих в регионе мир, и ни тем более Азербайджана.

    Подробнее об этом – в очередном выпуске аналитического проекта Caliber.

  • “Caliber”: Erməni hərbçilərə reallığı başa salmaq üçün daha neçə cəsəd lazımdır? – VİDEO

    26 fevralda britaniyalı jurnalist Patrik Lankaster bir qrup erməninin Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz etməsi barədə məlumat yaydı. Həmin məlumatda deyilirdi ki, ermənilər övladlarının Dağlıq Qarabağa xidmətə göndərilməsinə qarşı çıxırdılar. Prezident İlham Əliyev son çıxışlarında nəyə görə erməni tərəfini revanşizmdə günahlandırıb, sərt, adekvat hərəkətlərlə hədələdiyi indi aydın olur.

    Göründüyü kimi, P.Lankasterin Prezidentin birbaşa və ya dolayı yolla dediklərini reportajında təsdiqləmədən də əvvəl Azərbaycan komandanlığı hər şeydən xəbərdar idi.

    Etiraz edən erməni valideynlərə görə, komandanlıq gizli şəkildə onların uşaqlarını Qarabağa göndərir, baxmayaraq ki, tərəflərin müharibədən sonrakı razılaşmaları nəticəsində erməni hərbçilərinin artıq Qarabağda xidmət etməyəcəyi barədə əvvəllər dəfələrlə xəbər verilmişdi.

    Üstəlik, çağırışçılardan mülki forma geyinmələrinin tələb olunduğu bildirilir. Və son olanlar Ermənistan hərbçiləri arasında gizli destruktiv niyyətlərinin mövcudluğuna açıq sübutdur.

    Ətraflı “Caliber” analitik layihəsinin “YouTube” səhifəsindəki növbəti buraxılışında:

  • ABŞ-ın daha bir konqresmenindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

    ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının üzvü, Konqresmen Kam Bukner Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib. 
    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
    Bəyanatda qeyd edilib ki: “26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində faciə baş verib.
    366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvvələrinin şəhərə hücumu xaos, şiddət və kütləvi soyqırımı ilə nəticələnib.
    29 il sonra Azərbaycan və beynəlxalq ictimaiyyətin tarixindəki o ağrılı gündə qətlə yetirilmiş günahsız mülki şəxslərin itirilmiş həyatlarını və xatirələrini hörmətlə anırıq.
    O gün qətlə yetirilmiş 613 nəfərin və yaralanan 1000-dən çox adamın ailə üzvlərinə səbr, ədalət, sülh və beynəlxalq hüququn aliliyi uğrunda davamlı mübarizədə uğur diləyirəm”.
    Qeyd edək ki, Kam Bukner 26-cı dairədən  İllinoys Nümayəndələr Palatasının Demokratlar partiyasından olan üzvüdür.
    Bəyanat İllinoysda yaşayan Azərbaycan icmasının üzvü Aygün Rüstəmlinin təşəbbüsü ilə qəbul edilib.

  • Prezident sərəncam imzaladı

    Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib
    Dəyişikliyə əsasən, bu Qanunun 29-cu maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda xüsusi notariuslar tərəfindən bu haqq və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq.
    Bundan başqa, dövlət başçısı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. 

  • Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkar edildi

    Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 7 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.

  • В столице автомобиль сбил женщину

    В Низаминском районе Баку, около станции метро “Гара Гараев” автомобиль сбил Гюльнису Аббасову (1954 г.р.), передает Report.

    Пострадавшая была госпитализирована с ушибом левой ноги.

  • Paytaxtda 67 yaşlı qadını maşın vurdu

    Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

    Belə ki, 1954-cü il təvəllüdlü Abbasova Gülnisə Əbdüləli qızını Qara Qarayev metrosunun yaxınlığında avtomobil vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının əziyi diaqnozu qoyulub.