Month: February 2021

  • Vətəndaşın kartından oğurluq edən şəxslər saxlanılıb – VİDEO

    Abşeron rayonu Ceyranbatan qəsəbəsində naməlum şəxslər bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 902 manat pulu ələ keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Kart sahibi Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan iki nəfərə müraciət edib. Həmin şəxslər kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat veriblər. Həmin şəxslər kartın sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu götürərək hadisə yerindən uzaqlaşıblar.

    Abşeron RPİ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər – Kənan İmamverdiyev və Mehman Cəfərli tutulublar. Onlar ifadələrində etdikləri cinayət əməlini etiraf ediblər.

    Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Kənan İmamverdiyev və Mehman Cəfərlinin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayət əməlləri etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Xidməti-Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

  • Полицейские спасли жизнь девочке

    В Мингячевире полиция спасла жизнь подростку, который отравился угарным газом.

    Об этом говорится в сообщении пресс-службы МВД Азербайджана.

    Сотрудники патрульно-постовой службы городского отдела полиции Мингячевира – Ульви Пашабейли, Санан Сулейманли и Низам Сафарли несли службу на улице 20 Января, когда к ним подошел мальчик и попросил помочь его сестре, которая упала дома, потеряв сознание.

    Правоохранители немедленно направились по указанному адресу и обнаружили девочку – подростка, находящуюся в бесчувственном состоянии. После оказания первой помощи они срочно доставили девочку на служебной машине в городскую центральную больницу, где ей был поставлен диагноз – отравление угарным газом.

    Благодаря усилиям врачей жизнь подростка удалось спасти.

  • Polis yeniyetmənin həyatını xilas etdi

    Mingəçevirdə polislər dəm qazından zəhərlənən yeniyetmənin həyatını xilas edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Mingəçevir Şəhər Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları – Ülvi Paşabəyli, Sənan Süleymanlı və Nizam Səfərli şəhərin 20 Yanvar küçəsində xidmətdə olan zaman bir azyaşlı oğlan onlara yaxınlaşıb və bacısının evdə huşsuz vəziyyətdə yerə yıxıldığını, polislərdən ona kömək etməsini istəyib.

    Polis əməkdaşları dərhal həmin ünvana gedib və yeniyetmə qızın vəziyyətinin pis olduğunu görüblər. İlkin tibbi yardım göstərdikdən sonra vaxt itirməmək üçün onu dərhal xidməti avtomobilləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar.

    Yeniyetmənin dəm qazından zəhərləndiyi müəyyən edilib və həkimlərin də səyi ilə onu həyata qaytarmaq mümkün olub.

  • Вилаят Эйвазов уволил начальника полиции

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова начальник Астаринского районного отдела полиции полковник Азер Джахангиров освобожден от занимаемой должности, передает Lent.az.

  • Vilayət Eyvazov daha bir rəisi işdən çıxardı

    Astara Rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovniki Azər Cahangirov vəzifəsindən azad olunub.

  • В Баку задержан мужчина по подозрению в краже на 20 тыс. манатов

    В Баку задержан подозреваемый в совершении кражи на 20 тыс. манатов.

    Об этом сообщает пресс-служба МВД Азербайджана.

    В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками 18-го отдела Наримановского РУП, был задержан житель столицы, ранее судимый В.Аллахвердиев.

    Мужчина подозревается в краже золотых украшений из дома в Наримановском районе на сумму 20 тыс. манатов, совершенной 26 января.

  • Bakıda evdən 20 min manatlıq oğurluq edən ələ keçdi

    Bakıda evdən 20 min manatlıq oğurluq edən şəxs tutulub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da rayon ərazisindəki evlərin birindən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.

  • Генерал: В первый день войны было уничтожено до 500 целей противника

    27 сентября прошлого года азербайджанская армия под руководством Верховного Главнокомандующего Ильхама Алиева начала широкомасштабную контрнаступательную операцию с целью предотвращения очередной провокации противника и освобождения оккупированных территорий Азербайджана. Вступившая в бой артиллерия массированным огнем нанесла противнику сокрушительный удар, в результате чего враг понес потери в живой силе и технике.

    Как сообщает Report, об этом журналистам заявил командующий ракетными и артиллерийскими войсками азербайджанской армии, генерал-майор Агамир Султанов.

    “Выведя из строя средства ПВО и радиоэлектронной борьбы противника, мы обеспечили себе превосходство в воздухе. В первый день боя нашими артиллерийскими подразделениями было уничтожено до 500 вражеских целей”, – подчеркнул генерал-майор.

  • Ağamir Sultanov: “Müharibənin ilk günündə düşmənin 500-ə qədər hədəfi məhv edilib”

    “Ötən ilin sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq və işğal altında olan əraziləri azad etmək məqsədilə Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks hücum əməliyyatına başladı. Döyüşə girən artilleriya bölmələrimizin düşmən üzərinə endirdiyi kütləvi atəş zərbəsi ilə onun dərinlikdə yerləşən bölmələrini canlı qüvvə və texnika baxımından böyük itkilərə uğradaraq şok təsiri yaratmışdı”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.

    “Düşmənin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini sıradan çıxararaq, havada üstünlüyümüzü təmin etdik. Döyüşün ilk günü kütləvi atəş zərbələrində artilleriya bölmələri tərəfindən düşmənin 500-ə qədər hədəfi məhv edilib”, – deyə o, vurğulayıb.

  • Son sutkada avtomobil qəzalarında iki nəfər ölüb – RƏSMİ

    Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, fevral ayının 8-də törədilən 33 cinayətin üstü “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.