Month: February 2021

  • DİN-dən avtoxuliqanlıq edən şəxsin döyülməsi iddiaları ilə bağlı AÇIQLAMA

    Bəzi sosial şəbəkə seqmentlərində Sumqayıt Polis İdarəsində vətəndaşın polis tərəfindən döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı iddialar yayılıb.

    Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

    O bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır.

    “Vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşaiyət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb. Həmin şəxsin ailə üzvləri ictimai təhülkəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətəuyğun olmayan məlumatlar yayır.

    Daha böyük faicə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə tıxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifət nahiyəsi sükana dəyərək, burun çəpərinin zədələnməsi burun və gözətrafı nahiyədə göyərmə, ödem (şişkinlik) yaranıb”.

    Vətəndaşın zirzəmidə saxlanmasına da toxunan E.Hacıyev əlavə edib ki, o, zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən, istintaq təcridxanasına yerləşdirilib.

    Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması ilə nəticələnən hala görə ekspertiza təyin edilib.

  • Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur qurumlarının vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluqdan məlumat yayıb.

    Məlumata görə, xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

    Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev, Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi İbrahim Muxtarov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə sektorunun baş müfəttişi Zahid Bəkirovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.

    Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Fikrət Paşayevin İbrahim Muxtarov və Zahid Bəkirov ilə qabaqcadan əlbir olaraq 2003-2018-ci il tarixləri ərzində balıq ovu sezonunda Xəzər dənizinin Sumqayıt-Xaçmaz sahil zolağına aid olan hissəsində qeyri-qanuni balıq ovunun aparılması, balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sahil zolağına sərbəst çıxışlarına icazə verilməsi, habelə həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması müqabilində balıqçılıq fəaliyyəti ilə məşğul olan 31 şəxsdən sürücüsü Fikrət Abdulrəhimovun vasitəsilə cəmi 287 min 660 manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Fikrət Paşayevə, Zahid Bəkirova, İbrahim Muxtarova və Fikrət Abdulrəhimova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Bakıda 17 yaşlı qız xəstəxanadan qaçdı: “27 gündür xəbər yoxdur” – FOTO

    Bakıda 17 yaşlı qız xəstəxanadan qaçıb.

    Bu barədə Oxu.Az-a itkin düşən 2004-cü il təvəllüdlü Kifayət Vəlicanovanın atası Rauf Vəlicanov məlumat verib.

    Atanın sözlərinə görə, qızı yanvarın 15-də müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçıb:

    “Qızım maştağada həmin xəstəxanada müalicə alırdı. Yanvarın 15-də xəstəxanada işçilərin səhlənkarlığı ucbatından iki nəfər qız ilə birlikdə qaçıb. Onunla qaçan uşaqlar tapılıb, amma mənim qızım tapılmayıb. Artıq 27 gündür qızımdan bir xəbər yoxdur. Polisə də məlumat vermişik”.

    Atanın sözlərinə görə, qızı artıq bir neçə dəfə xəstəxanadan qaçıb:

    “Əvvəl də xəstəxanadan qaçmışdı. Lakin 3-4 gün sonra tapılmışdı. Bu dəfə qayıtmayıb, xahiş edirəm ki, qızımı görənlər mənə məlumat versin”.

    İtkinlə bağlı məlumatı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsindən Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, axtarışlar davam etdirilir.

    İtkin düşən qızın atasının əlaqə nömrəsi : +994-55-476-15-11

  • Milli Məclisin növbəti iclasında gündəliyə çıxarılacaq məsələr açıqlanıb

    Azərbaycan Respublikası Milli Məclisinin fevralın 12-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

    İclasın gündəliyinə təklif olunan 15 məsələ çıxarılacaq:

    – “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

    – “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi haqqında (ikinci oxunuş).

    – “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

    – Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

    – Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

    – Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

    – “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

    – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

    – “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

    – “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

    – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

    – “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

    – “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

    – Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

    – Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

  • Vilayət Eyvazovdan daha bir TƏYİNAT

    Daxili İşlər Nazirliyində növbəti kadr islahatı aparılıb.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenatı Azay Ağayev vəzifəsindən azad edilib.

    Nazirin digər əmri ilə o, Masallı Rayon polis Şöbəsinə rəis təyin edilib.

  • Xankəndidən Şuşaya hücumun qarşısı necə alındı? (AÇIQLAMA/VİDEO)

    “Şuşa şəhəri düşməndən azad ediləndən sonra ermənilər 49-cu tank, 8-ci motoatıcı briqada, 6 və 7-ci alaylardan ehtiyatlarını cəlb etməklə Xankəndi istiqamətindən əks həmlə etməyə cəhd etmişdi”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, raket artilleriya qoşunları bölmələri düşməni Xankəndindən Şuşa istiqamətində “zapravka” deyilən ərazidə darmadağın etdi və onların əsas hissəsini məhv etdi: ”Bununla da düşmənin əks həmlə əzmi qırılıb. Düşmənin əks həmləsi boşa çıxdı”.

  • 155 ictimai iaşə müəssisəsində pandemiya tələbləri kobud şəkildə pozulub

    155 ictimai iaşə müəssisəsində pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məlumat verilib.

    Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 4-8 fevral tarixlərində AQTA əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 1 977 ictimai iaşə müəssisəsində 3 251 monitorinq həyata keçirilib.

    Monitorinq keçirilən 155 ictimai iaşə müəssisəsində qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

    Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə pandemiya dövrünün tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

  • Azərbaycanda qəlyan üçün hazırlanan tütünlər aksiz vergisinə cəlb ediləcək

    Azərbaycanda qəlyan üçün hazırlanan tütünlərin aksiz vergisinə cəlb edilməsi təklif olunaraq hər kiloqrama görə 30 manat müəyyən edilib.

    Bununla bağlı “Vergilər Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi bu gün onlayn formatda keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında müzakirə edilib və plenar iclasda baxılması üçün tövsiyə edilib.

    Bildirilir ki, qanunun birinci oxunuşunda qəlyan üçün tütünlər aksiz vergisindən azad idi.

  • Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb

    2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 691,8 min nəfər olub.

    Muzdla çalışan işçilərin sayı ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 faiz artıb.

    Onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb.

  • В Азербайджане выросли зарплаты

    Среднемесячная номинальная заработная плата работников в Азербайджане составила 707,3 маната.

    По предварительным данным за 2020 год, среднемесячная номинальная заработная плата наемных работников выросла на 11,4% по сравнению с предыдущим годом, сообщает Государственный комитет статистики Азербайджана.

    Так, увеличилась среднемесячная номинальная зарплата работников горнодобывающей промышленности, финансовой и страховой сфер, профессиональной, научно-технической деятельности, информации и связи, а также транспортного и складского хозяйств.