Month: February 2021

  • Джейхун Байрамов провел телефонный разговор с помощником госсекретаря США

    8 февраля состоялся телефонный разговор между министром иностранных дел Азербайджана Джейхуном Байрамовым и исполняющим обязанности помощника госсекретаря США по делам Европы и Евразии Филипом Рикером.

    Об этом сообщили в МИД АР.

    Стороны обсудили текущую ситуацию в регионе, в том числе вопросы, связанные с выполнением трехсторонних заявлений от 10 ноября 2020 года и 11 января 2021-го.

    В ходе телефонного разговора также состоялся обмен мнениями по другим вопросам, представляющим взаимный интерес.

  • Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə telefon danışığı keçirib

    8 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

    Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • “WhatsApp”da yeni funksiya

    “WhatsApp” mesencerinin texniki heyəti yeni funksiyanı sınaqdan keçirir.

    “RİA Novosti” məlumat verir ki, tezliklə istifadəyə verilməsi planlaşdırılan yeniliyə əsasən, bundan sonra istənilən videonu səssiz göndərmək mümkün olacaq.

    Bunun üçün videoredaktə menyusuna daxil olub, ekranda görünəcək müvafiq işarəni basmaq kifayət edəcək.

    Hazırda sözügedən funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyasında mövcuddur.

    Bununla yanaşı, mesencerin növbəti versiyasında yeni animasiyalı stikerlər əlavə olunacaq, eləcə də qrup çatında istifadəçilərin xatırlanması funksiyası yaxşılaşdırılacaq.

  • Sabaha olan hava proqnozu

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 15-17 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasının vaxtı AÇIQLANDI

    Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclasınımn vaxtı açıqlanıb.

    Bununla bağlı Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edən zaman məlumat verib.

    Dövlət başçısının sözlərinə görə, iki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək:

    “Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik”.

    İlham Əliyev Azərbaycan və BP şirkəti arasındakı tərəfdaşlığa da toxunub:

    “Enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir. Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var. BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir.

    Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır – demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq”.

  • В Азербайджане полковник-лейтенант подорвался на мине – ФОТО

    Полковник-лейтенант азербайджанской армии Кямиль Дуниев подорвался на мине в Суговушане.

    Об этом Oxu.Az сообщили в Министерстве обороны.

    Военнослужащий с тяжелыми ранениями был доставлен в военный госпиталь.

  • Azərbaycanda polkovnik-leytenant minaya düşdü – RƏSMİ + FOTO

    Azərbaycanda polkovnik-leytenant minaya düşüb.

    Bu barədə oxu.az Müdafiə Nazirliyindən məlumat əldə edib.

    Bildirilib ki, polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.

    O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.

  • Məcburi köçkünlər yataqxana otaqlarını satışa çıxarıb? – AÇIQLAMA

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqların satışa çıxarılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

    Komitədən bildirilib ki, Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə məlumatlar yayılıb:

    “Bununla əlaqədar olaraq bildiririk ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların dövlət komitəsinə heç bir aidiyyatı yoxdur”.

  • Naxçıvanda yeni hərbi hissələr yaradılıb

    Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb.

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi hissələrə döyüş bayraqlarının verilməsi ilə bağlı təqdimatlarını oxuyub.

    Ali Məclisin sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.

  • Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb

    AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.

    Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, səfəri zamanı AFFA prezidenti FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

    Qeyd edək ki, hazırda Dohada klublararası dünya çempionatı keçirilir. Finalda Almaniya “Bavariya”sı ilə Meksika “Tiqres”i üz-üzə gələcək. Oyun fevralın 11-də təşkil olunacaq.