Month: February 2021

  • В Азербайджане возросло число самоубийств среди несовершеннолетних

    В Азербайджане названо число лиц в возрасте до 18 лет, совершивших самоубийство в прошлом году.

    По полученной Report информации из органов прокуратуры, в 2020 году на территории республики было зарегистрировано 37 фактов суицида среди несовершеннолетних.

    Это на 17 больше, чем в 2019 году, когда было совершено 20 самоубийств лицами в возрасте до 18 лет.

  • Son bir ildə 18 yaşdan aşağı olanların intiharı iki dəfəyədək artıb

    Ötən il Azərbaycanda intihar edən 18 yaşdan aşağı olan şəxslərin sayı açıqlanıb.

    “Report”un prokurorluq orqanlarından əldə etdiyi məlumata görə, 2020-ci ildə respublika ərazisində 37 intihar faktı qeydə alınıb.

    Bu, 2019-cu illə müqayisədə 17 nəfər (iki dəfəyə yaxın) çoxdur. Yəni, həmin il 18 yaşdan aşağı olan 20 nəfərin intiharı qeydə alınıb.

  • В Азербайджане введено новшество в связи с процессом вакцинации – ВИДЕО

    В Азербайджане для проведения иммунизации от коронавируса запущен новый электронный сервис “Назначение очереди на вакцинацию против COVID-19”.

    Об этом сообщили в Государственном агентстве по обязательному медицинскому страхованию.

    Сервис создан с целью упорядоченного распределения заявок в соответствии с потенциалом медучреждений и недопущения массового скопления людей в одном месте.

    В то же время услуга онлайн-очереди позволяет сэкономить время и сократить до минимума ожидание в прививочных пунктах.

    В соответствии со “Стратегией вакцинации против COVID-19 в АР на 2021-2022 годы” данная электронная услуга на первом этапе предусмотрена для лиц в возрасте 65 лет и старше.

    Чтобы воспользоваться ею, граждане должны открыть сайт сервиса и выбрать услугу “Назначение очереди на прививку против COVID-19”. Затем в открывшемся окне надо будет ввести серию и индивидуальный идентификационный номер удостоверения личности и нажать кнопку “Проверить”.

    После этого гражданин должен выбрать из представленного списка пункт вакцинации, а также дату и время ее проведения и указать номер своего мобильного телефона. После завершения регистрации на телефон придет SMS-уведомление. В сообщении будет указаны дата, время и место проведения процедуры.

    Сообщается, что нет необходимости проходить повторную регистрацию для получения второй дозы спустя 28 дней после первой. В этом случае очередь назначается автоматически без изменения места и времени.

    Если же гражданин хочет изменить время или пункт для проведения вакцинации, он должен зарегистрироваться заново.

    Придя в медучреждение в назначенное время, гражданин должен предъявить в регистратуре удостоверение личности.

    Граждане, тест на COVID-19 которого за последний год оказался положительным, автоматически идентифицируются системой, и их заявки не регистрируются.

  • Vaksinasiya prosesi ilə bağlı yenilik edildi – VİDEO

    COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün “COVID-19 vaksin randevu” adlı yeni elektron xidmət istifadəyə verilib.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, elektron xidmətin yaradılmasında məqsəd tibb müəssisələrinin potensialına görə müraciətləri bölüşdürmək və insan axınını düzgün idarə etməkdir.

    Eyni zamanda, onlayn növbə xidməti vətəndaşların vaxtına qənaət etməyə imkan yaradır, belə ki, onların bilavasitə peyvənd məntəqələrində gözləmə növbəsində sərf edəcəkləri vaxt minimuma enir.

    “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 1-ci mərhələdə yaşı 65 və yuxarı olan şəxslərin sözügedən elektron xidmətdən istifadəsi nəzərdə tutulub.

    Belə ki, xidmətdən yararlanmaq üçün vətəndaşlar müvafiq sayta daxil olub “COVID-19 vaksin randevu” xidmətini seçməlidirlər. Daha sonra açılan pəncərədə onlayn növbə tutmaq üçün vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır.

    Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

    Bildirilir ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

    Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

    Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Son bir ildə COVID-19 testi pozitiv çıxan vətəndaşlar onlayn növbə sistemi tərəfindən avtomatik müəyyən edilir və onların müraciəti qeydə alınmır.

  • Araik Arutyunyanın azərbaycanlı sinif yoldaşından MÜSAHİBƏ – FOTO

    Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Araik Arutyunyanın sinif yoldaşı olan xanım müsahibə verib. Xanım adının və fotosunun yayımlanmasını istəməyib.

    Kulis.az-ın sözügedən müsahibəni təqdim edirik:

    – Araik Arutyunyanla sinif yoldaşı olduğunuz haqqında məlumat əldə etdik. Bu, doğrudurmu?

    – Bəli. Doğrudur. Mən Xankəndidə fəaliyyət göstərən 10 nömrəli rus məktəbində Araiklə bir neçə sinfi bir yerdə oxumuşam.

    – Siz oralısınız?

    – Yox. Atam institutda müəllim işləyirdi, ona görə bir müddət orada yaşadıq.

    – Bu, hansı illər idi?

    – 1980-ci ildə birinci sinfə getmişəm. Araiklə 3-4-cü sinifləri bir yerdə oxumuşuq. Söhbət 1983-1984-cü illərdən gedir.

    – Göndərdiyiniz foto da təbii ki, o illərə aiddir.

    – Bəli. Birinci fotoda Araikin başının üstünə işarə qoymuşam. İkincidə onu tanıya bilmirəm. Həm şəkil bir az qaranlıqdır, həm də uzun illər keçib. Amma mütləq ordadır. Araik boz bir uşaq idi. Xüsusi seçilən heç nəyi yox idi. Nə oxumağı, nə xarici görünüşü…

    – İkinci fotodakı qadınlar kimdir?

    – Qara geyimli sinif rəhbərimiz Areqa Levonovnadır. O birisinin adı, deyəsən, Venera idi. Soyadını unutmuşam.

    – Başqa nələri xatırlayırsınız…

    – Ermənilər o vaxtdan şovinist idilər. Bu xasiyyətləri uşaqlarına da sirayət eləmişdi. Eləcə də Araikə… Hətta bunun üstündə Araiki bir dəfə möhkəm çırpmışam (gülür).

    – Necə?

    – Mənə “Tork! Tork” deyirdi bütün günü. Həm də aşağılayaraq, incidərək söyləyirdi. İt qurusu bir oğlan idi. Cılız, əfəl… Mən də yekəpər, davakar qız idim. Bir gün kitabla düşdüm bunun üstünə. Harasına gəldi vurdum. Bir də baxdım, ağzının-burnunun qanı bir yerə qarışıb. Ağladı. Qaçdı evə. Anası onu götürüb müəllimlər otağına gəldi. Mənim atam da gəldi. Bizi də çağırdılar. Araikin anası məktəb direktoru ilə dirəşmişdi ki, məni məktəbdən qovsun. Atam da elə-belə adam deyildi. Dalaşmağımızın səbəbini öyrənən kimi bunlara necə cavab verdisə, dillərini qarınlarına soxdular.

    – Sizi də danışdırdılar?

    – Danışdırdılar, sonra dəhlizə çıxardılar. Dedilər, nə danışdığınızı xatırlayırsınız? Niyə vurdun Araiki? Dedim, mənə “Tork” dedi. Dedilər, Araik, ona elə demisən? Dedi, “ha, asalım” (gülür).

    – Nə deməkdir?

    – Ermənicə “hə, demişəm” deməkdir. Tapşırdılar ki, bir də elə demə. Amma bundan sonra da dinc durmurdum. Sinifdə iki azərbaycanlı idik, qalanı erməni idi. Görünür, bizə kin-küdurətlərini uşaq hissiyyatımla hiss eləmişdim. Ona görə gündə biri ilə dalaşırdım. Atam vəziyyəti belə görəndə məni 4 nömrəli Azərbaycan məktəbinə dəyişdi.– Bununla da erməni uşaqlarla, o cümlədən Araiklə əlaqəniz kəsildi.

    – Kəsildi. Amma… (Duruxur)

    – Amma nə?

    – Sizə bir sirr açmaq istəyirəm.

    – Buyurun.

    – Mən sosial şəbəkələrdə lap erkən dövrlərdən aktiv olmuşam. Hələ söhbət “odnaklassiki”nin populyar vaxtlarından gedir. Orada maraq üçün məktəbimizi və sinif yoldaşlarımızı axtarışa verdim, hamısı orda idi. Mən onları izlədiyimi bildirmirdim. Onlar orta məktəb illərindən yazır, məni də xatırlayırdılar. Pis heç nə yazmırdılar. Bir gün mənim də olduğum fotonu paylaşdılar. Mən də bu fotonu öz səhifəmdə paylaşdım. Onda bildilər ki, izləyirəm bunları. Səhər durdum, gördüm, hamısı dostluq atıb. Yaxın bir adamımla məsləhətləşdim. Dedi, problem deyil, dostluqlarını qəbul elə, amma ünsiyyətə girmə, heç bir reaksiya vermə, sadəcə izlə gör nə edirlər. Biri Fransada, biri Kanadada, biri Rusiyada, mənə sevgi dolu sözlər yazır, olduqları yerə qonaq dəvət edirlər. Bəziləri Ermənistana getmiş, bəziləri Xankəndidə qalmışdı.

    – Araik də orada idi?

    – Orada idi. Hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı, harada yaşadığımı, nə iş gördüyümü soruşdu. Cavab vermədim. Sonra mənə yazdı ki, hər şey bizim üçün yaxşı olacaq, sizin üçün bilmirəm. Elə buna görə hamısını bloka atdım.

    – Nəyi nəzərdə tuturmuş?

    – Yəqin orda qondarma rəhbər olacağını…

    – Onda hələ olmamışdı?

    – Yox.

    – İndi elə bir ünsiyyət imkanınız olsa, nə deyərdiniz?

    – Onların beyni zəhərlənib. Nəsə deməyin xeyri yoxdur. Adam anormaldırsa, ona nə deyəsən?

    – Hər halda, qələbədən sonra deyəcək bir sözünüz olardı…

    – Olmaz olar? (Gülür) Eynən bu cür deyərdim: “Nə oldu, Araik? Mənim sənə elədiklərimi indi ordumuz sizin cinayətkarlara qarşı elədi, gördünmü? Qanınız tökülməyincə ağlınız başınıza gəlmir”.

  • Prokurorluq Şirvanda qadının qətli ilə bağlı məlumat yaydı

    Şirvan rayonunda qətl hadisəsi baş verib.

    Şirvan şəhər Prokurorluğundan verilən məlumata görə, fevralın 5-də səhər saatlarında Şirvan şəhəri ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Röyanın vaksinasiya olunduğu tibb müəssisəsinin rəhbəri: “Bizim işçimizdir”

    Ötən gün Xalq artisti Röya Ayxan koronavirusa qarşı peyvənd olunub. Müğənninin öz “Instagram” hesabına yerləşdirdiyi görüntülərdən aydın olur ki, vaksinasiya prosesi özəl klinikalardan birində baş tutub, ona könüllü olaraq “Sinovac” vaksini vurulub.

    “Qafqazinfo” xəbər verir ki, bu paylaşım əhalinin vaksinasiya olunmasına yönəlmiş təbliğat xarakteri daşısa da, insanlar arasında bəzi suallar yaradır. İstənilən şəxs poliklinikaya və ya özəl klinikaya gedib könüllü peyvənd oluna bilərmi? Könüllü peyvəndləmə mümkündürsə, o zaman əhalinin vaksinasiyası ilə bağlı mərhələlər nə üçündür?

    Bildiyimiz kimi, yanvarın 18-dən başlanan vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi nəzərdə tutulurdu. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, yüksək risk şəraiti olan işlərdə çalışanlar və digərləri daxildir. Digər tərəfdən isə, ilkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya strategiyası nəzərdə tutulur.

    Bakıda yerləşən bir neçə özəl klinika isə həmin tibb müəssisələrində əhalinin vaksinasiya edilmədiyini, yalnız işçilərin vaksinasiya prosesinə cəlb olunduğunu bildirdilər.

    Dövlət poliklinikalarından bəzilərində hələ tibb işçilərinin vaksinasiyasının davam etdiyi deyilsə də, digərlərində artıq əhalinin vaksinasiyasına başlanıldığını, yaşı 65-dən yuxarı olanların peyvənd olunduğunu bildirdilər. Lakin bunun üçün əvvəlcədən qeydiyyata düşmək lazımdır. Qeydiyyat isə yaşı 65 və yuxarı olan, həmçinin son bir il ərzində “COVID-19” analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

    Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirdilər ki, peyvəndlənmə prosesi strategiyaya uyğun olaraq davam edir. Yəni istənilən şəxs könüllü şəkildə poliklinikaya müraciət edib peyvənd oluna bilməz:

    “Fevralın 8-dən etibarən “COVID-19” əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanılacaq. Hazırda qeydiyyat davam edir, yaşı 65-dən yuxarı olan şəxslər randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə vaksinasiya oluna bilərlər. Qeydiyyat ona görə lazımdır ki, pandemiya dövrüdür, növbəsiz gələndə kütləvilik yaranır və qaydalar pozulmuş olur”.

    Nazirlikdən o da bildirilib ki, əhali peyvənd üçün özəl klinikalara müraciət edə bilməz, hazırda vaksinasiya yalnız dövlət poliklinikalarında həyata keçirilir.

    Müğənni Röya Ayxanın peyvənd olunmasına gəlincə isə…

    Nazirlikdən bildirdilər ki, ifaçı fotosunu paylaşdığı özəl tibb müəssisəsinin sadəcə bir işçisi kimi peyvənd olunub:

    “Özəl tibb müəssisəsi Səhiyyə Nazirliyinə öz işçilərinin sayını təqdim edir və həmin say əsasında tibb işçilərinin peyvəndlənməsi üçün tibb müəssisəsinə peyvənd təqdim olunur. Əgər hər hansı bir tibb müəssisəsi bu peyvəndi kənar bir şəxsə vurarsa və ya satarsa buna görə müəyyən məsuliyyət nəzərdə tutulub. Bu işə nəzarət edən qurumlardan biri də Səhiyyə Nazirliyidir.

    Sözügedən məsələ ilə bağlı özəl tibb müəssisəsinin rəhbəri Barat Yusubov Səhiyyə Nazirliyinə bildirib ki, Röya xanım bir ildən artıqdır ki, həmin tibb müəssisəsində PR menecer vəzifəsində çalışır. Vergilər xidmətinin portalında da qeydiyyatdan keçib. Onların rəsmi ştatda olan işçisi kimi peyvəndlənmədən keçib”.

  • Израиль планирует возобновить международный туризм

    С марта Израиль возобновляет международный туризм. Местные жители, прошедшие два этапа вакцинации и получившие “зеленый паспорт”, смогут путешествовать без необходимости оставаться на карантине и сдавать ПЦР-тест перед вылетом и после посадки. Об этом сообщила пресс-служба Министерства туризма страны, передают “Вести Кавказа”.

    Соответствующее соглашение уже заключено с Кипром. Как ожидается, 8 февраля в Израиль приедет премьер-министр Греции Кириакос Мицотакис, который будет обсуждать условия возобновления туристического обмена.

    Аналогичные переговоры ведутся с Сербией, Сейшельскими островами, Румынией и Грузией.

    Сейчас пассажирское авиасообщение между Израилем и другими странами приостановлено за исключением гуманитарных спецрейсов.

  • İsrail gələn ay beynəlxalq turizmi bərpa edir

    Mart ayından etibarən İsrail beynəlxalq turizmə yenidən başlayır.

    “Vestnik Kavkaza” xəbər verir ki, bu barədə İsrail Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Yerli sakinlər, peyvəndləmənin hər iki mərhələsini keçmiş və “yaşıl pasport” almış şəxslər yola düşmədən əvvəl və enişdən sonra PCR testindən keçmədən, karantində qalmadan səyahət edə biləcəklər.

    Artıq gözlənildiyi kimi Kiprlə razılaşma əldə edilib. Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin 8 fevralda turizm mübadiləsinin şərtlərini müzakirə etmək üçün İsrailə gəlməsi gözlənilir.

    Oxşar danışıqlar Serbiya, Seyşel adaları, Rumıniya və Gürcüstanla da aparılır.

    Hazırda İsraillə digər ölkələr arasında xüsusi humanitar uçuşlar istisna olmaqla, sərnişin reysləri dayandırılıb.

  • Президент Ильхам Алиев наградил орденом “Достлуг” Юаня Сикуня – РАСПОРЯЖЕНИЕ

    5 февраля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Юаня Сикуня орденом “Достлуг” за заслуги в развитии культурных отношений между республикой и Китаем.

    Текст документа опубликован АЗЕРТАДЖ.