Month: February 2021

  • İlham Əliyev sərəncam imzaladı

    Prezident İlham Əliyev Yüen Sikunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Yüen Sikun Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib.

  • В Сумгайыте оштрафовали чиновника

    Жалоба, поступившая в Государственную службу экологической безопасности в связи с вырубкой деревьев возле парка культуры и отдыха имени Насими в Сумгайыте, была рассмотрена.

    Об этом сообщает пресс-служба Министерства экологии и природных ресурсов.

    По словам представителя Госслужбы Бахруза Мухаммедова, было установлено, что указанная территория огорожена и на ней стройкомпания ООО Flame MTK ведет строительные работы. Однако факт вырубки деревьев не подтвержден.

    Были также сопоставлены спутниковые снимки местности, сделанные в предыдущие годы, и выяснилось, что растительности здесь не было.

    Тем не менее строительство жилого объекта здесь ведется без положительного заключения Госагентства экологической экспертизы, отметил Б.Мухамедов.

    По данному факту в отношении ответственного лица стройкомпании Вугара Самедова был составлен протокол. Ему выписан штраф в размере 3 500 манатов.

    “Руководству компании было дано обязательное для исполнения указание сохранить в целости растущие в округе деревья и получить заключение экологической экспертизы”, – сказал представитель службы.

  • Sumqayıtda vəzifəli şəxs cərimələndi

    Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkına yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin dəmir lövhələrlə hasara alındığı və “Flame MTK” MMC tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyənləşib. Ərazinin əvvəlki illərdəki kosmik görüntüləri müqayisə olunub və tikinti aparılan yerdə yaşıllıqların olmadığı müəyyən edilib.

    B.Məhəmmədov qeyd edib ki, aparılan araşdırma zamanı yaşayış obyektinin tikintisinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi olmadan aparıldığı aşkar edilib. Faktla bağlı MMC-nin məsul şəxsi Vüqar Səmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub.

    “Ətrafdakı ağacların qorunub saxlanması və tikintiyə ekoloji ekspertiza rəyinin alınması məqsədilə şirkət rəhbərliyinə məcburi göstəriş verilib”.

  • Goranboyda 18 yaşlı oğlan özünü asıb

    Goranboy rayonunda intihar hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, rayonun Qızılhacılı kənd sakini 2003-cü il təvəllüdlü T.Yusifov özünü ağacdan asıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Ramanada məcburi köçkünlərin təhlükəli həyatı – VİDEO

    Sabunçu rayonu, Ramana qəsəbəsi 9-cu mədən küçəsində yerləşən 31 nömrəli yaşayış binası qəzalı vəziyyətdədir.

    Baku TV xəbər verir ki, bina həm də şəraitsiz vəziyyətdədir.

    Ramana qəsəbəsinin icra nümayəndəsi Məhəmməd Əsədov Baku TV-yə bildirib ki, həmin yataqxanada Cəbrayıl və Zəngilan rayonlarından olan 58 məcburi köçkün ailəsi yaşayır. Onların köçürülməsi isə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsi məşğul olur.

    Komitədənsə bildirildi ki, hazırda həmin binada yaşayan sakinlərin işlərinə baxılır.

    Ətraflı süjeyi təqdim edirik:

  • Распространительницу ложной информации в Facebook вызвали в Генпрокуратуру

    Женщине, распространившей ложную информацию в соцсетях, сделано предупреждение, сообщает пресс-служба Генеральной прокуратуры Азербайджана.

    Несмотря на неоднократные рекомендации проявлять деликатное отношение к тематике, связанной с Отечественной войной, и проверять достоверность распространяемой информации, часто встречаются случаи появления в СМИ и соцсетях сообщений, не соответствующих действительности и призванных вызвать в обществе ажиотаж.

    “В ходе расследования, проведенного Генпрокуратурой, было установлено, что гражданка Афсана Рустамова в своем Facebook-аккаунте опубликовала видеозапись, в которой некая Рена Кязымова сообщает о том, что ее двое сыновей пропали без вести в ходе Отечественной войны. А.Рустамова в своем посте также призвала довести эту информацию до как можно большего числа людей и оказать помощь этой женщине.

    При проверке размещенной А.Рустамовой публикации был выявлен факт нарушения положений закона “Об информации, информатизации и защите информации”, в частности выяснилось, что она не соответствует действительности.

    В связи с этим А.Рустамова была приглашена в Генпрокуратуру и официально предупреждена о том, что в случае повторения подобных случаев и распространения необоснованной информации ради сенсации, с целью ввести в заблуждение и подорвать доверие к осуществляемым государством мерам в ее отношении будут приняты более серьезные меры, предусмотренные законодательством, включая привлечение к уголовной ответственности”, – говорится в сообщении надзорного ведомства.

  • “Facebook”da yalan məlumat yayan qadın Baş Prokurorluğa çağırıldı

    İki oğlunun müharibədə itkin düşdüyünü iddia edən qadına xəbərdarlıq olunub.

    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Vətən müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayiş etdirilməsi, yayılmış informasiyaların düzgünlüyünün yoxlanılması ilə bağlı dəfələrlə tövsiyələr verilməsinə baxmayaraq, təəssüf ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə məlumatın dəqiqliyi yoxlanılmadan informasiyaların ictimailəşdirilməsi hallarına rast gəlinir:

    “Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Rüstəmova Əfsanə Süleyman qızının “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə iki övladının Vətən müharibəsində itkin düşdüyünü bildirən Rəna Kazımova adlı qadının videogörüntülərini ictimailəşdirməsi, övladlarından xəbər ala bilmədiyini diqqətə çatdıran həmin qadına köməklik göstərilməsi ilə bağlı çağırış etməsi müəyyən edilib.

    Əfsanə Rüstəmova tərəfindən yerləşdirilmiş məlumatlar yoxlanılarkən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının və inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinin pozulması aşkar edilib.

    Qeyd edilənlərlə əlaqədar Əfsanə Rüstəmova Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ictimai rəyi çaşdırmaq, sensasiya naminə dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi güdməklə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

    Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən yaranmış hazırkı həssas vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunmaqla bir daha nəzərə çatdırılır ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək”.

  • Azərbaycandan Hindistana koks ixrac olunur

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsal etdiyi koks Hindistana nəql olunur.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən verilən məlumata görə, hazırda həmin yük Gürcüstanın Poti limanına nəql edilir.

    Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşınır burada yük gəmilərinə aşırıldıqdan sonra dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.

    İlkin olaraq 2021-ci ilin əvvəlindən bu günə qədər 25 min ton koks Hindistana çatdırılıb ki, onun axırıncı partiyası 1 min tonu artıq yola salınıb. Bu ayda daha 25 min ton koksun nəql olunması nəzərdə tutulub.

    Qeyd edək ki, “ADY Express” şirkəti 2020-ci il noyabr-dekabr aylarında 27 min ton koksu Poti limanına daşıyıb ki, həmin yüklər də Çinə nəql edilib.

  • Baş Prokurorluq mülki vətəndaşlara xəbərdarlıq etdi – VİDEO

    Baş Prokurorluq mülki vətəndaşları işğaldan azad edilən ərazilərə getməməklə bağlı xəbərdarlıq edib.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərdarlıqda deyilir:

    “Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.
    İnsanların polis postlarından yayınmaqla və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.

    İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfərlər insanların həyatı üçün təhlükəli ola bilər”.

  • Ermənilərdən növbəti oğurluq: Bu dəfə Fikrət Əmirovun musiqisini özünküləşdirdilər – VİDEO

    Rusiyada yeniyetmələr arasında fiqurlu konkisürmə birinciliyində erməni əsilli Adeliya Petrosyan buz üstünə Azərbaycana aid musiqi sədaları altında çıxıb.

    O, kompizisiyanın erməni Ara Gevorkyana məxsus olduğunu qeyd edib. Lakin azərbaycanlı sosial şəbəkə istifadəçiləri dərhal buna etiraz edərək musiqinin Azərbaycan bəstəkarı Fikrət Əmirova aid olduğunu bildiriblər.

    Göründüyü kimi, ermənilər hələ də öz oğru xislətlərindən əl çəkə bilmirlər.