Month: February 2021

  • Кадры из села Солтанлы Джебраильского района – ВИДЕО

    Министерство обороны Азербадйжана распространило видеокадры из села Солтанлы Джебраильского района.

  • İşğaldan azad edilən Cəbrayılın daha bir kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Soltanlı kəndindən video yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Проводится реконструкция крупнейшей в Азербайджане подстанции – ВИДЕО

    ОАО “Азерэнержи” проводит реконструкцию 500/330/220-киловольтной Абшеронской подстанции, которая является самой крупной и стратегически важной в стране. Она была построена 36 лет назад и срок ее эксплуатации уже истек, говорится в сообщении компании.

    Работы были начаты несколько месяцев назад, и в ходе них не только обновлено оборудование открытых распределительных устройств 500, 330 и 220 кВ, но и расширена их территория. Определено место строительства второй линии 330-киловольтной ЛЭП “Дербент”, соединяющей энергосистемы Азербайджана и России.

    На территории построено новое здание управления, оснащенное современными цифровыми панелями, микропроцессорной релейной защитой, а также приборами управления и устройствами постоянного тока. В настоящее время проводится монтаж оборудования. Создаются дистанционно управляемая диспетчерская система SCADA, а также система противоаварийной автоматики и пожаротушения на основе нового проекта. В 3 км от подстанции прокладывается новая дорога.

    Отметим, что три 220-киловольтные подстанции “Хырдалан”, “Мушфиг” и “Говсан”, которые в целом обеспечивают электроэнергией Баку и Абшеронский полуостров, питаются именно от данной стратегически важной подстанции.

    Воздушные линии 500 и 330 кВ непосредственно входят в эту подстанцию от электростанций в городах Мингячевир и Ширван. Она также соединяет Сумгайытскую электростанцию, подстанции “Яшма”, “Агсу” и “Габала”.

    Реконструкцию этого важного объекта планируется завершить до мая.

  • Ölkənin ən böyük yarımstansiyası yenidən qurulur – VİDEO

    Ölkənin ən böyük strateji əhəmiyyətli yarımstansiyası hesab olunan və 36 il əvvəl tikildiyindən istismar müddəti başa çatan 500, 330, 220 kilovoltluq “Abşeron” yarımstansiyasını yenidən qurulur.

    “AzərEnerji” ASC-dən verilən məlumata görə, bir neçə ay əvvəl başlanan yenidənqurma işləri nəticəsində “Abşeron” yarımstansiyasının 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənməklə yanaşı, paylayıcı qurğuların ərazisi genişləndirilib.

    Tikintisi nəzərdə tutulan, Azərbaycan və Rusiya enerjisistemlərini əlaqələndirən ikinci 330 kV-luq “Dərbənd” Hava Xəttinin yuvası quraşdırılıb.

    Bütövlükdə Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən üç ədəd 220 kilovoltluq “Xırdalan”, “Müşfiq” və “Hövsan” yarımstansiyaları məhz “Abşeron” yarımstansiyasından qidalanır.

    Eyni zamanda Mingəçevir və Şirvan şəhərlərindəki elektrik stansiyalarından gələn 500 və 330 kilovoltluq hava xətləri birbaşa “Abşeron” yarımstansiyasına daxil olur və strateji əhəmiyyətli yarımstansiya “Sumqayıt” Elektrik Stansiyası, “Yaşma”, “Ağsu” və “Qəbələ” yarımstansiyalarını da əlaqələndirir. “Abşeron” yarımstansiyasında yenidənqurma işlərinin cari ilin may ayınadək başa çatdırılması nəzərdə tutulur.

  • Cəbrayıl polisi silah-sursat aşkarladı

    Cəbrayıl polisi silah-sursat aşkarlayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Rasif Cəfərovun Biləsuvar rayonu ərazisində Cəbrayıl və digər rayonlardan olan məcburi köçkünlər üçün inşa edilmiş 9 saylı qəsəbədə yerləşən yaşadığı evdən 1 ədəd AKM markalı silah, 1 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb.

    R.Cəfərovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

  • Azalan Kür suyuna alternativ – VİDEO

    Kənd təsərrüfatının inkişaf etdirilməsində Baş Mil-Muğan kollektorunun əhəmiyyəti olduqca böyükdür. Uzunluğu 139 kilometr olan kollektor 250 min hektar sahəyə xidmət göstərir.

    Baş Mil-Muğan kollektorunun əsas vəzifəsi çirkab suların maneəsiz şəkildə heç bir enerji sərf etmədən Xəzər dənizinə axıdılmasıdır.

    Baş Mil-Muğan kollektorunun baş mühəndisi Qurban Rzayev bildirir ki, kollektorun digər vəzifəsi ərazidə baş verə biləcək sel və daşqın sularını ötürmək, ən ümdəsi isə Kür çayının ekoloji tarazlığının qorunması, yəni çay yatağında suyun səviyyəsinin aşağı olduğu vaxtlarda qrunt sularının Kür çayına axmasının qarşısının alınmasıdır.

    Məlumdur ki, son illər Kür çayında suyun səviyyəsi minimum həddən də aşağı olur. Nəticədə yaz-yay aylarında əkin sahələrinin suvarılmasında bir sıra çətinliklər yaşanır. Mütəxəssislər hesab edir ki, zərurət yaranarsa, əkin sahələrinin suvarılmasında Baş Mil-Muğan kollektorunun suyundan da istifadə etmək mümkündür.

    Baş Mil-Muğan kollektorunun suyundan texniki məqsədlər üçün kənd təsərrüfatı bitkilərinə, taxıla, yoncaya və fermerlərin heyvanların su tələbatının ödənilməsi üçün istifadə etmək mümkündür. O halda ki, duzluluq səviyyəsi 3-5 arası olsun.

    Qeyd edək ki, kollektordan saniyədə 107 kubmetr su sərfi ötürülür. Kritik halda isə 140 kubmetr ötürmək də mümkündür. Hər il Baş Mil-Muğan kollektorundan Xəzər dənizinə 1,6-1,7 milyard kubmetr minerallaşmış qrunt suları axıdılır.

  • 46-летнего жителя Хачмаза разыскивает его семья – ФОТО

    46-летний житель Хачмазского района находится в розыске.

    Согласно информации Губинской региональной группы пресс-службы МВД Азербайджана, в 2017 году житель села Муршудоба Заур Гамидов покинул свой дом и с тех пор не возвращался.

    Его данные: рост 172 см, среднего телосложения, лицо вытянутое, глаза темно – карие.

    З.Гамидов страдает психическим заболеванием.

    Тех, кто знает этого человека, либо располагает какой-либо информацией о нем, просят сообщить, позвонив в колл-центр “102” службы МВД, а также в Хачмазский РУП по 023-325-53-56 городскому и 051-843-02-02 мобильному номерам.

  • Ailəsi 46 yaşlı Xaçmaz sakinini axtarır – FOTO

    46 yaşlı Xaçmaz sakini axtarılır.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonunun Mürşüdoba kənd sakini, 46 yaşlı Zaur Həmidov 2017-ci ildə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Zaur Həmidovun əlamətləri belədir: Boyu 172 sm., orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır.

    Zaur Həmidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Сколько учителей в Баку заразились коронавирусом со дня возобновления традиционных занятий?

    С 1 февраля по настоящее время коронавирусная инфекция выявлена у пяти учителей общеобразовательных учреждений Баку и у одного учащегося группы дошкольной подготовки.

    Об этом сообщает Управление образования столицы.

    Отмечается, что девять школьников, два преподавателя, школьный психолог, лаборант и заместитель директора по учебно-воспитательной работе самоизолировались в связи с контактом с заболевшими.

    Посещаемость занятий в общеобразовательных учреждениях Баку составляет 93%.

    Родители 1 106 из 182 018 учащихся начальных классов (I-IV) написали заявление об отказе от посещения их детьми школы.

  • Əyani tədris başlayandan neçə müəllim koronavirusa yoluxub?

    Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə beş müəllim və bir məktəbəhazırlıq qrupuna cəlb olunan uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub.

    Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

    Bildirilib ki, doqquz şagird, iki müəllim, bir məktəb psixoloqu, bir laborant, bir nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

    Paytaxtın ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 93 faiz təşkil edir.

    İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1 106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.