Month: February 2021

  • Azərbaycana hansı vətəndaşlar gələ bilər? – AZAL aydınlıq gətirdi

    “Azərbaycan Hava Yolları” QSC Azərbaycana hansı vətəndaşların gələ biləcəyi ilə bağlı məlumat yayıb.

    Məlumatda deyilir:

    “Xatırladırıq ki, AZAL-ın xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

    – Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

    – Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

    – Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

    – Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

    – Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr”.

  • Çində “Nizami irsi” layihəsi həyata keçiriləcək

    Ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması münasibətilə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrası “Nizami irsi” layihəsinə başlayıb.

    Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb.

    Məqsəd Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq, ölkələrimizin ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.

    Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, bir il ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində Nizami Gəncəvi irsi haqqında Çin dilində elmi və publisistik məqalələrin dərci, sərgi və elmi konfransın təşkili, şairin əsərlərinin, nizamişünaslığa aid elmi araşdırmaların Çin dilinə tərcüməsinin həyata keçirilməsi, Çində nizamişünaslığın yaranması və inkişafı məsələlərinin tədqiq edilməsi nəzərdə tutulub.

    Xatırladaq ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrların Pekin Xarici Dillər Universitetində hazırlanmasına başlanılıb. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə ötən illər ərzində universitetdə Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla reallaşdıran layihələr həyata keçirilib. 2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəsimi ili” çərçivəsində Azərbaycan dili və ədəbiyyatı sərgisi də təşkil edilib.

  • İlham Əliyev: “Azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərinə özəl şirkətləri cəlb etməliyik”

    Bildiyiniz kimi, Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib, ona görə burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, mən hesab edirəm ki, biz özəl şirkətləri bu işlərə cəlb etməliyik. Mən artıq göstəriş vermişəm, indi xarici şirkətlərlə danışıqlar gedir.

    Bu sözləri Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

    “Hesab edirəm ki, onları cəlb etmək işimizi yüngülləşdirmək üçün önəmli addım olacaqdır. Hesab edirəm ki, bununla paralel olaraq, yerli şirkətlər də yarana bilər. Çünki bizdə bu vaxta qədər belə təcrübə olmamışdır. Ancaq işin həcmini nəzərə alaraq, mən hesab edirəm ki, özəl şirkətlər yarana bilər, Azərbaycanın biznes dairələri burada öz sözünü deyə bilər və beləliklə, biz bu işləri daha qısa müddət ərzində görə bilərik. Əlbəttə ki, bu özəl şirkətlər müvafiq texnika ilə təmin edilməlidir. Eyni zamanda, Minatəmizləmə Agentliyi onlara sertifikatlar da verməlidir, onlar akkreditasiyadan keçməlidir. Həmçinin xarici şirkətlərlə birgə müəssisələr də yaradıla bilər. Ona görə, siz agentliyin rəhbəri kimi bu işlərə də fikir verin”.

  • Салим Муслимов арестован – ОФИЦИАЛЬНО

    Экс-министр труда и социальной защиты населения Азербайджана Салим Муслимов привлечен к уголовной ответственности.

    Об этом сообщает Служба государственной безопасности.

  • Səlim Müslümov həbs edildi – RƏSMİ

    Səlim Müslümov cinayət məsuliyyətinə cəlb olunub.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

    Bildirilib ki, Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırıl­ıb.

    Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

    Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

    Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • İlham Əliyev Vüqar Süleymanova tapşırıqlar verdi

    Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın.

    Bu sözləri Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

    “Agentliyin qarşısında böyük vəzifələr durur. İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır.

    Yeni texnikanın alınması, əlbəttə ki, növbədə duran əsas vəzifələrdən biridir. Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər”.

  • Ильхам Алиев: Хочу обратиться к гражданам Азербайджана…

    На освобожденных землях в последние дни, к сожалению, происходят несчастные случаи. Хочу обратиться к гражданам Азербайджана, прошу их не посещать освобожденные земли без разрешения, незаконно.

    Об этом 4 февраля сказал Президент Азербайджана Ильхам Алиев в ходе приема в видеоформате Вугара Сулейманова в связи с назначением его председателем правления Агентства республики по разминированию.

    “С одной стороны, я понимаю этих людей, они прожили много лет в тоске по родине, каждый бывший вынужденный переселенец хочет поскорее вернуться на свою землю, в родное село, но прошу их подождать, чтобы были завершены работы по разминированию. Потому что это большая опасность как для пешеходов, так и для автомобилей. После войны произошло несколько несчастных случаев, люди погибли, получили ранения. В то же время сотрудники, стоящие на постах, также должны более серьезно организовать контроль, чтобы положить конец незаконным, несанкционированным поездкам на освобожденные земли”, – отметил глава государства.

  • Prezident Azərbaycan xalqına müraciət etdi

    Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər.

    Bu sözləri Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

    “Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun”.

  • Neftin qiyməti bir il sonra yenidən 59 dolları ötdü

    Dünya bazarlarında 2020-ci ilin fevralın 20-dən bu yana ilk dəfə “Brent” markalı neftin bir barelinin qiyməti 59 dolları ötüb.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    Nəşr qeyd edir ki, bu gün “Brent” markalı neftin bir barelinin dəyəri 59.04 dollara qədər yüksəlib.

    OPEK+ nazirlərinin monitorinq komitəsinin neft bazarında balanslaşmanın dərhal sürətləndirilməsinin vacibliyi barədə bəyanatı neftin qiymətlərinə təsir göstərib. Komitə bildirib ki, neftə tələbat yaxın vaxtlarda qeyri-müəyyən olaraq qalacaq, ancaq koronavirusa qarşı vaksinasiyanın yayılması tələbatın artmasına zəmin yaradacaq.

  • Turizm Agentliyindən “Şahdağ”la bağlı XƏBƏRDARLIQ

    Dövlət Turizm Agentliyi “Şahdağ”la bağlı xəbərdarlıq edib.

    Agentlikdən verilən məlumatda bildirilir ki, ölkədaxili səfərlərin bərpa edilməsi regionlarda fəaliyyət göstərən hotellərdə sıxlığın yaranmasına səbəb olub.

    Bununla əlaqədar təhlükəsizlik məqsədilə Dövlət Turizm Agentliyinin qərarı ilə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib.

    Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə (skipass) malik olan xizəkçilərin istifadə etməsi mümkündür.

    Dövlət Turizm Agentliyi istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb.

    Qeyd edək ki, Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra ölkə vətəndaşlarının şəhərlərarası və regionlararası turistik səfərləri bərpa edilib.