Month: February 2021

  • Türkiyə Azərbaycana mina təmizləyən maşınlar göndərdi (FOTOLAR)

    Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana 20 mina təmizləyən maşın göndərib.

    Median.Az
    -ın xəbərinə görə, bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, göndərilən maşınlar nazirliyin tabeliyindəki ASFAT AŞ tərəfindən yerli imkanlar hesabına istehsal olunub:

    “20 ədəd MEMATT-ı (Mexaniki Mina Təmizləmə Təchizatı) qardaş ölkə Azərbaycana ixrac edirik. Kayseridən gələn hava qüvvələrimizə aid təyyarə ilə Bakıya ilk partiyanı göndəririk”.//qaynarinfo

  • Müharibə iştirakçılarının gözlədiyi qərar nə vaxt veriləcək? – VİDEO

    Vətən müharibəsi iştirakçılarının səbrsizliklə gözlədiyi, onların dövlət tərəfindən qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.

    Sözsüz ki, müharibə iştirakçılarının böyük bir hissəsini əhatə edən “Müharibə veteranı” adının verilməsi də diqqət mərkəzindədir.

    Bir neçə gün əvvəl Baş nazir Əli Əsədovun qərarına əsasən, yaradılan komissiya da elə məhz bu statusun verilməsi ilə məşğul olacaq.

    Komissiyaya müharibə iştirakçılarının siyahısını müəyyən etmək və təkliflərini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

    Ekspertlərin fikrincə, bu gün kimlərəsə veteran adının verilməsi və ya medallarla təltif edilməsində ləngimələr ola bilər.

    Əslində bu, ləngimə deyil, normal prosesdir. İşin həcmi nəzərə alınmalıdır.

  • İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş – FOTO

    Bu gün bir sıra sosial şəbəkələrdə və mediada Vətən Müharibəsində iki oğlunun itkin düşdüyü deyilən ana ilə bağlı reportaj yayımlanıb.

    Reportajda Rəna Kazımova adlı qadın oğlanları Valid və Azər Kazımovun müharibədə itkin düşdüyünü və bu günə kimi onlardan xəbər ala bilmədiyini vurğulayıb.

    Maraqlısı budur ki, Müdafiə Nazirliyinin açıqladığı itkin siyahısında Valid və Azər Kazımov qardaşlarının adı yoxdur.

    Bu səbəbdən də “Qafqazinfo” məsələni araşdırıb. Məlum olub ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. O, əslən Lənkəranın Osaküçə kəndindəndir. Bir il yarımdır ki, Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşayır. Suraxanı Rayon Səfərbərlik Xidməti də sözügedən adda olan şəxsləri xidmətə çağırmayıb.

    Lənkəran rayonu Osaküçə kəndinin bələdiyyə sədri Həkət Cavadova da bildirib ki, Rəna Kazımovanın ruhi problemləri var. Onun hərbi xidmətə gedəcək yaşda övladı yoxdur:

    “Mən elə indi onun qardaşı ilə danışdım. Məlum oldu ki, həmin qadının dediyi Valid onun özünün yox, qardaşının oğludur. Özü də illər əvvəl Rusiyaya gedib və orada yaşayır. Onun ümumiyyətlə, övladının olması ilə bağlı məlumat yoxdur”.

    H. Cavadova bildirib ki, qardaşının dediyinə görə, bacısı bir neçə il əvvəl doğulduğu kəndə gəlib və yanında Azər adında azyaşlı oğlan olub. Lakin bu uşağın onun özünün oğlu olub-olmadığı da bilinmir:

    “Qardaşının dediyinə görə, bacısının psixoloji problemləri var. Bir dəfə 2015-ci ildə kəndə gəlib və yanında 7-ci sinifdə oxuyan Azər adında uşaq olub. Onun sənədlərini hazırlayıblar və müalicə etdiriblər. Lakin uşağın onun oğlu olub-olmadığı, hazırda söhbətin həmin Azərdən getdiyi də bilinmir. Amma o dəqiqdir ki, onun Valid adında oğlu yoxdur”.

  • Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır

    Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, fevral ayının 5-dən 6-na keçən gecədən etibarən 2 gün (şənbə və bazar) müddətində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

    Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Tarix Muzeyində Vətən müharibəsi fondu yaradılıb

    Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi fondu yaradılıb.

    Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

    Bildirilib ki, muzey I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, eləcə də müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.

  • Bakı metrosu nə vaxt açılacaq? – AÇIQLAMA

    Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil, ali məktəblər və bağçalarda əyani təhsilin qismən bərpa olunacağını bəyan edib. Hazırki vəziyyətdə Bakıda fəaliyyət göstərən avtobusların sayı sərnişin yükünü qaldırmağa qadir deyil. Yaranmış sıxlıq sərnişinlər arasında narazılıqlara səbəb olur. Belə olan halda orta və ali məktəblərdə tədrisin əyani şəkildə bərpa edilməsi metronun açılmasını qaçılmaz edir.

    Məsələ ilə bağlı Azxeber.com-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun açılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərar əsasında mümkün olacaq:

    “Amma metro həmişəki kimi fəaliyyət göstərməyə hazırdır. Sağlam gündəlik rejim şəraitində metronun bütün infrastrukturu qorunub saxlanılır. Qərargah nə zaman qərar versə, metro işləməyə hazır vəziyyətdə olacaq”

  • Kafe və restoranlar işlədənlərə XƏBƏRDARLIQ

    İctimai iaşə müəssisələrində həyata keçirilən yoxlama-nəzarət tədbirlərinin miqyası genişləndirilib.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Məlumatda deyilir ki, koronavirus pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir.

    Agentliyin müfəttişləri tərəfindən hazırda ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində nəzarət tədbirləri həyata keçirilir. İctimai iaşə müəssisələrində yerində xidmətin bərpa olunması ilə bağlı yoxlama-nəzarət tədbirlərinin miqyası daha da genişləndirilib.

    Aparılan monitorinqlər zamanı pandemiya dövrünün tələblərinə əməl etməyən ictimai iaşə müəssisələri aşkarlandığı halda qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçiriləcək.

    Xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir.

  • Bakıda istismarı dayandırılmış neft quyusunda yanğın – VİDEO

    Fevralın 4-də Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Qaradağ rayonu ərazisində istismarı dayandırılmış neft quyusunda yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Köpük əmələgətirən maddədən istifadə edilməklə görülmüş operativ tədbirlər sayəsində yanğın qısa zamanda söndürülərək ciddi fəsadların qarşısı alınıb.

    Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülür.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Knyaz Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə rəis təyin edilib.

    Qeyd edək ki, K.Həsənov bu təyinatadək Şabran rayon Polis Şöbəsinin Əməliyyat işləri üzrə müavini vəzifəsində işləyib.

  • Ermənistanın Azərbaycana böhtanı – VİDEO

    Azərbaycan tərəfi dünən və bu gün Cəbrayıl və Fizuli istiqamətində Ermənistan tərəfdən ölən hərbçilərin qalıqlarının axtarışının aparılmasına icazə verməyib.

    Bu barədə erməni mətbuatı məlumat yayıb.

    Bildirilib ki, ötən gün Hadrut yaxınlığında bir nəfərin qalıqları tapılıb. Cəsəd tanınmaz halda olduğunu üçün DNT testi keçiriləcək.

    Bu xəbəri yalan adlandıran hərbi ekspert Ramil Məmmədov ermənilərin bu təxribatının əslində nəyə hesablandığını açıqlayıb:

    “Ermənistan hökumətinin bu cür təxribat xarakterli xəbər yaymaqda məqsədi bəzi daxili problemləri ört basdır etməkdir”.

    Qeyd edək ki, Erməni mətbuatının yazdığına görə, İkinci Qarabağ müharibəsi bitəndən bu günədək, 1 355 erməni hərbçinin qalıqları tapılıb.