Month: February 2021

  • Bakıda zəncirvari qəza – VİDEO

    Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhərin Ziya Bünyadov prospektində qeydə alınıb.

    Belə ki, günorta saat 12 radələrində VAZ 2115, “Hyundai” və BMW markalı maşınlar toqquşub.

    Hadisə zamanı ölən və yaralıların olması barədə heç bir məlumat yoxdur.

    Fakt araşdırılır.

  • “Aeroflot” aviaşirkəti Moskva-Bakı reyslərini yerinə yetirməyə başlayır

    Rusiyanın “Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

    Uçuşlar həftədə iki dəfə – birinci və dördüncü günlər həyata keçiriləcək.

    Aviaşirkətin birinci reysi Bakıya fevralın 18-də yerli vaxtla saat 01:25-də gələcək, Azərbaycanın paytaxtından uçuş isə yerli vaxtla saat 02:55-də baş tutacaq.

    Bundan əlavə, fevralın 17-dən etibarən həmçinin Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayır. Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri Domodedovo hava limanına yerinə yetiriləcək.

    Yalnız Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytındakı siyahıda qeyd edilən şəxslər COVID-19 pandemiyası dövründə Rusiyaya giriş hüququna malikdir.

    Azərbaycan vətəndaşlarından savayı, Moskva-Bakı istiqamətində reyslərə aşağıdakı kateqoriyalardan olan şəxslər buraxılır:

    Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

    ailə üzvləri (həyat yoldaşları, valideynləri və ya azyaşlı övladları) Azərbaycan vətəndaşı olan əcnəbilər;

    Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

    Azərbaycanda daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilər;

    Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

  • AFFA Bakı və Gəncə klublarını cəzalandırdı

    AFFA İntizam Komitəsi (İK) “Səbail” və “Kəpəz” klublarını 800 manat məbləğində cərimələyib.

    Buna paytaxt təmsilçisinin “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçına gecikməsi səbəb olub.

    “Kəpəz” klubu da eyni məbləğdə cərimə ödəyəcək. Gəncə təmsilçisinin dörd futbolçusu “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları 1/4 finalın ilk görüşündə sarı vərəqə ilə cəzalandırılıb.

  • Qayınatası tərəfindən öldürülüb zibil qabına atılan qadının övladları nəzarətə götürüldü

    Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Bakıda qayınatası tərəfindən doğranaraq qətlə yetirilən qadının iki azyaşlı övladını nəzarətə götürüb.

    Bu barədə Trend-ə açıqlamasında komitənin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib. O bildirib ki, hadisə baş verən gün komitə dərhal hadisə ilə maraqlanıb və məsələni nəzarətə götürüb:

    “Bu hadisə hər birimizi kədərləndirir, gənc ananın xüsusi amansızlıqla qətlə yetirilməsi və iki azyaşlı övladının valideynsiz qalmasından təəssüflənirik. Komitə bu hadisə ilə bağlı araşdırmalar aparıb və anasını itirən iki azyaşlını mütəmadi nəzarətdə saxlayır. Hazırda iş üzrə istintaq gedir və uşaqlar ata nənəsinin himayəsindədir. İstintaq başa çatandan sonra əgər ehtiyac yaranarsa, uşaqlar ailədən alınıb dövlət himayəsinə veriləcək”.

  • Futbol millimizin İspaniya ilə oyununun stadionu müəyyənləşdi

    Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin İspaniya və Moldova ilə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ev oyunlarının stadionu və başlama vaxtı məlum olub.

    İspaniya ilə fevralın 18-dəki görüş saat 20:00-da, Moldova ilə həmin ayın 23-dəki qarşılaşma isə saat 18:00-da başlayacaq.

    Hər iki oyun “ASK Arena”da gerçəkləşəcək.

  • В Азербайджане выявлены 152 новых случая инфицирования коронавирусом, скончались три человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 152 новых случая инфицирования коронавирусом, 263 пациента вылечились и были выписаны домой, скончались три человека.

    Об этом 4 февраля сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 230 769 человек, 3 148 – скончались, 224 431 – вылечился, 3 190 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 433 585 тестов на COVID-19 (за последние 24 часа – 6 640).

  • Azərbaycanda daha üç nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycanda son sutkada koronavirusa 152 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 230 769 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 224 431 nəfər müalicə olunaraq sağalıb, 3 148 nəfər vəfat edib, aktiv xəstə sayı 3 190 nəfərdir.

    Ölkədə son sutka ərzində 6 640, hazırkı dövrədək isə 2 433 585 test aparılıb.

  • Nazirlik rəsmisi qəbul imtahanlarından danışdı

    “2020-ci ildə ali məktəblərə qəbul imtahanları təhlükəsiz şəkildə keçirildiyi kimi, 2021-ci ildə də imtahanların təşkilinin təhlükəsiz şəkildə keçirilməsinə diqqət olunacaq. Bu istiqamətdə qəbul imtahanı ilə bağlı proqram artıq abituriyentlərin diqqətinə çatdırılıb”.

    Bunu Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

    O bildirib ki, pandemiya dövründə ötən il ümumilikdə 400 minə yaxın insan DİM-in keçirdiyi imtahanlarda iştirak edib:

    “Burada virusla bağlı qaydalar qorunub. Bu kimi qaydalar bu il keçiriləcək imtahanlarda da nəzərə alınacaq”.

    “İmtahanın keçirilməsi zamanı DİM imtahan iştirakçılarının qiymətləndirilməsinin adekvat qaydada aparılmasını təmin etməyə çalışır və çalışacaq.

    2020-ci ildə keçirilən imtahanların nəticələrini ötən illərlə müqayisə etsək, fərq olmayacaq.

    Baxmayaraq ki, tədris ənənəvi qaydada olmayıb, kontingentin bilik səviyyəsinin qiymətləndirilməsində fərqlər olmayıb. Biz artıq imtahanların proqramı ilə bağlı məlumat vermişik, mövzulara edilən hər hansı dəyişikliklər də burada öz əksini tapıb”, – deyə o əlavə edib.

  • Ройя Айхан вакцинировалась против коронавируса – ФОТО

    Народная артистка Азербайджана Ройя Айхан на добровольной основе вакцинировалась против коронавируса.

    Об этом свидетельствует публикация на ее странице в Instagram.

    На размещенном видео певица рассказывает о своих ощущениях от прививки:

    “Никаких побочных эффектов не было. Чувствую себя превосходно. Спустя 21 день мне введут вторую дозу”.

    Ройя призывает поклонников не бояться вакцинации.

    “Чтобы избавиться от этого вируса, я рекомендую сделать прививку. Не бойтесь, все будет хорошо”, – сказала она.

  • Röya Ayxan peyvənd vurdurub – FOTO

    Xalq artisti Röya Ayxan peyvənd vurdurub.

    Şəxsi “Instagram” səhifəsində paylaşım edən müğənni könüllü olaraq peyvənd olunduğunu bildirib:

    “Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun”.