Month: February 2021

  • Myanmada sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

    “Facebook”un sözçüsü Endi Stoun Myanmada istifadəçilərin şəxsi hesablarının bloklandığını bəyan edib.

    “Reuters” agentliyi isə Myanmanın Rabitə Nazirliyinə istinadən xəbər verir ki, ölkədəki hərbi çevrilişlə əlaqədar olaraq sabitliyi qorumaq üçün “Facebook”un yeddi fevral tarixinədək bağlanacağı açıqlanıb.

    Xatırladaq ki, fevralın 1-də Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.

  • В Азербайджане произведено назначение на высокую должность – ФОТО

    Приказом министра транспорта, связи и высоких технологий Азербайджана Рашада Набиева Самир Мамедов назначен руководителем аппарата ведомства, передает Report.

    Ранее он возглавлял ООО Enginet İnvest.

  • Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib.

    “Report” xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Samir Qaçay oğlu Məmmədov gətirilib.

    S.Məmmədov bu təyinata qədər “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.

  • B Баку столкнулись Toyota и КамАЗ, есть погибший

    В Хазарском районе Баку столкнулись автомобиль Toyota и грузовик КамАЗ.

    Об этом сообщает МЧС Азербайджана.

    На место происшествия были привлечены соответствующие силы Специальной службы спасения особого риска, которые извлекли из деформированной легковой машины тело неизвестного человека.

  • Bakıda “Toyota” “KamAZ”la toqquşdu: Ölən var

    Bakı şəhərinin Xəzər rayonunda “Toyota” markalı minik maşını və “KamAZ” markalı yük avtomobili toqquşub.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan şəxsiyyəti məlum olmayan bir nəfərin meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Amsterdamın “Qırmızı fənərlər” məhəlləsi bağlanır

    Amsterdamın şəhər rəhbərliyi “Qırmızı fənərlər” məhəlləsinin bağlanması barədə qərar qəbul edib.

    “The Guardian” nəşrinin yaydığı məlumata görə, yerli hakimiyyət orqanları bu yolla Niderland paytaxtının imicini dəyişməyə çalışır.

    Ölkənin ən çox turist cəlb edən məkanlarından biri olan bu məhəllənin Amsterdamın mərkəz hissəsindən xeyli aralıda yenidən qurulması təklif olunur. Belə ki, Avropanın “erotik mərkəzi” sayılan məhəllə şəhər büdcəsinə xeyli miqdarda gəlir gətirir.

    Qeyd edək ki, “Qırmızı fənərlər” məhəlləsinin bağlanması təşəbbüsünü Amsterdam meri Femke Halsema irəli sürüb. Xanım merin təklifini əksər siyasi partiyalar dəstəkləyib.

  • ABŞ vizası üçün müraciət edənlər üç il növbədə gözləyə bilər

    ABŞ-ın eks-prezidenti Donald Tramp tərəfindən viza müraciətlərinə tətbiq olunan məhdudiyyətlər və koronavirus pandemiyası səbəbindən Birləşmiş Ştatlara giriş icazəsinin alınması xeyli çətinləşib.

    “The New York Times” nəşrinin Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, viza məsələlərində vəziyyətin normallaşması bir neçə il çəkə bilər. Belə ki, hazırda birinci dərəcəli ailə üzvləri üçün viza növbəsində 380 min müraciət var.

    “Əslində bu, elə də böyük rəqəm deyil. Əvvəllər hər il 500 min belə müraciətə baxılırdı. Lakin Tramp dövründəki məhdudiyyətlərdən sonra bu rəqəm dəfələrlə aşağı düşüb. İndi müraciətinizə baxılması 2-3 il çəkə bilər”, – deyə məlumatda bildirilir.

    Qeyd olunur ki, ABŞ-da toplanan viza rüsumlarının ümumi həcmində də az qala 50%-lik azalma baş verib. İllik 3 milyard dollardan çox olan bu rəqəm 2020-ci ildə 1.4 milyar dollar azalıb.

  • 11 yaşlı uşağı zəncirli halda aylarla çəlləkdə saxladılar – VİDEO

    Braziliya polisi aylarla çəlləyə zəncirlənən və öz nəcisi ilə qidalanmaq məcburiyyətində qalan uşağı xilas edib.

    “Daily Mail”in məlumatına görə, dəhşətli hadisə Kapinas şəhərində qeydə alınıb.

    Bununla bağlı yayılan kadrlarda hüquq mühafizə orqanı işçilərinin eyvanda çənin içinə zəncirlənmiş, acından taqətdən düşmüş çılpaq uşağı tapdıqları görünür. O, tamamilə nəcis və sidiyə bulanmış vəziyyətdə olub.

    Uşaq dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

    Bildilir ki, uşağı bu hala atası, analığı və ögey bacısı salıblar. Polisin məlumatına görə, ona ancaq banan qabığı və qarğıdalı unu verilib, həmçinin öz nəcisi ilə qidalanmağa məcbur edilib.

    “Hərbçilər qeyri-insani, vəhşi münasibət göstərilən uşağı inanılmaz və tamamilə köməksiz vəziyyətdə tapıblar”, – deyə San Paulu hərbi polisinin bəyanatında bildirilir.

    Ailə öz qəddar hərəkətlərini uşağın psixi pozğunluqdan əziyyət çəkməsi ilə izah ediblər. Hər üç şəxs həbs olunub.

    Qonşuların sözlərinə görə, uşaq neçə illərdir ki, ailənin qəddar münasibətinə məruz qalıb.

  • İran əsilli arvadını başında torba, boğazı kəsilmiş halda tapdı

    Türkiyədə İran əsilli qadın başında torba, boğazı kəsilmiş halda tapılıb.

    Bu barədə “Haber Global” məlumat verib.

    Bildirilir ki, dəhşətli hadisə Balıkesir şəhərində qeydə alınıb.

    Qadını həyat yoldaşı R.B. tapıb. O, işdən evinə qayıtdıqda arvadı 31 yaşlı Samirə R. -ni qəddarcasına qətlə yetirilmiş halda aşkarlayıb və dərhal polisə xəbər verib.

    Araşdırma zamanı evdə qazın da açıq qoyulduğu görünüb.

    Hadisə ilə bağlı istintaqa başlanılıb.

  • Найден эффективный препарат против COVID-19

    Ученые из Великобритании и Китая в лабораторных исследованиях подтвердили перспективность лечения COVID-19 существующим препаратом тапсигаргин. Результаты показали, что он не только действует в сотни раз эффективнее других антивирусных средств, но и способен лечить комплексные инфекции, например, коронавируса и гриппа. Работа опубликована в журнале Viruses, передает РИА Новости.

    Британские исследователи из Ноттингемского университета, Агентства по охране здоровья животных и растений и Института здоровья животных Пирбрайта вместе с коллегами из Китайского сельскохозяйственного университета обнаружили, что противовирусный препарат широкого спектра действия тапсигаргин эффективен против нового коронавируса SARS-CoV-2.

    Учитывая, что острые респираторные инфекции, вызываемые разными вирусами, часто клинически неотличимы по своим проявлениям, а также вероятность совместного воздействия нескольких видов инфекции, особенно в периоды их сезонной активизации, авторы считают тапсигаргин весьма перспективным для борьбы с распространением инфекций, в том числе во время будущих волн пандемии.

    Авторы отмечают, что препарат удобен для применения – он стабилен в кислой среде желудка, поэтому его можно принимать перорально. Его безопасность проверена при тестировании. Неизвестны и факты выработки у вирусов устойчивости к тапсигаргину.