Month: February 2021

  • Maradonanın son müraciəti yayıldı

    Argentinanın Cronica TV kanalı əfsanəvi futbolçu Dieqo Maradonanın həyatı barədə çəkilmiş son videoyazını nümayiş etdirib.

    “Report”un məlumatına görə, çəkiliş Maradonanın ölümündən bir neçə gün əvvəl beynində əməliyyat aparıldıqdan sonra aparılıb. Çarxda keçmiş hücumçu müalicə həkimi Leopoldo Lukeyə müraciət edir.

    Maradona deyir: “Salam, Luke. Çapığım qalsa da, qaydasındayam. Bilirsən ki, belə intim məqamlar xoşuma gəlmir. Lakin yaxşı dostların əhatəsində açılışa bilirəm. Öpürəm səni, Luke. Leopoldo Xasinto Luke”.

    Həkim Luke mərhum futbolçunun bir sıra mühüm sənədi saxtalaşdırmaqda ittiham olunur. Maradonanın saxta imzası olan sənədləri Lukenin ofis və evinin axtarışları zamanı hüquq-mühafizə orqanlarının nümayəndələri tapıb. Kalliqrafik ekspertizadan sonra saxtalaşdırma faktı təsdiqlənib.

    Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib. Ölümə rəsmi səbəb kimi ürək dayanması göstərilib.

  • Bakıda motosiklet qəza törədib, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    1991-ci il təvəllüdlü Əsədullayev Tacir Əlibala oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motossiklet əvvəlcə yol kənarındakı maneələrə çırpılıb, daha sonra aşıb. Hadisə zamanı Tacir Əsədullayev müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarnın və döş qəfəsinin küt travması, bədənin müxtəlif dərəcəli siyrilmiş əzikləri diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Qonaq evində kütləvi dava – VİDEO

    Moskvadakı “Yesenin” qonaq evində kütləvi dava baş verib.

    “RenTV” hadisənin videogörüntülərini yayıb.

    Kadrlardan görünür ki, əvvəlcə qonaq evinin dörd sakini sakitcə oturub kart oynayır, çay içir və siqaret çəkirlər.

    Sonradan otağa daha bir nəfər daxil olur və hər şey də bundan sonra başlanır. O, digərlərinin üzərinə bıçaq çəkir, lakin otaqdakılardan biri onu döyüş fənni ilə zərərsizləşdirir.

    Davanın səbəbləri isə hələlik naməlum olaraq qalır.

  • Azərbaycanda pik yoluxma nə vaxt gözlənilir? – Professordan PROQNOZ

    Koronavirusun yeni ştamlarına yoluxan xəstə ilə COVID-19 xəstələrinin müalicəsində hər hansı fərq yoxdur. Virusun yeni ştamları Uhandan qalan məsələdir. Kembric Universitetinin alimlərinin Britaniyada aşkar etdiyi ştamlar 2020-ci ilin fevral və martında da var idi. Fərq ondadır ki, COVID-19 infeksiyası qrip viruslarından fərqli olaraq daha sürətli mutasiya qəbul edir.

    Milli.Az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib. Professor bildirib ki, virusun müxtəlif modifikasiyaları və mutantları mövcuddur:

    “Düşünmürəm ki, hazırkı epidemioloji göstəricilər həmin ştamlara təsir edə bilsin. Ümumi toplum içərisində bu mutasiyalar var, amma epidemioloji vəziyyətin kəskinləşməsinə təsir etməyəcək, uğurlu vaksinasiya olarsa, bu, əhalini 5-6 ştammdan qorumaq qabiliyyətinə malik olacaq. Odur ki, ciddi narahatlığa əsas yoxdur”.

    Ə.Sadıqov qeyd edib ki, karantin qaydalarının yumşaldılması müəyyən müddətdən sonra yoluxma sayının artmasına səbəb olacaq:

    “Bu tendensiya gözləniləndir, çünki insanlar bir-biri ilə daha çox kontaktda olur. Vəziyyətin kritik həddə çatmaması üçün vaksinasiya olunmuş və olunmamış insanlar eyni qaydalara əməl etməyə davam etməlidir. Vaksinasiya onun üçün lazımdır ki, virusa yoluxsaq, ağır xəstəliyə düçar olmayaq. Cəmiyyətdə ölüm sayı azalsın, infeksiya ümumiyyətlə aradan qalxsın. Yalnız cəmiyyətin 60-70 faizi peyvənd olunduqdan sonra epidemiya təhlükəsindən çıxa bilərik”.

  • Çempionlar Liqası: Almaniya klubuna texniki məğlubiyyət verilə bilər

    Almaniyanın “Leyptsiq” klubunun rəhbərliyi UEFA Çempionlar Liqasının 1/8 finalında İngiltərə “Liverpul”u ilə 16 fevralda nəzərdə tutulan ev oyununu keçirmək üçün variantlar üzərində çalışır.

    “Report”un “Sky Sports”a istinadən məlumatına görə, “öküzlər” Saksoniya Federal Vilayətinin rəhbərliyinə sorğu göndəriblər. Müraciətdə “Liverpul”un Almaniyaya gəlişinə xüsusi icazə istənilib.

    Hərçənd, Almaniya hökuməti Böyük Britaniyada koronavirusun yeni ştammının yayılması ilə əlaqədar fevralın 17-dək krallıqla hava əlaqələrini kəsib. Ölkə rəhbərliyi güzəşt etməsə, “Leyptsiq” fevralın 8-də gecəyarıyadək bu barədə UEFA-nı məlumatlandırmalı və hər iki komandanın üz-üzə gələ biləcəyi neytral ölkənin stadionunu təklif etməlidir. Neytral stadion tapılmasa, “öküzlər” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalanacaqlar.

  • Şagirdlər poliklinikalarda tibbi baxışdan keçəcəklər? – Nazirlik rəsmisindən AÇIQLAMA

    Son günlər sosial şəbəkələrdə şagirdlərin tibbi baxışdan keçməsi üçün öz ərazilərində yerləşən poliklinikalarına getməsi ilə bağlı səs yazıları yayılıb.

    Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu məsələyə aydınlıq gətirib.

    O, “Facebook” profilində bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

    “Sosial mediada məktəb şagirdlərinin tibbi baxışdan keçməsi üçün ərazidə yerləşən poliklinkalara getməsi ilə bağlı yayılan səs yazıları heç bir həqiqəti əks etdirmir”, – deyə nazirlik rəsmisi bildirib.

  • “Amazon”un banisi vəzifəsini tərk edəcək

    “Amazon” korporasiyasının banisi Ceff Bezos 2021-ci ildə şirkətin baş direktor vəzifəsi tərk edəcək və direktorlar şurasının icraçı sədri vəzifəsini tutacaq.

    “Report” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti bildirib.

    “Qurucu və baş direktor Ceff Bezos 2021-ci ilin üçüncü rübündə (direktorlar şurası-red) icraçı sədr vəzifəsinə keçəcək, onun yerini Endi Cessi tutacaq”, – xəbərdə deyilir.

    Bezosun fikrincə, şirkətin yaxşı maliyyə göstəriciləri və sabit vəziyyəti ona öz vəzifəsini dəyişməyə imkan verir. “Hazırda “Amazon”un ən yüksək yenilik səviyyəsində olduğunu görürəm və bunun sayəsində belə bir dəyişikliyin vaxtı gəldi”, – mətbuat xidmətinin şirkətinin baş direktorunun sözlərini sitat gətirib.

    “Forbes” jurnalının məlumatına görə, Bezos hazırda dünyada ən zəngin insandır.

  • Maskadan canımız nə vaxt qurtaracaq? – İmmunoloq açıqladı

    Maska taxılmasına olan qorunma zərurəti yalnız hər bir ölkədə kütləvi masştablı vaksinləşmədən sonra aradan qalxa bilər.

    Median.Az xəbər verir ki, bunu rusiyalı immunoloq Vladislav Jemçuqov bildirib.

    Onun hesablamasına görə, bu vaksinləşmə davam edərsə, 4 aydan sonra mümkün olacaq.

    “Maskanı tamamilə o halda arxayınlıqla çıxarmaq olar ki, yaşadığınız regionda 60-70% əhali tam, yəni birinci və ikinci doza vaksinini almış olsun”. /medicina.az

  • Azərbaycan və İsrail gimnastika federasiyalarının birgə onlayn vebinarı keçiriləcək

    Karantin günlərinin davam etdiyi və bir çox yarışların təxirə salındığı dövrdə Azərbaycan və İsrail Gimnastika Federasiyaları ilk dəfə olaraq 2021-ci ilin 12-14 fevral tarixlərində bədii gimnastika üzrə çox maraqlı onlayn “Gələcəyə addım” adlı vebinar keçirəcəklər.

    Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, vebinarda iştirak ödənişli əsaslarla həyata keçirilir və iştirak haqqı 40 manat təşkil edir. Vebinar Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitələrinin üzvləri – Noha Abu Şabana (Bədii gimnastika), İzabel Savada (Bədii gimnastika), Cef Tomson (Kişi idman gimnastikası), məşqçilər – Qabriela Müller (İsveçrə), Taro Netzer (Avstriya), Roman Yahoda (Avstriya), eləcə də, Porto və Coimbra Universitetlərinin Professoru – Lurdeş Avila-Karvalo (Portuqaliya) tərəfindən keçiriləcəkdir. Vebinarın məqsədi iştirakçılara bu çətin dönəmdə yeni biliklər qazandırmaq, onları motivasiya etmək və iki ölkənin federasiyalarının arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsindən ibarətdir.

    Onlayn vebinar Bakı vaxtı ilə saat 18:00-da (İsrail vaxtı ilə 16:00) keçiriləcək.

    Vebinarda iştirak etmək arzusunda olanlar bu linkdən (https://agf.az/en/forms/-step-to-the-future–webinar-o-267210) istifadə edərək qeydiyyatdan keçə bilərlər.

  • Səhhəti pisləşdiyi üçün serialdan ayrılan məşhur aktrisa: “İki addım atan kimi yoruluram” – FOTO

    Səhhəti pisləşdiyindən “Sefirin kızı” serialından ayrılan Neslihan Atagül Doğulu əri Qədir Doğulu ilə axşam gəzintisi zamanı kameralara tuş gəlib.

    “Milliyet” xəbər verir ki, 28 yaşlı aktrisa narahatlığına görə günlərlə evdən çıxmayıb.

    “Gördüyünüz kimi daha yaxşıyam, amma iki addım atan kimi yoruluram”, – deyən Atagül beş kilo arıqladığını qeyd edib.

    O, serialı tərk etdikdən sonra yerinə Tuba Büyüküstünün heyətə qatılmağına münasibət bildirməyib.

    “Xeyirli olsun, dostlar, bir şey deməyəcəm. Diqqətiniz üçün təşəkkürlər”, – deyə aktrisa ərinin köməyi ilə avtomobilinə minərək uzaqlaşıb.

    Xatırladaq ki, bağırsaq problemləri səbəbindən səhhəti pisləşən Atagül serialdan ayrılaraq müalicəyə başlayıb.