Month: February 2021

  • COVID-19-a qarşı effektiv preparat tapıldı

    Britaniya və Çindən olan alimlər laboratoriya tədqiqatlarında tapsiqargin preparatının COVID-19-un müalicəsində perspektivli olduğunu təsdiqləyiblər.

    Bu barədə “Viruses” jurnalı yazıb.

    Nəticələr göstərir ki, sözügedən preparat təkcə digər virus əleyhinə dərmanlardan yüzlərlə dəfə daha effektiv olmaqla qalmır, eyni zamanda koronavirus və qrip kimi kompleks infeksiyaları müalicə edə bilir.

    Britaniyalı və çinli alimlər eyni zamanda tapsiqargin preparatının SARS-CoV-2-ə qarşı da effektli olduğunu bildirib.

  • Минобразования прокомментировало решение по возобновлению очной формы обучения в Азербайджане – ВИДЕО

    Министерство образования Азербайджана провело брифинг, посвященный обсуждению решения о возобновлении очной формы обучения в высших и средних специальных учебных заведениях и профучилищах.

    В пресс-конференции принимали участие руководитель Управления образования города Баук Рашад Тагиев и завотделом Минобразования по общему и дошкольному образованию Вафа Ягублу.

  • Təhsil Nazirliyinin rəsmiləri əyani təhsillə bağlı qərarı şərh edir – VİDEO

    Təhsil Nazirliyi ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində təhsilin hansı formada bərpa olunması ilə bağlı qərarını açıqlayıb.

    Qərarla bağlı Təhsil Nazirliyi brifinq keçirib.

    Brifinqdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu çıxış edib.

  • Rusiya yeni nəsil “Armata” tanklarının ixracına başlayır

    Rusiyanın yeni nəsil “Armata” tankları ixrac pasportu alıb, yaxın vaxtlarda ilk dəfə xaricdə təqdim olunacaq.

    Bu barədə “RİA Novosti” “Rosoboroneksport”a istinadən məlumat yayıb.

    “T-14 “Armata” tankı üçün reklam pasportu qeydə alındı və yaxın gələcəkdə xaricdə debütünü görəcəksiniz”, – deyə qurumdan bildirilib.

    Qeyd edək ki, indiyə qədər “Armata” layihəsi tam məxfi hesab edilirdi. Bu tanklar ilk növbədə Rusiya ordusunun silahlanması üçün nəzərdə tutulub. 2019-cu ildə istehsalçı “Uralvaqonzavod” ordu üçün 52 ədədlik sifariş aldığını bildirib.

    Tankın yüksək istehsal xərcləri (4-5 mln dollar) onun ixraca çıxarılmasını sürətləndirib.

  • Küveytə giriş bağlanır

    Küveyt koronavirusa qarşı tədbirlər çərçivəsində bazar günündən etibarən ölkə ərazisinə girişi iki həftəlik bağlayır.

    “Anadolu” agentliyi xəbər verir ki, yalnız ölkə vətəndaşları bu müddətdə ölkəyə daxil ola biləcəklər.

    Xarici ölkə vətəndaşlarına qadağa qoyulsa da, küveytlilərin birinci dərəcəli qohumları istisna təşkil edəcək.

    Küveytdəki rəsmi məlumatlara görə, COVID-19-dan ölənlərin sayı 961-ə, yoluxanların sayı isə 410 167-yə çatıb.

  • Детские сады возобновляют работу – ОФИЦИАЛЬНО

    В Азербайджане учреждения дошкольного образования (детские сады) возобновляют свою деятельность в очной форме.

    Соответствующее решение приняло Министерство образования.

    Согласно ему, с 15 февраля детские сады возобновляют работу в традиционном формате.

  • Uşaq bağçaları açılır – RƏSMİ

    Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) əyani təhsil bərpa edilir.

    Bununla bağlı Təhsil Nazirliyi qərar qəbul edib.

    Qərara əsasən, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini ənənəvi formada bərpa edir.

  • 2020-ci ildə təcili tibbi yardıma edilən müraciətlərin sayı 82 faiz artıb – RƏSMİ

    “2019-cu il ilə müqayisədə 2020-ci ildə təcili tibbi yardıma edilən müraciətlərin sayı 82 faiz artıb”.

    Bu barədə bu gün keçirilən brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

    O bildirib ki, ötən il ərzində icbari tibbi sığortanın tətbiq olunduğu 23 inzibati ərazi üzrə 35 min 287 sayda cərrahi əməliyyat həyata keçirilib:

    “Bu isə 2019-cu illə müqayisədə 7% artım deməkdir”.

    O da qeyd olunub ki, koronavirusla mübarizə çərçivəsində ölkədə planlı əməliyyatların həyata keçirilməsi müəyyən dövrə qədər təxirə salınıb.

    “İcbari tibbi sığortanın tətbiq olunduğu 23 inzibati ərazidə fəaliyyət göstərən 7 tibb müəssisəsi koronavirus pandemiyası ilə əlaqəda karantinə bağlanıb”.

  • Prezident İlham Əliyev Altay Həsənovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

    Prezident İlham Əliyev Altay Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Altay Tofik oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

  • Baş Prokurorluqdan “Kat Holding” rəhbərinin həbsi ilə bağlı AÇIQLAMA

    Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə əsassız olaraq həbs edilməsi nəticəsində tikinti işlərinin tamamlanmaması səbəbindən bir çox vətəndaşın mənzillərlə təmin edilməməsi ilə bağlı yayılmış həqiqətə uyğun olmayan informasiyalara Baş Prokurorluq reaksiya verib.

    Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, bir müddət əvvəl Elçin Ələkbərovun qanunsuz əməlləri nəticəsində 2018-ci ilin dekabr ayında təhvil verilməli olan binanın hazırkı vaxtadək istismara verilməməsi səbəbindən vətəndaşların şikayət etmələri ilə bağlı informasiyaların ictimailəşdirilməsinə baxmayaraq, təəssüf ki, eyni media subyektləri tərəfindən istintaqın normal gedişatına təsir göstərmək, eləcə də işin obyektiv hallarını “pərdələmək” məqsədi ilə qərəzli olaraq Elçin Ələkbərovun məhz həbs edilməsinin tikinti işlərinin tamamlanmamasına səbəb olması barədə məlumatlar dərc edilib.

    “Baş Prokurorluq tərəfindən bir daha bildirilir ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın, eləcə də Litva Respublikasının vətəndaşı Pocius Povilasın 10 iyun 2020-ci il tarixli, həmçinin binaların tikintisini sifariş edən “MİDA” MMC-nin 12 iyun 2020-ci il tarixli müraciətləri əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 16 iyul 2020-ci il tarixdə cinayət işi başlanıb.

    İstintaqın gedişatında toplanmış sübutlara əsasən, Elçin Ələkbərov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi və pozulmuş hüquqların bərpası istiqamətində Baş Prokurorluq tərəfindən tədbirlər davam etdirilir.

    Bir daha KİV-nin nümayəndələrini və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən diqqətli və qərəzsiz olmağa çağırırıq”, – deyə Baş Prokurorluqdan bildirilib.