Month: February 2021

  • Hazırda paytaxtda qaz təchizatı ilə bağlı problem olan ərazilər açıqlandı

    “Azəriqaz” İstehsalat Birliyi (İB) qaz təchizatı ilə bağlı məsələyə xüsusi diqqət ayırıb. Əsasən də Bakı şəhəri ərazisində hazırda qaz təzyiqi ilə bağlı məsələlər demək olar ki, həllini tapıb.

    Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib. Onun sözlərinə görə, bəzi kiçik çətinliklər var ki, onlar da araşdırılır:

    “Bu çətinliklər vətəndaşların qaz təchizatı ilə bağlı fərdi problemlərindən irəli gəlir. Bakı şəhərində Xətai və Nizami rayonları ərazisində gündüz qeydə alınan təzyiqlə bağlı problemlər artıq yoluna qoyulur. Binə və Masazır qəsəbələrində olan problem də qısa zamanda həll olunacaq. Bəzi ərazilərdə isə müəyyən problemlərlə rastlaşırıq.

    Məsələn Nobel prospektində iki binanın qaz təchizatında problem yaranıb. Qəribə problemdir: qaz xəttindən su gəlir. Əməkdaşlarımız bu məsələni araşdırır. Ümumiyyətlə qaz təchizatı ilə bağlı problemlərin əksəriyyəti qurumdan asılı olmayan səbəblərdən qaz xətlərinin zədələnməsi səbəbindən baş verir. Bu məsələlər araşdırılır və qısa zamanda problemlərin həll olunması istiqamətində addımlar atılır. Bir daha qeyd edim ki, binaların qazanxanalarına qaz təchizatının verilişində bizim tərəfimizdən heç bir problem yoxdur”.

  • Подорожал ли в Азербайджане хлеб? – ЗАЯВЛЕНИЕ

    В последние дни в некоторых СМИ распространяется информация о росте цен на хлеб в Азербайджане.

    Как сообщили в Государственной службе антимонопольного надзора и контроля за потребительским рынком, в целях выявления и предотвращения злоупотреблений и необоснованного повышения цен на розничном рынке хлеба, а также в продаже наиболее потребляемого населением “круглого хлеба”, регулярно ведутся мониторинги. В ходе проверок роста цен на хлеб не зафиксировано.

    Государственная служба продолжает осуществлять контрольные меры.

    В случае злоупотреблений и необоснованного повышения цен на потребительском рынке потребителям рекомендуется обращаться в Государственную службу антимонопольного надзора и контроля за потребительским рынком при Министерстве экономики Азербайджана по телефонам 498-15-01, 498-15-04.

  • Çörəyin qiyməti artıb? – RƏSMİ

    Son günlər bəzi KİV-də çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır.

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən “dairəvi zavod çörəyi”nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər aparılır.

    Monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.

    Bildirilib ki, dövlət xidməti nəzarət tədbirlərini davam etdirir.

    Qeyd edilib ki, istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda istehlakçılardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (telefon:498-15-01, 498-15-04).

  • Более 20 тонн импортированного из Украины лука изъято из продажи

    Агентство продовольственной безопасности Азербайджана продолжает проверять качество импортируемых в страну пищевых продуктов.

    В ходе контрольных мероприятий инспекторы агентства провели осмотр 20,58 т лука, ввезенного ООО Araz Supermarket с Украины.

    В результате проведенного в Институте пищевой безопасности лабораторного исследования взятых образцов продукции в ней была выявлена черная плесень (Aspergillus niger).

    Агентство приняло решение об уничтожении (или возврате) лука. В настоящее время принимаются соответствующие меры в рамках требований законодательства.

  • Ukraynadan Azərbaycana gətirilən 20 ton soğan yararsız çıxdı

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

    Həyata keçirilən nəzarət tədbirləri zamanı Agentliyin müfəttişləri tərəfindən “Araz Supermarket” MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 20,58 ton soğan məhsuluna baxış keçirilib.

    Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində soğan məhsullarında karantin tətbiq edilməyən zərərli orqanizm Aspergillus niger (qara kiflilik) aşkarlanıb.

    Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

  • Семеро уроженцев Армении осуждены после конфликта с азербайджанцами в Москве

    К двум годам лишения свободы приговорены уроженцы Армении, задержанные после нападения на азербайджанский ресторан “1001 ночь” в Москве в период обострения военных действий между сторонами конфликта в июле 2020 года.

    Никулинский суд Москвы огласил приговор семерым уроженцам Армении – участникам нападения. Все они были признаны виновными в хулиганстве и приговорены к двум годам заключения в колониях общего режима, пишет “Коммерсант”.

    По данным следствия, Артак и Сейран Никоян, Армен и Арсен Априян, Аргишт и Нарег Петросян, а также Размиг Саакян 24 июля 2020 года ворвались в ресторан “1001 ночь” в Марьино, вооруженные ножами и битами, стали громить помещение.

    Пострадал охранник, который пытался их остановить. Нападение длилось не более пяти минут, после чего мужчины скрылись. Инцидент зафиксировала камера наблюдения, благодаря чему удалось установить личности нападавших, пишет издание.

  • Rusiyada azərbaycanlıların restoranına hücum edən ermənilərə hökm oxundu

    Moskvada azərbaycanlılara məxsus “1001 Gecə” restoranına edilən hücuma görə saxlanılan ermənilərə hökm oxunub.

    Bu barədə “Kommersant” xəbər yayıb.

    Bildirilir ki, hücumda iştirak edən Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Arqişt və Nareq Petrosyan, həmçinin Razmiq Saakyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (bir qrup şəxs tərəfindən silah kimi istifadə olunan vasitələrdən istifadə edərək xuliqanlıq) təqsirli bilinərək Moskvanın Nikulinski Məhkəməsinin qərarı ilə cəzalarını ümumi rejim cəzaçəkmə müəssisələrində çəkməklə hər biri iki il müddətinə azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, hadisə 2020-ci ilin iyulunda baş verib. Belə ki, bıçaq və dəyənəklərlə silahlanan ermənilər restorana soxularaq, müəssisəni dağıtmağa başlayıblar. Bu zaman onları dayanmağa çalışan mühafizəçi yaralanıb.

    Hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb, bunun sayəsində təcavüzkarların kimliyini müəyyənləşdirmək mümkün olub.

  • Bugünkü futbol matçlarında Xocalı soyqırımı qurbanları yad ediləcək

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq.

    XVII turun dörd oyunundan əvvəl Xocalı soyqırımında dünyasını dəyişənlər yad ediləcək.

    Görüşlərin başlanma vaxtını və hakimləri təqdim edirik:

    15:00 “Qəbələ” –“ Sumqayıt”
    Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
    Qəbələ şəhər stadionu.

    16:00 “Zirə” – “Neftçi”
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
    Zirə İdman Kompleksinin stadionu.

    17:30 “Sabah” – “Keşlə”
    Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
    “Bank Respublika Arena”.

    18:30 “Qarabağ” – “Səbail”
    Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
    “Azersun Arena”.

    Qeyd edək ki, stadionlar dünən qara bürünsə də, meydan sahibi olan klublar matçların başlanma vaxtına kimi arenanı hazır duruma gətirməyi bacarıb.

  • Пашинян уволил главу генштаба ВС Армении

    Премьер-министр Армении Никол Пашинян уволил главу генштаба Оника Гаспаряна. Об этом он сообщил, выйдя в прямой эфир в Facebook сразу после совместного заявления высокопоставленных армянских военных с требованием его отставки, передает Sputnik Армения.

  • Paşinyan baş qərargah rəisini istefaya göndərdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

    Bu barədə o, yüksək rütbəli erməni hərbçilərin baş nazirinin istefasını tələb edən ortaq açıqlamasından dərhal sonra “Facebook”da canlı yayımda bildirib.

    “Vəziyyət çox çətindir. Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar verdiyimi bilirsiniz. Bu qərarların səbəbini açıqlayacağam. İndi ən vacib vəzifə vətəndaş və xalq hakimiyyətinin qorunmasıdır”, – deyə o qeyd edib.