Month: February 2021

  • Cəbrayılda mülki şəxs minaya düşdü – RƏSMİ

    Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayonunda şəxsin minaya düşərək xəsarət alması ilə bağlı Cəbrayıl Rayon Prokurorluğuna gələn məlumat əsasında araşdırma aparılıb.

    Bu barədə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alıb.

    Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

    Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz həbs edildi

    Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların hüquqlarını pozan şəxsin qanunsuz əməlləri ifşa edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev Zaur Xudabaxış oğlunun qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zaur Babayevin özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

    25 fevral 2021-ci il tarixdə Zaur Babayevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • “Azerspace-2” vasitəsilə Afrikada rəqəmsal yayım təqdim edilir

    Dünyanın bir çox televiziya və radio kanalları platformasında qlobal yayım xidmətləri göstərən “View Satellite Network” şirkəti “Azərkosmos”la əməkdaşlıq müqaviləsi imzalayıb.

    Müqaviləyə əsasən “View Satellite Network” Afrikadakı müştərilərinə “Azerspace-2” peykinin resursları vasitəsilə HD standartında rəqəmsal yayım təqdim edir.

    “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib ki, “View Satellite Network” şirkətinin müasir və yüksək texnologiyalı yayım şəbəkələri “Azerspace-2” peykinin imkanlarının səmərəli istifadəsinə zəmanət verir:

    “Bizim əməkdaşlığımız Afrikadakı gələcək layihələrimiz üçün “Azərkosmos”un etibarlı partnyor olduğunu bir daha sübut edəcək”.

    “Bu əməkdaşlıq sayəsində, xüsusilə Qərbi Afrika bölgəsində olan milyonlarla izləyicimiz üçün populyar kanalları HD formatında fasiləsiz yayımlayacağıq”, – deyə “View Satellite Network” şirkətinin baş icraçı direktoru Maksvel Osei bildirib.

  • Ağdamda qardaş qardaşı bıçaqladı – FOTO

    Ağdamda qardaş qardaşı bıçaqlayıb.

    Trend-in məlumatına görə, yaralı Ağdam rayon Çəmənli kənd sakini, 1971-ci il təvəllüdlü Həsənov Qalib Balış oğlu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    İlkin məlumata görə, zərərçəkmiş qardaşı Həsənov İlham Balış oğlu tərəfindən bıçaqlanıb.

    Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

  • Şamaxı sakinlərindən üç tüfəng götürülüb

    Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kələxana kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri Kavus Şiralıyev və Hacı Məmmədov olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd ov tüfəngi, hər iki silaha məxsus 39 ədəd patron, eləcə də ovladıqları çöl quşları götürülüb.

    Polis şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Qaleybuğurd kənd sakini Aqil Cəlilovdan qanunsuz olaraq saxladığı “Toz” markalı odlu silah aşkar olunaraq götürülüb.

    Hər üç şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

  • Прогноз погоды в Азербайджане на 26 февраля

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 26 февраля.

    В Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, пасмурная погода без осадков, умеренный юго-западный ветер.

    Температура воздуха в Баку и на Абшероне ночью приблизится к нулевой отметке, местами достигнет 1 градуса мороза, днем – 4-7 градусов тепла.

    Атмосферное давление понизится с 773 до 769 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В районах Азербайджана завтра ожидается погода без осадков, местами туман, западный ветер.

    Температура воздуха составит ночью 1-6 градусов мороза, днем – 7-11 градусов тепла, в горах ночью – 5-10, высокогорьях – 12-16, днем – 0-5 градусов мороза.

  • Sabahın hava proqnozu AÇIQLANDI

    Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, fevralın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcəyədək şaxta, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Fevralın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-16, gündüz 0-5 dərəcə şaxta olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Axtarışda olan qadın altı il sonra saxlanıldı

    Dələduzluğa görə axtarışda olan qadın altı il sonra saxlanıldı.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq; təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrinə əsasən barəsində 31.08.2015-ci il tarixdən axtarış elan edilmiş Astara rayonunun Şahağacı kənd sakini K.Şükürova Tovuz rayonu ərazisində saxlanılıb.

  • Президент Ильхам Алиев принял участие в открытии Шаганского реабилитационного пансионата – ФОТО

    25 февраля Президент Азербайджана Ильхам Алиев принял участие в открытии после капитального ремонта Шаганского реабилитационного пансионата в Хазарском районе Баку.

    Как сообщает АЗЕРТАДЖ, глава государства ознакомился с условиями, созданными в пансионате.

    Было сообщено, что он был сдан в эксплуатацию в 2003 году по поручению общенационального лидера Гейдара Алиева. А в прошлом году здесь был проведен капитальный ремонт. Реконструированный пансионат на 250 коек может принимать до 5 тыс. пациентов в год. В этом медицинском учреждении будут оказывать услуги людям, страдающим заболеваниями сердца, сосудов, суставов, нервной системы, эндокринной системы. Основные услуги – функциональная диагностика, физиотерапевтическое лечение, лечебные ванны, физкультура, социально-психологическая реабилитация.












  • İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı pansionatda yaradılan şəraitlə tanış olub.

    Məlumat verilib ki, bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır.