Month: February 2021

  • Oksigenlə zəngin hava şəraiti gözlənilir

    Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq.

    Oksigenlə zənginləşən, əsasən yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək.

    Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8 dərəcə isti olacaq.

    Bu gecə havanın temperaturu 0-1 dərəcə şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir.

    “Rayonlarda da fevral ayının 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq”.

  • Nikol Paşinyan əmrə tabe olmayan hərbçiləri hədələyib

    Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarının mitinqində Silahlı Qüvvələrin əsgər, zabit və generallarına xidməti vəzifələrinin icrası ilə məşğul olmaq əmri verib.

    O, hərbçilərə dövlət sərhədinin və ölkənin ərazi bütövlüyünün qorunması ilə məğul olmağı tapşırıb.

    “Bu mənim əmrimdir, heç kim bunu pozmağa cəsarət edə bilməz”, – baş nazir vurğulayıb.

    N.Paşinyan deyib ki, əmrə tabe olmayan hərbçilər həbs edə bilər.

    ///Report

  • Yollardakı son vəziyyət AÇIQLANDI

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyəti açıqlayıb.

    AAYDA-dan verilən məlumata görə, Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində 5-8 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilib. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Giləzi – Xızı yolunda yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilib. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Bakı – Qobustan yolunda yağıntı yoxdur, yol açıqdır, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Qobustan – Şamaxı – Muğanlı yolunda yağıntı yoxdur, yol açıqdır, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Muğanlı – Ağsu – Yevlax avtomobil yolunda yağıntı yoxdur, yol açıqdır. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Bakı – Ələt – Hacıqabul yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Hacıqabul – Ucar – Yevlax yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Muğanlı – İsmayıllı yolunda yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Hazırda kənd yollarında nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması ilə əlaqədar tədbirlər davam etdirilir.

    İsmayıllı – Qəbələ – Oğuz – Şəki yolunda yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, Şəki və Qax rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Yevlax – Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yol açıqdır. Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Gəncə – Daşkəsən – Xoşbulaq yolunda daşkəsən rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Şəmkir – Gədəbəy yolunda yağıntı yoxdur, yol açıqdır, Gədəbəy ərazisində 4-5 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Masallı – Yardımlı avtomobil yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Lənkəran – Lerik yolunda yağıntı yoxdur, yol açıqdır, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

  • Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb

    Tərtər rayonu ərazisində yol qəzası baş verib.

    “Report”un əldə etdiyi məlumata görə, hadisə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.

    Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qarlı və buzlu olması səbəbi ilə idarəetməni itirib və maşın yolun kənarına aşıb.

    Nəticədə A.İsmayılov və onun sərnişinləri – Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Göyüş Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Обнародовано число инфицированных коронавирусом в Азербайджане за минувшие сутки – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 126 новых случаев инфицирования коронавирусом, 142 человека вылечились и были выписаны домой.

    Об этом 25 февраля сообщает оперативный штаб при Кабинете министров.

    За истекший день от COVID-19 скончались еще три пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 233 770 человек, 3 209 из них скончались, 228 299 – вылечились, 2 262 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 576 454 теста на COVID-19 (за последние 24 часа – 5 528).

  • Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 233 770 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3209 nəfər vəfat edib, aktiv xəstə sayı 2262 nəfərdir.

    Ölkədə son sutka ərzində 5438, hazırkı dövrədək isə 2 576 454 test aparılıb.

  • Утвержден Меморандум о взаимопонимании между Азербайджаном и Туркменистаном

    Президент Азербайджана Ильхам Алиев 25 февраля подписал закон “Об утверждении Меморандума о взаимопонимании между Правительством Азербайджанской Республики и Правительством Туркменистана о совместной разведке, разработке и освоении углеводородных ресурсов месторождения “Достлуг” в Каспийском море”, подписанный 21 января 2021 года в городе Ашхабаде.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev Türkmənistanla vacib sənədi təsdiq etdi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Qeyd edək ki, memorandum 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanıb.

  • Bakıda bəzi marşrut xətlərinin hərəkəti müvəqqəti dəyişdirilir – RƏSMİ

    Sabah – Xocalı soyqırımının 29-cu ildönümü günü Bakının Xətai rayonunun Xocalı prospektindəki “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək anım tədbiri ilə bağlı həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Məlumata görə, dəyişiklik ümumilikdə yeddi müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edəcək.

    Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil olunacaq. Dəyişiklik saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılana qədər davam edəcək.

  • İlham Əliyev: “Protezlər imkan verəcək ki, qazilərimiz normal həyata qayıtsınlar”

    Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı da olub. Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək.

    Bu sözləri Prezident İlham Əliyev bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib:

    “Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib. Mənə bu gün verilən məlumata görə, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsuludur, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər”.