Month: February 2021

  • Bu şəxslər hərbi xidmətə ÇAĞIRILMAYACAQ

    Bu şəxslər hərbi xidmətə ÇAĞIRILMAYACAQ….

    Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

    Median.Az
    -ın big.az-a istinadən məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

    Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

    Qanuna dəyişiklik birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

  • SOCAR Pakistanı hansı şərtlərlə maye qazla təmin edəcək?

    Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Pakistanı G2G (Government to Government – dövlətlərarası e-ticarət) sazişinə əsasən maye qazla təmin edəcək.

    Bu barədə “Dawn News” məlumat yayıb.

    Dövlət Neft Şirkəti (SOCAR) “Pakistan LNG Ltd” (PLL) və Pakistan Dövlət Neft Şirkətinə (PSO) il boyu benzin və LNG (maye qaz) yüklərinin kreditlə tədarükünü təklif edib. Saziş iki ölkə arasındakı strateji dostluq münasibətlərinə əsasən tənzimlənib.

    “Socar Trading” 15-16 fevral tarixlərində müqavilə əsasında LNG yüklərinin müqaviləyə əsasən Pakistana çatdırılacağını təsdiqləyib.

    SOCAR-ın uzunmüddətli benzin və LNG təchizatı ilə bağlı təklif irəli sürdüyü təsdiq edilib və təklif hər iki tərəf üçün ticari cəhətdən məqbul şərtlərə əsaslanıb.

    Qeyd edək ki, 2020-ci ilin sonunda Pakistan təbii maye qaz (LNG) yükünün idxalı üçün tender elan edib. Tenderin qalibləri arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti – SOCAR da olub. “Pakistan LNG” Ltd-nın elan etdiyi tenderdə SOCAR-la yanaşı “Vitol” və “Trafigura” şirkətləri də i.ştirak edib.

  • Ərdoğandan Barış Mançonun vəfatının ildönümü ilə bağlı paylaşım – FOTO

    Türkiyənin əfsanəvi musiqiçisi Barış Mançonun ölümündən 22 il ötür.

    “Haber Global”ın məlumatına görə, bu münasibətlə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “Telegram” hesabında paylaşım edib.

    Dövlət başçısı mərhum sənətçi ilə çəkilən fotosunu paylaşaraq bunları yazıb:

    “Musiqi dünyamızın dəyərli ağsaqqallarından biri olan və yaşından asılı olmayaraq, hər kəsin yaddaşında çox fərqli bir yerə sahib olan Barış Mançoyu ölümünün 22-ci ildönümündə rəhmət və hörmətlə anıram”.

  • Vahid Əhmədov: “Əgər Prezident konkret adlar çəkirsə, deməli…”

    “Bu çox unikal bir çıxış idi, çünki konkret adlar çəkildi. Mən düşünürdüm ki, müharibədən sonra məmurlar rüşvətxorluq, ərazi zəbt etmə kimi əməllərindən əl çəkərlər. Amma bunu görmədim. Hər şey öz axarında gedir”.

    Bunu Unikal.org-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, adı çəkilən və digər məmurlar ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar:

    “Cənab Prezident dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada ofis açmaqdan söhbət getmir, torpaq zəbt etməkdən söhbət gedir. Yəni, orada gedib 100 hektarlarla ərazi zəbt etsinlər və özlərinə otellər, müəyyən ticarət obyektləri tiksinlər. Bu da olacaq özbaşınalıq.

    Orada arxitektura komitəsi işləyir. Necə olmalıdır evlər, yollar, küçələr və s. Mən ümumiyyətlə, təəccüb edirəm ki, Cənab Prezidentə zəng edib deyirlər ki, Qarabağda regional idarə yaradım. Sərhəd zonasında, Kəlbəcər, Laçın və s. yerlərdə ciddi problemlərimiz var. Ondansa deyin ki, əsgərlər üçün kazarma tikim və onlar orada yaşasınlar. Bunu deyən yoxdur. Hamısı köhnə ampluasındadır. Elə bilirlər, belə də davam etməlidir. Belə davam edə bilməz, çünki bunlar çox ciddi məsələlərdir.

    Əgər Cənab Prezident konkret adlar çəkirsə, deməli, həmin şəxslər də müəyyən dərs götürməlidirlər. Ölkə başçısı onları açıq tənqid etməyə məcbur oldu. Orada ictimai nəzarətsiz heçnə yaratmaq mümkün deyil. Ona görə də xüsusi nümayəndəliklər açılacaq, necə ki artıq Şuşada xüsusi nümayəndəlik yaradılıb. Ona görə də insanlar oraya köçməyənə qədər, yaşayış binaları, sosial obyektlər açılana qədər orada heç kimə nə torpaq vermək lazım deyil, nə də ki nəsə tikməyə icazə vermək lazım deyil.

    Onların əksər rayonlarda, o cümlədən Bakıda villaları var. Özü də ucuz villa deyil, bahalı villalardır. Birincisi soruşmaq lazımdır ki, sən o villanı hansı pulla tikmisən? Hamısı rüşvətxorluğun, korrupsiyanın nəticəsidir. Son hadisələr, həbsləri hamı başa düşməlidir və bilməlidir ki, dövlət başçısı lazım olduqda belə addımları atacaq. Bizdə məlumat 1 faizdirsə, onda 100 faizdir. Öz komandasından, hüquq-mühafizə orqanlarından, DTX-dən məlumatları alır”.

  • SOCAR Pakistanı hansı şərtlərlə maye qazla təmin edəcək?

    Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Pakistanı G2G (Government to Government – dövlətlərarası e-ticarət) sazişinə əsasən maye qazla təmin edəcək.

    Bu barədə “Dawn News” məlumat yayıb.

    Dövlət Neft Şirkəti (SOCAR) “Pakistan LNG Ltd” (PLL) və Pakistan Dövlət Neft Şirkətinə (PSO) il boyu benzin və LNG (maye qaz) yüklərinin kreditlə tədarükünü təklif edib. Saziş iki ölkə arasındakı strateji dostluq münasibətlərinə əsasən tənzimlənib.

    “Socar Trading” 15-16 fevral tarixlərində müqavilə əsasında LNG yüklərinin müqaviləyə əsasən Pakistana çatdırılacağını təsdiqləyib.

    SOCAR-ın uzunmüddətli benzin və LNG təchizatı ilə bağlı təklif irəli sürdüyü təsdiq edilib və təklif hər iki tərəf üçün ticari cəhətdən məqbul şərtlərə əsaslanıb.

    Qeyd edək ki, 2020-ci ilin sonunda Pakistan təbii maye qaz (LNG) yükünün idxalı üçün tender elan edib. Tenderin qalibləri arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti – SOCAR da olub. “Pakistan LNG” Ltd-nın elan etdiyi tenderdə SOCAR-la yanaşı “Vitol” və “Trafigura” şirkətləri də i.ştirak edib.

  • Azərbaycanda bu qadağan edilir – Hər kəs oxusun

    Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

    Median.Az-ın oxu24.com -a istinadən məlumatına görə, qüvvədə olan qanuna görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları sırasına daxil edilib. Layihəyə əsasən, bu sıraya jalüz çəkilməsi də daxil edilir.

    Qüvvədə olan qanuna əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilərdi. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilirdi.

    Eyni zamanda qüvvədə olan qanuna görə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

    Qanuna təklif olunan dəyişiklikdə isə sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyən edəcək.

    Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

  • В Шамахы произошло землетрясение

    В Азербайджане произошло землетрясение.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы Национальной Академии наук Азербайджана.

    По предварительной информации, подземные толчки зафиксированы в 20:13 по местному времени в двух километрах к западу от станции Пиргулу на территории Шамахинского района.

    Землетрясение ощущалось в близлежащих населенных пунктах силой до трех баллов.

  • Şamaxıda zəlzələ olub

    Azərbaycanda zəlzələ olub.

    Bununla bağlı Respublika Seysmologiya İdarəsi məlumat yayıb.

    İlkin məlumatlara əsasən, yerli vaxtla saat 20:13-də Pirqulu stansiyasından 2 km qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

    Zəlzələ Şamaxı rayonunda 3 bala qədər hiss olunub.

  • AQTA-dan quş qripi ilə bağlı XƏBƏRDARLIQ

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarları Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş quş qripi xəstəliyi ilə bağlı məsələlərdə daha diqqətli olmağa və məsuliyyətlə yanaşmağa, mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan ticarət şəbəkələri quşçuluq məhsulları qəbul edərkən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən baytarlıq şəhadətnaməsi və ya arayış tələb etməlidirlər. Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur və özündə risk daşıyır. Belə hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyət daşıyır və bu kimi halların qarşısı qətiyyətlə alınacaqdır.

    AQTA bəyan edir ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün daxili bazarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların satışı əsas amillərdən biridir və bu istiqamətdə nəzarət tədbirləri mütəmadi olaraq davam etdiriləcəkdir.

  • “YAŞAT”a toplanan vəsait 28 milyon manatı ötüb

    Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 28 milyon manatı ötüb.

    Median.Az xəbər verir ki, Fonda toplanan vəsait 28 047 364.62 manatdır. Həmin vəsaitdən 16 434 136.55 manatı fiziki şəxslər, 11 613 228.07 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

    Fonda daxil olan vəsaitin 2 403 868.12 manatı xərclənib. Vəsaitin qalığı isə 25 643 496.5 manatdır.

    Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalayıb.