Month: February 2021

  • В Гедабее перевернулся трактор, есть погибший и раненый

    В Гедабее перевернулся трактор.

    Как сообщает Qafqazinfo, инцидент зарегистрирован вблизи села Шиных.

    В результате 42-летний Сеймур Мамедов скончался на месте происшествия.

    Тракторист – 47-летний Мураз Зейналов получил травмы различной степени тяжести.

    По данному факту проводится расследование.

  • Mikayıl Cabbarov: “Coca-Cola” Azərbaycanda zavod açır

    Bu gün ABŞ-ın “Coca-Cola” şirkətinin yerli nümayəndəliyi “Azərbaycan Coca-Cola Bottlers” MMC ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

    Median.Az
    xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov bildirib.

    Onun sözlərinə görə, sənədə əsasən, “Coca-Cola” Azərbaycanda öz zavodunu quracaq:

    “Bu layihə ölkəmizin digər regionlarında investisiya yatırımının təşviq edilməsinə, qeyri-neft sektorunun inkişafına, iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək”.

  • “Azəriqaz”dan sayğaclarla bağlı AÇIQLAMA

    Müştəri məmnuniyyətini daim üstün tutan “Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən dövlət yoxlanışı üçün sayğacları əvəzləyərkən seçimi abonentlərin ixtiyarına verib. Yəni, abonent əvəzlənəcək sayğacının yerinə tam sərbəst şəkildə ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac istəyə bilər.

    Qurumun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu gün Birliyin əməkdaşları əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı yeni sayğacların quraşdırılması zamanı da bu cür yanaşma nümayiş etdirib. Bundan başqa bir müddət əvvəl istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də bu gündən yeni, əvvəlcədən ödənişli sayğaclar quraşdırılır. Baxmayaraq ki, bu iddialar təsdiqini tapmamışdı, lakin abonent məmnuniyyətini üstün tutaraq “Azəriqaz” İB belə addım atıb.

    Qeyd edək ki, artıq əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı yeni sayğacların 30 min ədədi ölkəyə gətirilib. Daha 30 min ədədi isə sifariş olunub və bu yaxınlarda təhvil alınacaq. Hər gün istismara verilməzdən əvvəl sayğaclar Birliyin Metrologiya Departamentində müasir avadanlıqlarla təchiz olunan laboratoriyada sınaqdan keçirilir. Gündəlik təqribən 500 ədəddən çox sayğac əvəzlənmə əməliyyatları üçün hazır olunur. Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qaydalara əsasən məişət qaz ölçü qurğuları əhali abonent qrupu üçün 5 ildən bir, qeyri-əhali abonent qrupu üçün 3 ildən bir dövlət yoxlanışına açılaraq götürülür, yerinə yenisi quraşdırılır. Bu proses tam ödənişsizdir.

    Regionlarda da yeni “Zenner” sayğaclarının quraşdırılması üçün müəyyən qədəri bu gün Gəncə və Ağsu şəhərlərinə yola salınıb. Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriyə sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar.

  • Gədəbəydə traktor aşdı, ölən və yaralanan var

    Gədəbəydə traktorun aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

    “Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Şınıx kəndi yaxınlığında baş verib.

    Hərəkətdə olan traktorun aşması nəticəsinsə 42 yaşlı Seymur Məmmədov hadisə yerində ölüb.

    Sürücü 47 yaşlı Muraz Zeynalov isə xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Uşaq evinin əkiz əsgərləri – VİDEO

    Onlar dünyanın ən dəyərli neməti olan valideyn qayğısından məhrum olublar.

    Nə isti ana nəfəsi görüblər, nə də sığınmağa ata qucağı. Başlarına sığal çəkən də olmayıb, canları şəfqət dolu bir baxışa belə möhtac olublar.

    Baku TV-nin süjetinin qəhrəmanları Gəncə uşaq evində böyüyən Məhərrəmov qardaşlarıdır.

    Körpə yaşlarında valideynləri tərəfindən atılan, illər boyu bir dəfə belə olsun ziyarət olunmayan Ayxan və Murad.

    44 günlük Vətən müharibəsi tarixində dastan yazan igidlərimiz sırasında Ayxan və Murad qardaşları da yer alıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Şəhid atasına Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi mükafatı təqdim edildi

    Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun atası, “komanda.az” saytının yazarı Vüqar Məmmədovu xüsusi mükafatla təltif edib.

    Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.

    Assosiasiyanın bir qrup nümayəndəsi Quba rayonunun Alekseyevka kəndində Ülvünün atası Vüqar və qardaşı Fəridlə görüşüb şəhidimizin məzarını ziyarət ediblər.

    AİJA nümayəndələri, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AIPS üzvləri Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), Bəhruz Məmmədov və Əli Fərzəliyev Azərbaycan İdman Jurnalistləri Assosiasiyası adından məzarın önünə əklil qoyaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxuyublar.

    Ülvü Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə kənddə açılmış bulağın qarşısında şəhidlərimizin ruhuna ehtiram və qəhrəman oğullar böyütmüş bütün valideynlərə dərin minnətdarlıqla AİJA-nın mükafatı idman yazarı Vüqar Məmmədova təqdim olunub.

    Şəhid atası evinə dəvət etdiyi həmkarlarına şəhidimizin qəhrəmanlıq yolundan danışıb.

    Ülvü Məmmədov ölkə başçısı Cənab İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah şəhidlərimizə rəhmət eləsin!

  • Qayınatası tərəfindən tikə-tikə edilən gəlin haqqında YENİ FAKTLAR

    Bakıda qətlə yetirilərək zibil qutusuna atılan 32 yaşlı Məhərrəmova Banu Xudayar qızının qətli barədə yeni detallar bəlli olub.

    Median.Az xəbər verir ki, bununla bağlı sonxeber.az-a mərhumun yaxını danışıb. Bildirilib ki, Banunun həyat yoldaşı hazırda Almaniyada deyil, Kanadadır.

    Banu mental dəyərlərin qurbanıdır. Ailəsi namuslu və kasıbdır və onlara görə geri qayıtmaq olmaz. İndi isə balamı verin deyib fəryad edirlər. Bildirilir ki, ailə Banu gəlin köçən ilk gündən şəxsi mobil telefonu belə olmayıb. Ona küçəyə çıxmağa icazə verilməyib. Banunun iki kiçik azyaşlı övladı var.

    Ən maraqlısı isə, meyitin üzərinə mərhumun şəxsiyyət vəsiqəsinin qoyulmasıdır.

  • Президент Ильхам Алиев дал интервью АзТВ – ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

    Первого февраля Президент Азербайджана Ильхам Алиев дал интервью Азербайджанскому телевидению.

  • Prezident İlham Əliyev AZTV-yə müsahibə verib – CANLI

    Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.

    Prezident daha sonra Azərbaycan Televiziyasına müsahibə verib:

  • Bakının mərkəzində böyük tıxac – FOTO

    Bakının mərkəzi küçə və prospektlərində tıxac yaranıb.

    Bununla bağlı tanınmış aparıcı Tural Yusifov sosial şəbəkə hesabında paylaşım edib.

    Onun paylaşdığı foto paytaxtın Neftçilər prospektində çəkilib.