Month: February 2021

  • 1 milyon manatdan çox pul mənimsəməkdə şübhəli bilinən şəxslə bağlı Baş Prokurorluqdan REAKSİYA

    Bəzi kütləvi informasiya vasitələrində “Kat Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Ələkbərov Elçin Bəşir oğlunun vəzifələrinin icrası zamanı qanun pozuntularına yol verməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, Litva Respublikasının vətəndaşı Pocius Povilasın məsələyə dair şikayətinin əsassız olması, Elçin Ələkbərovun həbs edilməsindən sonra tikinti işlərinin tamamlanmaması səbəbindən bir çox vətəndaşın mənzillərlə təmin edilməməsi və buna görə də, şikayətçi olmaları barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır və Baş Prokurorluq tərəfindən tam məsuliyyətlə təkzib olunur.

    Belə ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın və Litva Respublikasının vətəndaşı Pocius Povilasın müraciətləri əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərov həmin cəmiyyətin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq, MMC tərəfindən inşa edilmiş binalarda olan mənzilləri almaq üçün şirkətə müraciət etmiş ayrı-ayrı şəxslər tərəfindən ödənilmiş pul vəsaitinin 1 milyon 380 min manatını hesaba mədaxil etməyərək mənimsəməsi nəticəsində sözügedən binaların inşası başa çatdırılmamış, bu da öz növbəsində çoxsaylı vətəndaşların şikayətinə səbəb olub.

    Faktla bağlı baş idarədə cinayət işi başlanmaqla, toplanmış sübutlar əsasında Elçin Ələkbərova Cinayət Məcəlləsinin 179.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə Ələkbərov Elçin Bəşir oğlu və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar üzərinə məhkəmə qərarları ilə həbs qoyulub.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

    Vətəndaşların hüquqlarının bərpa edilməsi istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

  • Кадровые изменения в парламенте

    В Милли Меджлисе Азербайджана произошли кадровые изменения.

    Соответствующие приказы подписала председатель парламента Сахиба Гафарова.

    Ильгар Алиев назначен заместителем руководителя отдела организации работы ММ, комитетов и комиссий.

    До этого он возглавлял секретариат парламента.

    Другим приказом спикера Эмин Иманов назначен замначальника отдела по связям с органами исполнительной власти.

  • Parlamentdə kadr dəyişiklikləri

    Milli Məclisdə kadr dəyişiklikləri olub.

    Bu barədə parlament sədri Sahibə Qafarova müvafiq əmrlər imzalayıb.

    İlqar Əliyev Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbənin müdir müavini təyin edilib.

    Buna qədər İ.Əliyev Milli Məclis Aparatının Katibliyinin rəisi olub.

    Digər əmrlə Emin İmanov İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdir müavini təyin edilib.

  • Vidadi Muradovun AMEA-da rəhbərlik etdiyi sektor ləğv olundu

    “Azərxalça” ASC-nin İdarə heyətinin həbs edilən sabiq sədri Vidadi Muradov Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən azad edilib.

    “Report”un məlumatına görə, o, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsindən çıxarılıb.

    Həmçinin həmin sektor ləğv edilib.

    Qeyd edək ki, V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

    Daha sonra yanvarın 10-da Prezident İlham Əliyev onu “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib.

  • Сдано в эксплуатацию новое здание Центральной районной больницы Абшерона

    1 февраля Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева приняли участие в открытии нового здания Центральной районной больницы Абшерона, сообщает АЗЕРТАДЖ.

    Глава государства и Первый вице-президент ознакомились с условиями, созданными в медучреждении.

  • Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verildi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar.

    Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub.

    Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

  • Президент Ильхам Алиев и Мехрибан Алиева ознакомились с условиями, созданными в школе-лицее №3

    1 февраля Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева ознакомились с условиями, созданными в школе-лицее №3 города Хырдалана Абшеронского района, сообщает АЗЕРТАДЖ.

    В соответствии с распоряжением главы государства, подписанным в январе 2019 года, был осуществлен капитальный ремонт здания учебного заведения на 1 176 мест, и построен новый дополнительный корпус на 1 200 мест. В нем имеются современные и оснащенные необходимыми учебными пособиями классные комнаты, кабинеты труда, информатики, военной подготовки, а также дошкольного обучения.

    Кроме того, здесь созданы кабинет STEAM – науки, техники, инженерии, искусства и математики, а также лаборатории, актовый зал и открытая спортивная площадка.

  • Prezident və Mehriban Əliyeva 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb.

  • Президент Ильхам Алиев принял участие в открытии подстанций “Хырдалан”

    1 февраля Президент Азербайджана Ильхам Алиев принял участие в открытии реконструированной 220/110/10-киловольтной и новой 110/35/10-киловольтной подстанций “Хырдалан”.

    Как сообщает АЗЕРТАДЖ, глава государства ознакомился с условиями, созданными на подстанции “Хырдалан”.

    Было сообщено, что 220/110/10-киловольтная подстанция полностью реконструирована в связи с тем, что срок ее эксплуатации истек и она не могла удовлетворять растущие потребности.

    К этой подстанции, питающей электроэнергией 60 процентов города Баку по кольцевой системе энергоснабжения, проложена линия электропередачи от электростанции “Южная” в городе Ширване на расстоянии 108 километров. Сокращая зависимость от генерационных источников в городе Мингячевир, это также играет незаменимую роль в надежном и устойчивом обеспечении столицы энергией.

    Затем Президент Ильхам Алиев посредством дистанционно управляемой диспетчерской системы SCADA ввел в действие новую 110/35/10-киловольтную подстанцию “Хырдалан”.

    Было отмечено, что она имеет важное значение для предотвращения аварий и обеспечения потребителей качественной и бесперебойной электроэнергией.

    Глава государства также был проинформирован о завершении первого этапа нового проекта SCADA.

    Кроме того, в новом административном здании подстанции создан полнообъемный резервный диспетчерский центр управления системы SCADA.

  • İlham Əliyev “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib – VİDEO

    Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Xırdalan” yarımstansiyasında yaradılan şəraitlə tanış olub.

    Məlumat verildi ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.

    Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.

    Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə salıb.

    Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir.

    Dövlətimizin başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verilib.

    Qeyd edildi ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb.