Month: February 2021

  • Şaxtalı havada küçədə qalan görsəniz, bu nömrəyə zəng edin

    Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə son iki gündə daha 6 nəfər yerləşdirilib.

    Median.Az ƏƏSMN-ə istinadən xəbər verir ki, qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar hazırda müəssisə gücləndirilmiş iş rejimində işləyir.

    Aidiyyəti qurumlardan və vətəndaşlardan müəyyən yaşayış yeri olmayan, baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan şəxslərlə qarşılaşdıqda Sosial Xidmətlər Agentliyinin hər gün və 24 saat fəaliyyət göstərən (012) 550 39 08 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

    Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 4-18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslər üçün bölmələr, həmçinin pandemiya ilə əlaqədar karantin bölməsi fəaliyyət göstərir.

    Hazırda sığınacaqda 61 sakin var. Onlardan 52 nəfər 18 yaşdan yuxarı, 9 nəfər isə 4-18 yaş qrupunda olanlardır.

    Müəssisəyə qəbul olunanlar burada yaşayış yeri, gündə 3 dəfə qidalanma və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.

  • Ermənistandakı hərbi hissədə qiyam: Əsgərlər qorxudan fərarilik edir

    Ermənistandakı hərbi hissələrdən birində çağırışçı əsgərlərin məzuniyyətdən hərbi hissənin daimi dislokasiya bölgəsinə qayıtmaq istəməməsi ilə əlaqədar insident yaşanıb.

    Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

    Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 23-də hərbi qulluqçular və onların yaxınlarından ibarət bir qrup əsgərlərin daimi dislokasiya bölgəsinə qayıtmasına mane olmağa cəhd göstərib. Nəticədə hərbi hissənin ərazisində iğtişaş yaşanıb, bəzi əsgərlər isə hadisədən istifadə edərək hərbi hissənin ərazini özbaşına tərk ediblər.

    Hərbi hissənin komandanlığı xidməti araşdırma başladıb, polis fərarilik etmiş əsgərlərin axtarışına başlayıb. Onların barəsində cinayət işi qaldırılıb.

    Ermənistanda baş vermiş hadisənin kökündə bir neçə səbəb dayana bilər. İlk növbədə görünən odur ki, ermənilər hələ də “Dəmir yumruğun” onlarda yaratdığı sarsıntını unuda bilməyiblər. Çünki fərarilik üçün səbəblərdən elə birincisi qorxu – Azərbaycanın 44 gün ərzində hərb meydanında əbədi olaraq erməni hərbçilərin yaddaşlarına həkk etdiyi, kabuslarına çevrilmiş dərsdir. Erməni əsgəri hətta bu gün Dağlıq Qarabağda xidmət etməyəcəyini bilsə də, öz vətənində belə xidmətdən qorxur. Müzəffər Azərbaycan ordusunun şanlı əsgərinin silueti bəlkə də rüsvayçı şəkildə məğlub olmuş Ermənistan ordusunun hər bir əsgərini qarabaqara izləyir, onların şüurlarında vahimə yaradır. Ona görə də hətta kilometrlərlə uzaqda belə erməni əsgərləri fərarilik etmək üçün çalışır.

    Digər bir səbəb isə Ermənistanın özündə və müvafiq olaraq ordu sıralarında hökm sürən acınacaqlı vəziyyətdir. Rüşvət, özbaşınalıq kimi amillərin at oynatdığı Ermənistan ordusunda hər bir imkandan məhrum, təchizatı və təminatı aşağı şəkildə xidmət aparmaqdan əsgərlər də cana gəlib. Ona görə də əllərinə düşən ilk fürsətdə hərbi hissəyə qayıtmamaq üçün qaçmaq qərarına gəliblər.

    Ermənistandakı hərbi hissədə baş vermiş hadisə dünyanın, o cümlədən də bizim cəmiyyətimizdə rüsvayçılıq kimi qəbul edilə bilər. Amma kim bilir, bəlkə humanizm yerinə terroru, insanlıq yerinə vandallığı sevənlər fərarilikləri ilə də öyünür, bunu adi qəbul edir…

    Hər halda bizim üçün üstəlik də hərbi əməliyyatların dayandığı dinc dövrdə hərbi hissədən fərarilik etmək Ermənistan tarixi üçün növbəti qara ləkədən başqa bir şey deyil.

  • ÜST-dən şad xəbər: “Pandemiya nə zaman başa çatır?”

    Koronavirus pandemiyası 2022-ci ilin əvvəlində yox çıxa bilər.

    Bu barədə ÜST-ün Avropa regional bürosunun rəhbəri Hans Kluge bildirib.

    “Pis ssenari geridə qalıb. Biz virus barədə 2020-ci ildəkindən daha çox bilirik”, – deyə ÜST rəsmisi qeyd edib.

    H.Kluge əlavə edib ki, 2022-ci ildə də pandemiya tam başa çatmayacaq.

  • Gecə küçədə yatan şəxslə bağlı – RƏSMİ AÇIQLAMA

    Bakıda Qələbə dairəsi yaxınlığında – “Bakumall”un qarşısında gecə saatlarında küçədə bir nəfərin yatması ilə bağlı sosial şəbəkədə yayılan məlumata rəsmi açıqlama verilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Trend-ə bildirib ki, ərazidən polis bölməsinə aparılan həmin şəxs sərxoş vəziyyətdə olub.

    O, polis bölməsində ayıldıqdan sonra evsiz olmadığını açıqlayaraq oranı tərk edib:

    “Onun şəxsiyyəti polis bölməsində müəyyən edilib. Məlumata görə, həmin şəxsdə davamlı alkoqol asılılığı var. Artıq həmin şəxs qeyd edilən ərazidə deyil, lakin agentliyin əməkdaşları bu məsələni yenə də nəzarətdə saxlayırlar.

    Evsiz olacağı təqdirdə onun sığınacağa yerləşdirilməsi üçün bütün tədbirlər görülür”.

  • Bakıda 5 nəfərin öldüyü dəhşətli olayın təfərrüatları üzə çıxdı – VİDEO

    Biri tələbə, biri şagird, 2 qonaq. Qaldıqları evdə dəm qazı onların həyatına vaxtsız son qoydu. Bu gün baş verən hadisə hər kəsi üzdü. Bakıda, Badamdar qəsəbəsində qazdan boğularaq ölənlərdən biri isə evi təmir edən usta olub.

    Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb. Hadisə səbail rayonu, badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ərazisində yerləşən evlərin birində baş verib.

    Dünyasını dəyişən şəxslərdən Lətif Əliyev Azərbaycan Texniki Universitetinin tələbəsidir. Onun qardaşı Atilla Əliyev isə 11 ci sinifdə oxuyub. Şikar və İnkişaf Allahverdiyev qardaşları isə evə qonaq gəliblər, onların da tələbə olduğu bildirilir. Dəm qazından boğulan Natiq Səfərov isə həmin evdə usta işləyib.

    İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib. Faktla bağlı cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • “Azərişıq”dan hava şəraiti ilə bağlı baş verən qəzalar barədə AÇIQLAMA

    Havaların kəskin dəyişməsi, qar və çovğun səbəbi ilə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində işləyir.

    Qurumdan verilən məlumata görə, ötən gün axşam saatlarından başlayaraq qurum əməkdaşları fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir. Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalar qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq.

    Onu da qeyd edək ki, öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

    Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

  • Türkiyə Azərbaycandan qaz alışını 20 faizə qədər artırıb

    Türkiyə Azərbaycandan təbii qaz idxalını 20 faizə qədər artırıb.

    Bu barədə Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Agentliyi tərəfindən məlumat verilib.

    2020-ci ilin dekabr ayının göstəricilərinə görə, Azərbaycan Türkiyəyə 1 milyard 102 milyon kubmetr təbii qaz ixrac edib. Bununla da ölkəmiz Rusiyadan sonra Türkiyəyə ən çox ixrac həyata keçirən ikinci ölkə olub.

    Dekabr ayının göstəricilərinə əsasən Rusiya Türkiyəyə 2 milyard 948 milyon kubmetr təbii qaz ixrac edib. Azərbaycandan sonra ixrac həcminə görə 818 milyon kubmetr təbii qaz ilə İran gəlir.

    Müvafiq dövr ərzində Azərbaycan Türkiyəyə qaz ixracını 18,9 faiz artırıb. Həmçinin Rusiyanın da bu ölkəyə qaz ixracında artım müşahidə edilib – 56,4 faiz. İran isə ixrac həcmini dörd faiz azaldıb.

  • BŞİH-dən yolların təmizlənməsi ilə bağlı AÇIQLAMA

    Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama verib.

    İcra Hakimiyyətindən bildirilib ki, Bakıya 12 saatdır dayanmadan qar yağır:

    “Bakıda düşən yağıntının miqdarı 18 mm olub. Bu da aylıq normanın 90%-i həcmindədir. Hidrometeoroloqların məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb və bu, Bakıda ən aşağı temperatur göstəricisi olub. Həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub, bu da rekord göstərici idi.

    Bütün bunlara baxmayaraq, şəhərin kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb. Texnika vasitəsilə yollara duz və kimyəvi maddələr səpilib. Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək”.

    Həmçinin BŞİH avtomobil sürücülərinə müraciət edir ki, texniki cəhətdən problemli avtomobillərin yola çıxmağı qətiyyən tövsiyə edilmir, bu, nəqliyyatın və piyadaların hərəkəti üçün təhlükə yaradır.

  • Минобороны опубликовало новые кадры авиаударов по врагу в ходе Отечественной войны – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало видео авиаударов по противнику Су-25 и боевыми вертолетами во время Отечественной войны.

  • Müdafiə Nazirliyi düşmənə vurulan aviazərbələrin yeni görüntülərini yaydı – VİDEO

    Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 qırıcı təyyarələri və döyüş helikopterləri ilə düşmənə vurulan aviazərbələri əks etdirən video yayıb.

    Həmin görüntüləri təqdim edirik: