Month: February 2021

  • Будут ли завтра занятия из-за непогоды? – отвечает Минобразования

    Сегодняшняя снежная и ветреная погода привела к низкой посещаемости в школах. В связи с этим, а также прогнозом о том, что морозная погода сохранится и завтра, появились вопросы по поводу проведения очных занятий в школах.

    Как сообщили в Министерстве образования, на данный момент по поводу приостановления обучения в школах 25 февраля никакого решения не принято.

    “В данный момент министерство не располагает какой-либо информацией в связи с этим. При наличии информации об этом общественность будет поставлена в известность”, – сказали в ведомстве.

  • Sabah məktəblərdə dərslər dayandırılacaq? – RƏSMİ AÇIQLAMA

    Qarlı və çovğunlu hava şəraiti məktəblərdə şagirdlərin dərslərə davamiyyətinə də təsir edib. Belə ki, bəzi məktəblər valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.

    “Bakupost” sabah da bu cür hava şəraitinin davam edəcəyini nəzərə alaraq, məktəblərdə dərslərin dayandırılıb-dayandırılmayacağı ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
    Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı hansısa məlumat yoxdur:

    “Məktəblərdə davamiyyət xeyli aşağı düşüb. Bu, daha çox kəskin hava şəraiti ilə bağlıdır. Tədris də bütövlükdə ənənəvi şəkildə deyil, qismən bərpa olunub. Daha çox distant formada keçirilir. Amma bütövlükdə dərslərin dayandırılması ilə bağlı hansısa məlumat yoxdur”

  • Yevlaxda zəncirvari qəza olub

    Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Kolanı kəndi yaxınlığındakı körpüdə “Mercedes”, “VAZ 2106” və “VAZ 2107” markalı maşınlar sürüşərək toqquşub. Nəticədə xəsarət alan Füzuli rayon sakini, 1952-ci il təvəllüdlüi Məhluqə Rəşad qızı Hüseynova və Bakı sakini, 1978-ci il təvəllüdlü Leyla Raqib qızı Həşimova rayon xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Neftin qiyməti son 13 ayda ən yüksək həddə çatıb

    Brent markalı neftin bir barelinin qiyməti 67 dollara çatıb.

    TASS xəbər verir ki, bu, qara qızılın 2020-ci ilin yanvar ayından etibarən ən yüksək qiymətidir.

    Məlumata əsasən, göstərici Bakı vaxtilə 19:39-da London Əmtəə Birjasında qeydə alınıb. Ticarət sessiyası ərzində “Brent” markalı neft üzrə aprel fyuçersləri 2,8% artaraq 67 dollar/barelə çatıb.

  • Bu bölgələrə qar yağmağa davam edir

    Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

    Median.Az Xidmətə istinadən xəbər verir ki, fevralın 24-ü saat 18:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmağa davam edir.

    Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.

    Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır.

  • Ceyhun Bayramovla Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı arasında telefon danışığı olub

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

    XİN-dən verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, habelə münaqişənin təsirinə məruz qalan insanlara Avropa İttifaqının mümkün dəstək mexanizmlərini müzakirə ediblər.

    Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

  • Rusiyada Xocalıya həsr olunmuş konfrans keçiriləcək

    Bu gün Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin dəstəyi ilə “Tarixin dərsləri və bəşəriyyətə qarşı törədilən cinayətlərin vaxtında qarşısının alınmasında müasir gənclərin rolu” adlı konfrans keçiriləcək.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, konfransa Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB), “ALEF” İctimai təşkilatı, Azərbaycanlı Tələbə və Məzunlar Platforması (ASAP) təşkilatçılıq edəcək.

    Rusiya, Azərbaycan, İsrail və Almaniyadan olan tədbir iştirakçıları, habelə Rusiya, Azərbaycan və İsrailin gənclər ictimai təşkilatlarının və KİV nümayəndələri aşağıdakı mövzuları onlayn müzakirə edəcəklər:

    1. Soyqırımı insanlıq üçün qlobal bir təhlükə kimi: Soyqırımı və irqi ayrıseçkiliyin hər cür təzahürü ilə mübarizə aparmaq üçün beynəlxalq səylərin əhəmiyyəti.

    2. Soyqırımı ilə əlaqəli tarixi, siyasi və sosial aspektlər və qarşısının alınması metodları.

    3. Gəncliyin rolu: tarixi yaddaşın qorunması, vətənpərvərlik və millətlərarası ünsiyyət mədəniyyətinin aşılanması işi.

    4. Xocalı soyqırımı: XX əsrin faciəsi.

    5. Holokost: yaddaş və qarşısının alınması.

    Konfrans Bakı vaxtı ilə 20:00-da başlayacaq.

  • Kiyevdən Bakıya aviareyslər bərpa olunur

    Ukrayna Beynəlxalq Hava Yolları (“Ukraine International Airlines”) 2021-ci il martın 13-dən etibarən Kiyevdən Bakıya uçuşların bərpa olunması üçün Azərbaycan hökumətindən xüsusi icazə alındığı barədə məlumat yayıb.

    Bu barədə xəbər Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinin rəsmi saytında yerləşdirilib.

    Aprelin sonunadək Ukrayna Beynəlxalq Hava Yolları Heydər Əliyev Beynəlxalq Hava Limanına həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri uçuşlar həyata keçirməyi planlaşdırır.

    Məlumatda qeyd olunur ki, hazırda Azərbaycana yalnız ölkə vətəndaşları, Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluq işçiləri, onların ailə üzvləri, yaşayış icazəsi olan əcnəbilər və vətəndaşların yaxın qohumları giriş edə bilərlər.

    Xəbərdə həmçinin qeyd olunur ki, sərhəddəki akkreditə olunmuş laboratoriyaya yola düşmədən ən uzağı 48 saat əvvəl verilmiş koronavirus testinin mənfi nəticələndiyini göstərən sənədi təqdim etmək lazım olacaq.

  • DİN-dən sürücülərə yollarla bağlı XƏBƏRDARLIQ

    Respublika ərazisində hava kəskin şəkildə dəyişib. Yolların buz bağlaması qəzalara səbəb olub. Hətta bəzi yerlərdə insan ölümü ilə nəticələnən zəncirvai qəzalar baş verib.

    Havanın kəskin dəyişməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi sürücülərə müraciət edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, yağan qar nəticəsində maşınların hərəkətində çətinlik yaranıb:

    “Havanın kəskin dəyişməsi nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin və Post Patrul Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Sürücülərə bu günlərdə zəruri olmayan hallarda avtomobillərdən az istifadə etmələri tövsiyə olunur. Sürücülər avtomobilin qış rejiminə hazırlıqlı olunmasını təmin etsinlər, sürət həddini minimuma endirsinlər”.

  • Əfv Komissiyasının növbəti iclası keçirilib, 150-dən çox müraciətə baxılıb

    Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

    “Report” xəbər verir ki, iclasda əfvlə bağlı 150-dən çox müraciətə baxılıb.

    Bununla da komissiyada baxılan müraciətlərin sayı 350-ni ötüb.

    Qeyd edək ki, indiyədək əfv komissiyasının iki iclasında 200-dən çox müraciətə baxılmışdı.