Month: February 2021

  • Axşama doğru Azərbaycanın avtomobil yollarında son vəziyyət

    Azərbaycan Respublikasının əsas avtomobil yollarının vəziyyət açıqlanıb.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda marşrut boyu yağıntı yoxdur. Quba-Qusar ərazisində 5-7 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Giləzi – Xızı yolunda hazırda zəif qar yağır, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı ilə səpilmə işləri həyata keçirilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub.

    Bakı – Qobustan yolunda zəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 3-4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Qobustan – Şamaxı – Muğanlı avtomobil yolunda qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Muğanlı – Ağsu – Yevlax yolunda zəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Muğanlı ərazisində və Ağsu dolaylarında 4-5 dərəcə şaxta var. Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Bakı – Ələt – Hacıqabul magistralında yağıntı yoxdur, yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Hacıqabul – Ucar – Yevlax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunun Yevlax-Qazax hissəsində zəif qar yağır. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Muğanlı – İsmayıllı yolunda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun kənarlarında qarın qalınlığı 20-25 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    İsmayıllı – Qəbələ – Oğuz – Şəki yolunda marşrut boyu hazırda zəif qar yağır. Yolun İsmayıllı-Qəbələ hissəsində 4-5 dərəcə şaxta var. İsmayıllı rayonu ərazisində qarın qalınlığı 10-15 sm, Qəbələ rayonu ərazisində 12-15 sm, Oğuz rayonu ərazisində isə 2-4 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd yolunda zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Yevlax – Şəki (Göybulaq) yolunda da zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Gəncə – Daşkəsən – Xoşbulaq yolunda zəif qar yağır, 1-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Şəmkir – Gədəbəy yolunun Gədəbəy ərazisində hazırda yağıntı yoxdur. Şəmkir ərazisində zəif qar yağır. Yasamal aşırımında qarın qalınlığı 2-3 sm təşkil edir. 1-2 dərəcə şaxta var. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi yolunun Masallı rayonu ərazisində sulu qar, Lənkəran rayonu ərazisində zəif qar və Astara rayonu ərazisində güclü qar yağır, şaxta 2 dərəcə təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Masallı – Yardımlı yolunun Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Yardımlı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

    Lənkəran – Lerik yolunun Lənkəran rayonu ərazisində zəif qar yağır, 3-5 dərəcə şaxta var. Lerik rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

    Hacıqabul – Bəhramtəpə – Horadiz yolunun İmişli rayonu ərazisindən keçən hissəsinə zəif qar yağır, hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

  • “Azəriqaz” kəskin hava şəraiti ilə bağlı abunəçilərə müraciət edib

    Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abunəçilərə müraciət edib.

    Müraciətdə deyilir:

    “Əgər belə bir kəskin hava şəraitində mənzilinizdə istifadə etdiyiniz qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Bu sahədə təcrübəsi olan əməkdaşlarımız sizə yardım göstərəcəklər.

    Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, quruma müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq. Xahiş edirik ki, kimin bu kimi xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və yaxud “Whatsapp” nömrəmizə (077 3 104 104) yazsın”.

  • Rusiyalı aktyor evində ölü tapıldı

    Rusiyalı aktyor Dmitri Pisarenko Moskvanın mərkəzindəki mənzilində ölü vəziyyətdə tapılıb.

    Bu barədə TASS-a ölkənin hüquq mühafizə orqanlarından bildirilib.

    “Bir gün əvvəl 61 yaşlı aktyor Dmitri Pisarenko Tverskaya küçəsindəki mənzilindən ölü tapılıb. Bədənində zorakılıq izləri yoxdur”, – deyə qeyd edilir.

    Həftədə bir dəfə aktyora evində baş çəkən, yemək gətirən qohumu bu dəfə heç kimin qapını açmadığına görə polis çağırıb. Onun sözlərinə görə aktyor kəskin pankreatit xəstəsi olub.

    Pisarenko “Çar İvan Qroznı”, “Lermontov” və “Baş müfəttiş” də daxil olmaqla 20-dən çox filmdə rol alıb.

  • İcra başçısının bacısı oğlu həbs edildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, Mənzil Kommunal Təsərrüfat Birliyinin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədov və digərlərinin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

    “Report” xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra Abşeron Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşları – təqsirləndirilən Babək Alıyev və Tural Ağaməmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.

    Məhkəmənin baxış iclası martın 1-nə təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron Rayon İcra Hakimiyyətinin baş memar Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon icra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

    Həmçinin istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kvadrat metr qeyri-yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2 500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1 000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2 500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

    Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əhmədov vətəndaşı aldadaraq 1 000 manat məbləğində pulu 20.06.2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanıb.

    Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.

    Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    İstintaqın gedişində Cəfər Əkbərov, Babək Alıyev, Seymur İsmayılzadə, Emin Süleymanov, Novruz Əliyev, Tural Ağaməmmədov və Şamil Xəlilova da ittihamlar verilib.

    Qeyd edək ki, Babək Alıyev Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın bacısı oğludur.

  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclası keçirilib

    Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) energetika nazirlərinin birinci görüşü keçirilib.

    Energetika Nazirliyindən verilən məlumata əsasən, Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak edib.

    Görüşdə bildirilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3,5 dəfə artaraq 4,4 milyard ABŞ dollarına çatıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 faiz təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 13 milyard ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,3 milyard ABŞ dolları sərmayə yatırıb.

    Energetika naziri Pərviz Şahbazov bütün sahələrdə olduğu kimi enerji sahəsində də yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin Türk Şurası formatında enerji əməkdaşlığı modeli üçün də əsas rol oynadığını bildirib: “Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 431 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 milyard kubmetr qaz nəql olunub. Eyni zamanda, bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.”

    Azərbaycanın təşkilata sədrliyinin mürəkkəb bir dövrə təsadüf etməsinə baxmayaraq, nümunəvi səviyyədə olan həmrəylik və səmərəli qarşılıqlı fəaliyyətlə yadda qaldığı vurğulanıb. Azərbaycana 44 günlük Vətən müharibəsi dövründə ən çox dəstək verən təşkilatın məhz Türk Şurası olduğu qeyd edilib. Azad edilmiş ərazilərin bərpasında, həmçinin Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin şirkətlərinin iştirakı əməkdaşlığı dərinləşdirəcək imkanlar kimi diqqətə çatdırılıb.

    Təşkilatın Baş katibi Bağdad Əmrəyev energetika sahəsində əməkdaşlığın Türk Şurasına üzv dövlətlər üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqinin təşkilatın əsas məqsəd və vəzifələrindən biri olduğunu bildirib.

    Görüşdə, həmçinin Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Nurlan Noqayev, Qırğızıstanın energetika və sənaye nazirinin müavini Veronika İsayeva, Özbəkistan energetika nazirinin elm və innovasiyalar üzrə müşaviri Əziz Əliməhəmmədov və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin energetika və iqlim üzrə xüsusi səfiri Dora Zombori çıxış edib.

    Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDƏŞ-in üzvləridir. Macarıstan isə müşahidəçi qismində iştirak edir. 15 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş TDƏŞ-in VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçib.

  • Məktəbdaxili qiymətləndirmədə yaxşı nəticə harada qeydə alınıb?

    2020-ci ilin dekabrın 19-da onlayn keçirilmiş milli qiymətləndirmənin nəticələri Təhsil İnstitutu tərəfindən təhlil edilib.

    Təhsil Nazirliyindən verilən məlumata görə, ölkədə fəaliyyət göstərən 3500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189 445 şagird iştirak edib.

    Məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar. Qiymətləndirmədə iştirak edən şagirdlərin 53 faizini oğlanlar təşkil edib. İştirakçıların 88 faizi Azərbaycan bölməsi üzrə təhsil alanlar olub. Gender üzrə müqayisəyə nəzər salsaq, qızlar bütün fənlər üzrə daha yaxşı nəticə göstəriblər. Siniflər üzrə müqayisədə isə IV sinif şagirdləri (37 faiz) daha fəal olub.

    Ərazi vahidləri üzrə müqayisə zamanı şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələrinin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb. Belə ki, şəhər məktəbləri üzrə orta müvəffəqiyyət göstəricisi 73,7 faiz, rayon məktəbləri üzrə 64,7 faiz olub. Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə isə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.

  • Возбуждено уголовное дело в связи с цепной аварией в Гарадаге – ОФИЦИАЛЬНО

    В результате игнорирования некоторыми водителями предупреждений о резком изменении погодных условий сегодня около 08:00 произошло серьезное ДТП. Основная причина заключалась в том, что неопытные и невнимательные водители не ограничили скорость на снежных и обледенелых дорогах.

    В аварии с участием 8 автомобилей, произошедшей на 10-м километре автодороги Баку-Газах, на территории Гарадагского района, погиб один человек, еще один получил травмы, сообщает пресс-служба МВД.

    “Несмотря на то, что после аварии на указанной территории образовался кратковременный затор, в результате оперативных мероприятий полка дорожно-патрульной службы Главного управления государственной дорожной полиции и Гарадагского районного управления полиции движение на дороге было полностью восстановлено.

    По данному факту в Главном следственном управлении МВД возбуждено и расследуется уголовное дело по статье 263.2 (нарушение правил дорожного движения и эксплуатации транспортных средств, повлекшие по неосторожности смерть потерпевшего) УК.

    Поэтому, еще раз обращаясь к владельцам транспортных средств, водителям, мы призываем реже пользоваться личным транспортным средством в неблагоприятную погоду, правильно выбирать скоростной режим, находясь за рулем быть более внимательными”, – отмечается в сообщении.

  • Qaradağda baş verən zəncirvari qəza ilə bağlı cinayət işi başlandı – RƏSMİ

    Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən elan olunan xəbərdarlıqlara bəzi sürücülər tərəfindən əhəmiyyət verilməməsinin nəticəsidir ki, bu gün səhər saat 8 radələrində ağır yol-nəqliyyat hadisəsi baş verib. Əsas səbəb yolların qarlı və buzlu olduğu bir vaxtda təcrübəsiz və diqqətsiz sürücülərin hava şəraitinə uyğun sürət həddini seçməmələri olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb.

    “Qəzadan sonra qeyd olunan ərazidə qısamüddətli tıxac yaransa da, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının operativ gördükləri tədbirlər nəticəsində yolda hərəkət tam bərpa edilib.

    Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır, zəruri tədbirlər həyata keçirilir.

    Odur ki, bir daha nəqliyyat vasitələrinin sahiblərinə, sürücülərə müraciət edərək onları əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıq”, – məlumatda qeyd edilib.

  • Azərbaycan vətəndaşları Gürcüstana gedə biləcək: Tarix açıqlandı – FOTO

    Gürcüstan Azərbaycan, Rusiya, Belarus, Ukrayna vətəndaşları üçün ərazisinə giriş qaydalarını asanlaşdırır.

    “Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili bildirib.

    Əvvəllər bu ölkələrin vətəndaşları Gürcüstana yalnız tam peyvənd sənədi ilə gedə bilirdilər.

    “Azərbaycan, Ukrayna, Rusiya və Belarus vətəndaşları martın 1-dən etibarən PCR testi ilə Gürcüstana girə biləcək ölkələrin siyahısına əlavə ediliblər. Biz hələ də quru sərhədlərindəki mövcud rejimi qoruyuruq”, – deyə Qaribaşvili qeyd edib.

    Gürcüstan rəhbərliyi fevralın 1-dən xarici vətəndaşlar üçün hava sərhədlərini açıb, lakin ölkə ərazisinə giriş üçün aşağıdakı qaydalar müəyyənləşdirilib:

  • Müharibədən qayıdan və iş yeri tapa bilməyənlərin NƏZƏRİNƏ!

    İkinci Qarabağ Müharibəsindən qayıdanlar arasında işsizlik problemi ilə üzləşən bəzi şəxslər var. Bu vətəndaşlar işlə təmin olunmaq üçün hansı quruma müraciət edəcəyini bilmir.

    Median.Az xəbər verir ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev mövcud məsələ ilə bağlı danışıb.

    Komitə sədri bildirib ki, müharibədən qayıdan və iş tapmaqda çətinlik çəkən şəxslər ilk növbədə yaşadığı ünvan üzrə Dövlət Məşğulluq Xidmətinə müraciət etməlidir:

    “Onlar həmçinin Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinə də ərizə ilə müraciət edə bilər. Biz onların müraciətini yönləndirə bilərik. Nazirlik və onun rəhbərinə də ərizə ilə müraciət edə bilər.

    Lakin ən yaxşısı Dövlət Məşğulluq Xidmətinin internet saytına daxil olaraq orada elektron ərizə formasını doldursunlar. Qısa zaman müddət ərzində onlara vakansiya üzrə iş yerləri təklif ediləcək”.