Month: February 2021

  • Ceyhun Bayramov: “Azərbaycan – Türkiyə birliyi ən yüksək səviyyədədir”

    Azərbaycan – Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə inkişaf etməkdədir.

    Bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

    “Dövlət başçılarının bilavasitə iştirakı ilə bu münasibətlər günbəgün inkişaf edir. 44 günlük vətən müharibəsi dövründə Azərbaycan dövləti və Azərbaycan xalqı bütün sahələrdə Türkiyənin birmənalı dəstəyini gördü. Hesab edirik ki, Azərbaycan – Türkiyə birliyi ən yüksək səviyyədədir. Böyük məmnunluq hissi ilə onu qeyd etmək istərdim ki, üçtərəfli bəyanat əsasında imzalanmış və regionda yeni təhlükəsizlik formatı müəyyən edilib”.

    Nazir həm də 2020-ci ildə pandemiya ilə bağlı Azərbaycan – Türkiyə iqtisadi müasibətlərində cüzi azalma olduğunu da qeyd edib.

    “19 fevral 2021-ci il tarixində Ankarada keçirilən hökumətlərarası iqtisadi əməkdaşlıq komitəsinin iclası və bütün istiqamətlər üzrə inkişaf perspektivlərinin müzakirə edilməsi, 53 bənddən ibarət yeni protokolun imzalanması qısa müddət ərzində əlaqələrimizin inkişafını daha da sürətləndirəcək”, – deyə nazir bildirib.

  • “Twitter” Azərbaycana qarşı istifadə olunan Ermənistanla əlaqəli 35 hesabı blokladı

    “Twitter” sosial şəbəkəsi siyasi məqsədlər üçün şirkətin qaydalarına zidd üsullardan istifadə edən çox sayda hesabları bağlayıb.

    TASS şirkətdən yayılan məlumata istinadən xəbər verir ki, şəbəkə Rusiya ilə əlaqəli 100, İranla əlaqəli 238, Ermənistanla əlaqəli 35 hesabı bloklayıb.

    Məlumata əsasən, “Twitter” 35 erməni hesabın ölkənin hakim dairələri ilə əlaqəli olduğunu və onların fəaliyyətinin Azərbaycana qarşı yönəldiyini qeyd edib.

    Bloklanan Rusiya və İran hesabları isə bu ölkələrin siyasi dairələrinin sifarişi ilə, başlıca olaraq ABŞ və onun müttəfiqlərinə qarşı istifadə olunub.

  • Əhaliyə ŞAD XƏBƏR – Güzəştlə satılan qazın limiti…

    “Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

    “Dağlıq rayonlarının sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib.

    Ölkə əhalisinin 15 % qaz limitini aşır.

    Bu 15 %-in içində dağlıq rayonlarda yaşayan insanlar 10 %-dən də az təşkil edir.

    Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm”./APA

  • Erməni nazir GİZLİ YOLLA Azərbaycana Gəldi – Video

    Qarabağda baş verən son hadisələr heç də ürəkaçan deyil. Bu videoda siz endirilən Ermənistan bayrağının yenidən Qarabağda necə dalğalandırılmasından, Ermənistan nazirinin Azərbaycan sərhədini pozaraq Xankəndiyə necə daxil olmasından, həmçinin son yaşanan olaylardan xəbərdar olacaqsınız.

    Daha ətraflı videoda

  • Türkiyədə son koronavirus statistikası açıqlandı – FOTO

    Türkiyədə son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib.

    “Haber Global” məlumat verir ki, sutka ərzində ölkə üzrə 123 734 nəfərin Covid testi yoxlanılıb. Günlük yoluxma sayı 9 107 nəfər, sağalma sayı isə 5 546 nəfər təşkil edib.

    Beləliklə də, indiyədək Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 2 534 996 nəfərə yüksəlib.

    Hazırda ölkə xəstəxanalarında 1185 ağır Covid xəstəsi müalicə alır.

  • Sumqayıtda onlayn şahmat çempionatı keçirilib – FOTO

    Sumqayıt Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə www.chess.com internet portalında sürətli şahmat (BLİTZ) üzrə kişi və qadınlar arasında onlayn Sumqayıt çemponatı keçirilib.

    “Report” xəbər verir ki, 3 dəqiqə olmaqla 9 turdan ibarət İsveçrə sistemi üzrə baş tutan yarışda 74-ə yaxın şahmatçı iştirak edib.

    Qeyd edək ki, yarış koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün idman məktəblərində, cəmiyyət və klublarda təlim-tərbiyə prosesinin müvəqqəti olaraq dayandırıldığından idmançıların ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün onlayn formatda təşkil edilib.

    Maraqlı mübarizə şəraitində keçən çempionatda qadınlar arasında Səbinə Rzalı (7 xal) birinci, Aytac Kərimli (6 xal, ə=30,5) ikinci, Nurtən Nuriyeva (6 xal, ə=27,5) isə üçüncü yeri tutmuşlar. Kişilərin mübarizəsində Murad İbrahimli (9 xal), Rüstəm Rüstəmov (7 xal, ə=38) və Yunis Mahmudzadə (7 xal, ə=37) müvafiq olaraq birinci, ikinci, üçüncü yerlərə layiq görülmüşlər.

    Yarışın qalib və mükafatçıları Sumqayıt Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərman, medal və hədiyyələri ilə təltif olunublar.

  • UEFA İbrahimoviçin təhqir olunmasına görə intizam işi açdı

    UEFA Avropa Liqasının 1/16 final mərhələsində Serbiyanın “Srvena Zvezda” və İtaliyanın “Milan” klubları arasındakı matçda baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb.

    “Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı azarkeşlərin qonaq komandanın futbolçusu Zlatan İbrahimoviç barəsində səsləndirdiyi irqçi şüarlara və təhqirə görə intizam işi açılıb.

    Qeyd edək ki, isveçli hücumçu 2:2 hesabı ilə başa çatan görüşdə iştirak etməyib.

  • Gədəbəydə yerli sakin avtomobilin altında qalaraq ölüb

    Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Qaramurad kəndində qeydə alınıb.

    Belə ki, 1961-ci il təvəllüdlü Lətif Ələsgərov ehtiyatsızlıqdan öz avtomobilinin altında qalaraq ölüb.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü nəzərdə tutulub

    “Bu, xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşüdür. Bu il Türkmənistanda keçirilməsi nəzərdə tutulan üç ölkənin dövlət başçılarının zirvə görüşünün hazırlıqlarını müzakirə etdik və bu zirvə görüşü ilə bağlı yol xəritəsini müəyyənləşdirdik”.

    “Report”un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

    Onun sözlərinə görə, nazirlər arasında görüş zamanı həmçinin, Əfqanıstan, terrorla mübarizə, bölgə və dünyada baş verən proseslər diqqət mərkəzində olub.

  • Şəhid anası itkin düşdü

    Birinci Qarabağ müharibəsində şəhid olan Rövşən Əliyevin anası Adilə Şükürova itkin düşüb.

    Qaynarinfo-nun verdiyi xəbərə görə, A. Şükürova dörd gün öncə Beyləqan rayonu, Gödəklər kəndində yaşadığı evdən çıxaraq gedib və geri qayıtmayıb.

    Onun digər oğlu polisə müraciət edərək anasının itkin düşdüyü bildirib və qadının axtarışlarına başlanılıb.

    Adilə Şükürovanı görənlərdən Beyləqan Rayon Polis Şöbəsinin 0212252015, 0514371824 və ya ailəyə məxsus 0505196585 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.