Month: February 2021

  • İlham Əliyev Gürcüstanın yeni baş nazirini təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə İrakli Qaribaşviliyə təbrik məktubu göndərib.

    “Report” xəbər verir ki, təbrik məktubunda deyilir: “Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir”.

    Dövlətimizin başçısı Gürcüstanın Baş nazirinə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

  • Penitensiar xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirib – FOTO

    Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

    Bu barədə Pentensiar xidmət məlumat yayıb.

    Bildirilib ki, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Cavadov Üzeyir Həsənağa oğlu tərəfindən həbs edilməmişdən əvvəl Cəlilabad şəhərində yaşadığı fərdi yaşayış evinin həyətində odunların arasında gizlətdiyi sellofan bükülülərdə ümumi çəkisi 1 kiloqram 537 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 14,8 qram olan narkotik maddə – tiryək aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan və Türkiyə XİN başçıları görüşüb

    Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşüb.

    Bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Xaric İşlər naziri Mövlud Çavuşoğlu arasında geniş tərkibli görüş olub.

  • Bakıda yaşayış evində meyiti aşkarlananlardan biri Azərbaycan Texniki Universitetin tələbəsidir – FOTO

    Bu gün Bakıda yaşayış evində meyiti aşkarlanan beş nəfərdən biri Azərbaycan Texniki Universitetin (AzTU) tələbəsi olub. Bu barədə Oxu.Az-a Azərbaycan Texniki Universitetin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Əliyev Lətif Rəşad oğlu Universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi olub.

    Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

    Qeyd edək ki, Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

    AzTU-nun rəhbərliyi və kollektivi Lətif Əliyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

    Qeyd edək ki, bu gün Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində beş nəfərin meyiti tapılıb.

  • Apple вернула себе мировое лидерство по продажам смартфонов

    Исследовательская компания Gartner опубликовала статистику по мировому рынку смартфонов, согласно которой в четвертом квартале 2020 года американская корпорация Apple поднялась на первое место по числу проданных устройств. Впервые с 2016 года Apple смогла обогнать по данному показателю Samsung и Huawei, говорится в сообщении.

    Как передает Report со ссылкой на Prime, в четвертом квартале прошлого года Apple продала почти 80 миллионов смартфонов. Таким образом, доля компании на мировом рынке выросла до 20,8%. Эксперты Gartner считают, что такая динамика была обусловлена выпуском iPhone 12 и iPhone 12 mini с поддержкой 5G.

    Второе место заняла корейская компания Samsung с 62,11 миллиона проданных смартфонов и долей рынка на уровне 16,2%. Третью строчку занимает китайская Xiaomi, которая реализовала 43,43 миллиона устройств и заняла 11,3% мирового рынка.

    В пятерку мировых лидеров также вошли OPPO и Huawei, чьи продажи резко упали в связи с введением санкций со стороны США.

    В целом мировой объем продаж смартфонов в четвертом квартале прошлого года сократился на 5,4%, падение за весь 2020 год достигло 12,5%, подсчитали в Gartner. Эксперты связывают такую динамику с пандемией коронавируса и сбоями в глобальной цепочке поставок.

  • “Apple” smartfon bazarında yenə birincidir

    2020-ci ilin dördüncü rübündə dünya bazarında smartfon satışlarına görə “Apple” 2016-cı ildən bu yana ilk dəfə birinci yerə çıxıb.

    “Report” xəbər verir ki, “Gartner” araşdırma mərkəzi tərəfindən açıqlanan statistik rəqəmlərə görə, hesabat dövründə “Apple” 80 milyona yaxın smartfon sataraq dünya bazarındakı payını 20,8 %-ə çatdırıb. Ekspertlərin fikrincə, bu nailiyyət daha çox 5G rabitəsini dəstəkləyən “iPhone 12” və “iPhone 12 mini” smartfonları sayəsində qazanılıb.

    İkinci yerdəki “Samsung” 62,11 milyon smartfon sataraq bazarın 16,2 %-nə, üçüncü yerdəki “Xiaomi” də 43,43 milyon satışla bazarın 11,3 %-nə nəzarət edib. Sonrakı yerləri tutan müvafiq olaraq “OPPO” və “Huawei” ABŞ tərəfindən tətbiq olunmuş sanksiyalar üzündən satışlarda böyük itkilərlə üzləşib.

    Bütövlükdə ötən ilin dördüncü rübündə dünyada smartfon satışları 5,4 %, ilin əvvəlindən 12,5 % azalıb. Bu da koronavirus pandemiyası üzündən tədarük zəncirlərindəki fasilələrlə əlaqələndirilir.

  • Ermənilərin minalanmış ərazilərlə bağlı xəritə oyunu – VİDEO

    Vətən Müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə müntəzəm olaraq mülki və hərbi şəxslər minaya düşməsi, ermənilərin minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsi məsələsini gündəmə gətirdi.

    Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrinin onlarda olmadığını iddia etsə də, hərbi ekspertlər deyilənlərin həqiqəti əks etdirmədiyini bildirir.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • İranlı güləşçidə dopinq tapıldı, medal Azərbaycan təmsilçisinə verildi

    Dünya Çimərlik Oyunlarının güləş yarışlarında iki çəkidə medalçılar dəyişib.

    “Report” Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) 2019-cu ilin oktyabrında Qətərin paytaxtı Dohada keçirilmiş ilk Dünya Çimərlik Oyunlarının güləş yarışlarında qadınlarda 50 kq-da, kişilərdə isə +90 kq-da çıxış edən idmançılardan birinin dopinq testinin müsbət çıxdığını elan edib.

    Yasaq preparatdan istifadə etdiyi aşkarlanan iranlı Puya Rəhmani qazandığı qızıl medaldan məhrum olub. Nəticədə ən ağır çəkidə növbəti yerləri tutanlar müvafiq olaraq bir pillə yüksəlib. Beləliklə, Ufuk Yılmaz (Türkiyə) qızıl, Mamuka Kordzaya (Gürcüstan) gümüş, Oyan Nəzəriani isə bürünc medalçı elan olunub.

    Hazırda çimərlik güləşi üzrə Azərbaycan millisinə başçılıq edən Nəzəriani yarımfinalda dopinqdən istifadə edən Rəhmaniyə məğlub olmuşdu.

    Bununla da ilk Dünya Çimərlik Oyunlarında Azərbaycan güləşçilərinin qazandığı medalların sayı üçə çatıb.

    Qeyd edək ki, Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) Dohada gümüş medal qazanıb.

  • Qubada Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirilib

    Vətən Müharibəsi Qəhrəmanı, briqada komandiri, polkovnik Nizami Bəydəmir oğlu Mövlanov uzunmüddətli müalicədən sonra valideynləri ilə görüşmək üçün Quba rayonuna gəlib.

    “Report”un Şimal bürosunun məlumatına görə, o, əvvəlcə Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı və 44 günə zəfərlə bitirdiyi döyüşlərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən insanların uyuduğu Qubadakı Şəhidlər xiyabanını ziyarət edib.

    N.Mövlanov daha sonra Novruz bayramının ilk çərşənbəsini valideynlərilə birgə qeyd etmək üçün doğulduğu Utuq kəndinə gəlib. Vətən Müharibəsi Qəhrəmanı ilə görüşmək üçün kənd sakinləri onun doğulub boya-başa çatdığı evə axın ediblər. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də Qubanın mərkəzindən 80 kilometr məsafədə, dəniz səviyyəsindən 1 328 metr yüksəklikdə yerləşən Utuq kəndinə gələrək N.Mövlanovla görüşüb. İcra başçısı onun Vətən qarşısındakı xidmətlərini sadalayıb, bu xidmətlərinə görə Ali Baş Komandan tərəfindən ali təltiflərə layiq görüldüyünü bildirib.

    Qeyd edək ki, N.Mövlanov Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Füzulinin azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda”, “Xocavəndin azad olunması uğrunda”, “Şuşanın azad olunması uğrunda” və 2019-cu ildə “İgidliyə görə” medalları ilə təltif olunub.

    Bundan başqa, Mövlanovlar ailəsinin daha 2 üzvü zabit kimi ordu sıralarında xidmət edir. Qardaşı, polkovnik-leytenat Tərlan Bəydəmir oğlu Mövlanov ordu korpusunun artilleriya komandirinin müavini olaraq Vətən müharibəsində iştirak edib, “Azərbaycan Bayrağı” ordeni, “Ağdamın azad olunması uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medalları ilə, qardaşı oğlu, baş leytenant, Laçın Şahin oğlu Mövlanov artilleriya batareyasının komandiri, “Zəngilanın azad olunması uğrunda”, “Qubadlının azad olunması uğrunda” və “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif olunublar.

  • BMT-nin Ətraf Mühit üzrə Assambleyasının növbəti iclası keçirilib

    Ənənəvi olaraq hər iki ildən bir keçirilən BMT-nin Ətraf Mühit üzrə Assambleyasının bu dəfəki onlayn sessiyası “Post-pandemiya dövründə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbiət üzrə fəaliyyətlərin gücləndirilməsi” mövzusuna həsr edilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbirdə BMT-yə üzv dövlətlərin ekologiya və ətraf mühit üzrə nazirləri iştirak edib.

    Assambleyada Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev görüş iştirakçılarına Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət proqramları, icra olunan işlər və pandemiyanın qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verib.

    Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən törədilən ekoloji cinayətlər və görüləcək bərpa işləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.