Month: February 2021

  • UEFA iki Avropa çempionatını ləğv etdi

    UEFA İcraiyyə Komitəsi 19 yaşadək qadınlar və kişilər arasında 2021-ci il Avropa çempionatları barədə qərar qəbul edib.

    Median.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər iki turnir ləğv olunub.

    Bu addım koronavirus pandemiyası dövründə ölkələr arasında səyahət məhdudiyyətləri səbəbindən, həmçinin yoluxmanın qarşısını almaq məqsədilə atılıb.

    Bildirilib ki, hazırkı məqamda gənc futbolçuların sağlamlığı daha vacibdir.

  • Azərbaycanda əsgərlik 2 il olacaq? – Polkovnikdən açıqlama

    2020-ci ilin oktyabr ayında hərbi xidmətdən təxris edilməli olan əsgərlər hələ evə buraxılmayıblar. Buna səbəb kimi sentyabr ayının 27-də Vətən Müharibəsinin başlanması göstərilir. Maraqlı məqam odur ki, yanvar ayında da təxris prosesi həyata keçirilmədi. Bu isə özlüyündə müxtəlif ehtimalların ortaya çıxmasına şərait yaradır. Cəmiyyətdə dolaşan şayiələrə görə, hərbi xidmət müddəti ali təhsilli şəxslər üçün 1,6 il, orta təhsillilər üçün isə 2 il olacaq.

    Məsələ ilə bağlı yenisabah.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanda çağırış da, təxris da ölkə başçısının fərmanına əsasən, həyata keçirilir:

    “Əvvəlcədən belə bir məlumat da vardı ki, aprelin 15-dək əsgərlərin təxrisi uzadılacaq. Bu onunla bağlıdır ki, yanvar ayında xidmətə çağırılan əsgərlər 3 ay ixtisas kursu keməlidir. Bundan sonra onlar hərbi hissələrə gedəcəklər və hərbi hissələrdə artıq xidmət vaxtı başa çatan şəxsi heyət təxris olunacaq. Hərbi hissələrdə də bu haqda məlumat mövcud idi. Yəni uzadılan və ya qısaldılan heç nə yoxdur. Azərbaycan Respublikasının qanunu var və onun çərçivəsində də bütün məsələlər həll olunacaq. Bu isə sadəcə bir çağırışın uzadılmasıdır. Məlumdur ki, gənc əsgərlər birdən-birə döyüşə bilməz. Onlar hələ bərkiməyiblər. Heç olmasa, gənc əsgər kursu keçməlidirlər. Sonra ixtisas üzrə gedib xidmət keçəcəklər. Narahatlığa səbəb yoxdur. Bu heyətin vaxtı ona görə uzadıldı ki, səfərbərliklə gələn heyəti buraxaq. Çünki onların ailələri var. Aprelin 15-də hamısı təxris olunacaq. Qanunda dəyişiklik yoxdur”.

  • Началась встреча министров иностранных дел Азербайджана, Турции и Туркменистана – ФОТО

    В Анкаре началась 5-я трехсторонняя встреча министров иностранных дел Азербайджана, Турции и Туркменистана.

    Об этом сообщили во внешнеполитическом ведомстве нашей страны.

  • Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının üçtərəfli görüşündən sonra BRİFİNQ – YENİLƏNİB+CANLI

    Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü olub.

    Görüş başa çatdıqdan sonra hər üç dövlət rəsmisi birgə brifinq keçiriblər.

  • “Əgər pensiyaçı 12 ildən çox yaşayırsa…” – Nazirlikdən AÇIQLAMA

    Azərbaycanda pensiyaçıların 54 faizi artıq 12 ildən çoxdur ki, pensiya alır. Həmin vətəndaşların topladıqları sığorta kapitalı artıq bitib.

    Median.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

    Onun sözlərinə görə, Azərbaycanda gözlənilən ömür uzunluğu 77 il, pensiyaya çıxma yaşı isə 65-dir: “Arada 12 il fərq var. Bu gün Azərbaycanda 1 milyon 232 min pensiyaçı var. Biz vətəndaşın topladığı sığorta haqqını ona 12 il ərzində ödəməyi planlaşdırırıq. Əgər vətəndaş pensiyaya çıxdıqdan sonra 12 ildən çox yaşayırsa, onun pensiyasını kəsmirik. Məsələn, 90 yaşa çatan insanlar var ki, onlar pensiya almağa davam edirlər. Bu insanların topladıqları pensiya kapitalı artıq çoxdan bitib. Bu gün biz onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam etdiririk”.//day.az

  • Ronaldu pişiyini İspaniyaya istirahətə göndərib

    İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldunun Pepe adlı pişiyi evdən qaçıb və avtomobilin təkərləri altında qalıb.

    “Report”un məlumatına görə, bu barədə portuqaliyalı hüçumçunun sevgilisi Corcina Rodriges “Instyle” jurnalına müsahibəsin deyib. Onun sözlərinə görə, hadisə Turində baş verib.

    C.Rodriges bildirib ki, pişik 1,5 ay müddətində baytar tərəfindən reanimasiya şöbəsində müalicə edilib. Heyvan sağaldıqdan sonra isə cütlük onu bərpa prosesi üçün İspaniyaya istirahətə göndərib.

    Hazırda Pepeyə Rodrigesin bacısı İvana qulluq edir.

  • Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü başlayıb

    Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü başlayıb.

    Bu barədə “Report”a Azərbaycan XİN-dən məlumat verilib.

    Qeyd edək ki, C.Bayramov Ankarada işgüzar səfərdədir. Azərbaycan XİN başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həmkarı Mövlud Çavuşoğlu tərəfindən qəbul edilib.

  • Gürcüstanın baş naziri siyasi qüvvələri dialoqa çağırıb

    “Gürcüstana dəyər verən bütün siyasi qüvvələri əsl dialoqa başlamağa çağırıram”.

    “Report”un yerli bürosu xəbər verir ki, bu çağırışla Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib.

    O qeyd edib ki, ölkənin qarşısında duran çağırışlar fonunda qarşıdurmanın deyil, dialoqun zamanıdır: “Bütün sağlamfikirli müxalif qüvvələri parlamentə daxil olmağa və qanunverici orqanı müzakirələr üçün əsas meydança kimi istifadə etməyi təklif edirəm. Ötən gün dediyim kimi, biz, istənilən vaxt və formatda əsl dialoqa hazırıq”.

    İ.Qaribaşvilinin sözlərinə görə, bütün siyasi qüvvələr Gürcüstan dövlətçiliyi və müstəqilliyinin, demokratik quruluşun möhkəmləndirilməsi, iqtisadi və sosial problemlərin həlli, Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasının qayğısına qalmalıdır: “Vətənimiz vaxt itirməməlidir. Bu gün bölünmə deyil, birləşmək vaxtıdır”.

  • В Ереване началось шествие противников Пашиняна

    Шествие оппозиционеров, требующих отставки премьера Армении Никола Пашиняна, стартовало в центре Еревана.

    Как передает Report, об этом сообщает РИА Новости.

    Акция началась у станции метро “Площадь Республики”. Демонстранты направляются к зданиям полиции и Службы национальной безопасности, скандируя “Армения без Никола”.

    Один из организаторов протестов, представитель оппозиционной партии “Дашнакцутюн” Ишхан Сагателян призвал офицеров полиции не подчиняться приказам премьера. “Мы заявляем, что не позволим Николу Пашиняну, опираясь на полицию, установить в стране диктатуру”, – сказал он.

    Ранее полиция Армении в центре Еревана на митинге у правительственных зданий задержала 57 оппозиционных активистов, устроивших акцию протеста против премьер-министра Никола Пашиняна.

  • Yerevanda müxalifət yürüş keçirir

    Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifət Yerevan şəhərinin mərkəzində yürüşə başlayıb.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, metronun “Respublika meydanı” stansiyası qarşısından hərəkət edən yürüş iştirakçıları Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin binasına doğru irəliləyərək “Nikolsuz Ermənistan” şüarını səsləndirirlər.

    Aksiyanın təşkilatçılarından olan Daşnaksütyun Partiyasının nümayəndəsi İşxan Sağatelyan polisi baş nazirin göstərişlərini yerinə yetirməməyə çağırıb: “Nikol Paşinyanın polisə arxalanaraq ölkədə diktatura qurmasına yol verməyəcəyik”.

    Bundan əvvəl paytaxtın mərkəzində etiraz aksiyası keçirən 57 müxalifətçi saxlanılıb.