Month: February 2021

  • Vilayət Eyvazov Gəncə polisinin rəisinə birinci müavin təyin etdi

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

    N.Qasımov bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) əməliyyat işi üzrə rəis vəzifəsində çalışıb.

    Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

    Bizimlə əlaqə saxlayın

  • Мехрибан Алиева выразила соболезнования семье Ялчына Рзазаде

    Первый вице-президент Азербайджана, президент Фонда Гейдара Алиева Мехрибан Алиева выразила соболезнования семье народного артиста Ялчына Рзазаде, передает Report.

    “Меня опечалило известие о кончине народного артиста АР Ялчына Рзазаде. Обладающий неповторимым почерком в современном музыкальном искусстве, он завоевал глубокое уважение и любовь музыковедов своим исполнительским мастерством и сценической культурой. Творческий путь артиста, который с энтузиазмом делился с молодежью своим многолетним опытом и знаниями, секретами и тонкостями эстрадного искусства, является настоящей школой для молодого поколения исполнителей. Песни, исполненные им в таких фильмах, как “Деде Горгуд”, “Прошел день”, “Свекровь”, “Первая любовь Балададаша”, навсегда останутся в памяти нашего народа.

    Я разделяю ваше горе, желаю терпения членам вашей семьи в связи с невосполнимой утратой, с глубокой скорбью приношу свои соболезнования”, – говорится в послании.

  • Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağılığı verib.

    “Report”un məlumatına görə, başsağlığında deyilir:

    “Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

    Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm”.

  • Количество закрытых из-за коронавируса школ достигло четырех – ОФИЦИАЛЬНО

    Обнародовано количество школ в Азербайджане, которые перешли на дистанционное обучение из-за распространения коронавируса (COVID-19).

    В ответ на запрос Oxu.Az в Минобразования сообщили, что до 22 февраля на онлайн-формат перешли 84 класса.

    “Четыре школы переведены на дистанционное обучение. Это – Республиканская гимназия искусств, средняя школа №82 города Баку, средняя школа №37 города Гянджи и средняя школа села Афетли Агдамского района”.

  • Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

    Azərbaycanda koronavirusla (COVID-19) əlaqəli distant təhsilə keçən məktəblərin sayı məlum olub.

    Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84-dür:

    “Distant təhsilə keçirilmiş məktəblərin sayı dörddür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir”.

  • Сколько учеников в Азербайджане заразились коронавирусом? – ОФИЦИАЛЬНО

    Обнародована информация о ситуации с COVID-19 в школах Азербайджана.

    Как сообщает Министерство образования, согласно постановлению Кабинета министров от 22 января, с 1 февраля в общеобразовательных учреждениях страны частично возобновлено обучение в традиционной форме.

    С 1 по 21 февраля было организовано очное обучение в 71 764 классах 4 427 школ.

    Обучением в традиционной форме охвачено 600 тыс. учащихся, в этот процесс вовлечено 120 тыс. сотрудников. В этот период посещаемость занятий учениками и учителями составила 90%.

    За указанный период число инфицированных школьников в стране составило 225 (0,03% от обучающихся в очной форме), количество зараженных сотрудников – 159 (0,13% от их общего числа).

  • Azərbaycanda neçə şagird koronavirusa yoluxub? – RƏSMİ

    Məktəblərdə COVID-19-la bağlı vəziyyətə dair məlumat açıqlanıb.

    Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir:

    “1-21 fevral tarixlərində ölkə ərazisində 4427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub”.

    “Göstərilən dövr ərzində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib”, – deyə qeyd edilib.

  • Macarıstan şirkətləri azad olunan ərazilərin bərpasında iştirak edəcəklər

    Azərbaycanla Macarıstan arasında dost münasibətlərinə əsaslanan ikitərəfli iqtisadi əlaqələr ildən-ilə inkişaf etməklə, ticarət dövriyyəsində, o cümlədən idxal və ixracda ardıcıl artımlar özünü göstərib. Qarşılıqlı maraq və səylər nəticəsində bu əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağını gözləmək olar.

    Bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşdə vurğulayıb.

    O, macar şirkətlərinin də işğaldan azad olunmuş ərazilərimizdə quruculuq proqramına qoşulmağa hazırlaşmasının məmnunluq doğurduğunu deyib.

    S.Babayev Macarıstan hökumətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə qrant ayırmasının da dost münasibətinin bir təzahürü olduğunu deyib.

    Nazir həmçinin əməkdaşlıqda növbəti müsbət addım kimi, Macarıstanın “Wizz Air” aviaşirkəti ilə yeni müqavilənin imzalandığını, pandemiya ilə əlaqədar məhdudiyyətlər bitdikdən sonra Azərbaycanla Macarıstan arasında aviareyslərin davam edəcəyini diqqətə çatdırıb.

    V.Szederkenyi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və Azərbaycanla əlaqələri genişləndirmək əzmində olduğunu, ikitərəfli əməkdaşlığın daim inkişaf etdiyini bildirib.

    Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı məsələləri, ikitərəfli komissiyanın fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrinə dair fikir mübadiləsi aparılıb.

  • Анализ Caliber: Армения погрязла в своих преступлениях… – ВИДЕО

    Капитулировавшая Армения погрязла в своих преступлениях, как в омуте грехов своего позорного прошлого. Официально только на сегодняшний день рассматривается около тысячи уголовных дел по преступлениям, совершенным в ходе последней войны. Они связаны как с нарушением устава, дезертирством, превышением полномочий, повлекшим тяжкие последствия, и иными военными преступлениями, так и с экономической составляющей вопроса обеспечения обороны.

    Об этом говорится в очередном выпуске аналитического проекта Caliber.

    Он также посвящен обсуждению интересных тем внутренней политики “страны камней” и несбывшихся надежд, в том числе медийной реинкарнации Сержа Саргсяна, провального “юбилейного” митинга армянской оппозиции, хищения средств диаспоры, обновленных статистических данных по потерям в последней войне.

  • “Caliber”dən növbəti təhlil: Öz cinayətlərində batıb qalan Ermənistan – VİDEO

    Kapitulyasiyaya imza atan Ermənistan özünün rüsvayçı keçmişinin girdabında olduğu kimi öz cinayətlərində batıb qalıb.

    Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən növbəti videoda qeyd edilir.

    Videoda bildirilir ki, rəsmi olaraq, yalnız bu gün üçün son müharibədə törədilmiş nizamnamənin pozulması, fərarilik, vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olması və digər hərbi cinayətlər kimi, həm də müdafiənin təşkilinin iqtisadi tərkibi ilə əlaqəli minə yaxın cinayət işinə baxılır.

    Serj Sarqsyanın mediada reinkarnasiyası, erməni müxalifətinin uğursuz “yubiley” mitinqi, diaspor vəsaitlərinin mənimsənilməsi, son müharibədəki itkilərlə bağlı yenilənmiş statistika və bir çox maraqlı mövzuları və yarımçıq qalmış ümidlər “Caliber” analitik layihəsinin növbəti süjetində: