Month: February 2021

  • İsveçrədə peyvənd olunan 16 nəfər ölüb

    İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 364 nəfər özünü narahat hiss edib, on altı nəfər isə vəfat edib.

    Bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.

    Agentliyə daxil olan müraciətlərin əksəriyyəti Pfizer, Comirnaty və Moderna peyvəndi ilə əlaqədardır.

    Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər. Müraciət edənlərin 95-i xəstəxanaya aparılıb, 16 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

    Dünyasını dəyişən şəxslərin orta yaşı 86 olub. Onların əksəriyyəti peyvənd edilmədən əvvəl ürək-damar və ağciyər xəstəliklərindən əziyyət çəkirmiş.

  • Çexiyada fövqəladə vəziyyətin müddəti uzadıldı

    Çexiya hökuməti koronavirus epidemiyasının kəskinləşməsilə bağlı ölkədə mövcud olan fövqəladə vəziyyət rejiminin müddətini 28 mart tarixinədək uzadılması barədə qərar qəbul edib.

    Bu barədə Median.Az “TASS”a istinadən xəbər verir.

    Qeyd olunub ki, ölkənin Nazirlər Kabineti parlamentin aşağı palatasının mövcud vəziyyəti 31 marta qədər uzatmağı təklifini dəstəkləməkdən imtina etdikdən sonra sürətləndirilmiş formada respublikada 30 gün ərzində fövqəladə rejimin tətbiq edilməsi barədə qərar qəbul edib.

  • Bu yarmarkalarda məhsullar ucuz satılır – ÜNVANLAR

    Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” Yarmarkası keçirilir.

    Bu barədə Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

    Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

    Yarmarkanın ünvanları:

    – Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)

    – Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

    – Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

  • Sabah Bakıda 12 dərəcə isti olacaq

    Fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

    Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4 dərəcə isti, gündüz 9-13 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

    Fevralın 28-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-13 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Karantin qaydalarına riayət etməyən daha bir kafe aşkarlandı

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fevralın 27-də gecə saatlarında rayonun Məmmədabad kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, obyektin icarədarı E. Ağayev və işçisi F. Bayramlı karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb edilib.

    Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək cərimə olunublar.

  • Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanıldı – FOTO

    Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb.

    Daxili İşlər Nazirliyindən Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara sakinləri F.Kazımzadə və Ü.Cabbarlı idarə etdikləri VAZ 2107 markalı avtomobillərlə rayonun Siyakü kəndində yerləşən məktəbin qarşısında digər nəqliyyat vasitələri və piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər.

    İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barələrində toplanmış materiallar baxılması üçün Astara rayon məhkəməsinə göndərilib.

    Rayon məhkəməsinin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub. Ü.Cabbarlı isə əlavə olaraq 1 il müddətində sürücülük hüququndan məhrum edilib.



  • Bu il 3 min şəhid ailəsi və müharibə əlili evlə təmin olunacaq

    Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

    Nazir qeyd edib ki, Prezident İlham Əliyev fevralın 25-də Şağan Reabilitasiya Pansionatının açılışında ötən dövrdə 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilinin mənzillərlə təmin edildiyini, təkcə keçən il 1572 mənzilin verildiyini, bu il də 3 minə yaxın mənzil veriləcəyini, müharibə əlillərinə 7200-ə yaxın minik maşını verildiyini diqqətə çatdırıb.

    Nazir şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təminat proqramının bu il daha da genişləndirilməsi, qazilərimizin reabilitasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlik qarşısında müəyyən edilən vəzifələrin yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.

    “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydaları”nın, “Şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasının, qeydiyyatdan müvəqqəti çıxarılmasının və qeydiyyatının ləğv edilməsi xidmətinin Pasportu”nun təsdiq edilməsi, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və s. məsələlər də iclasda müzakirə olunub.

  • Готовится к вводу в эксплуатацию станция “8 Ноября” бакинского метро

    В последние годы велось строительство новых участков столичного метро, сообщили в субботу в Бакинском метрополитене.

    После ввода в эксплуатацию третьей линии “подземки” в апреле 2016 года, станций “Мемар Аджеми” и “Автовокзал” “фиолетовой” линии продолжается строительство депо на этой линии и станции “Ази Асланов” “зеленой” линии.

    Третья станция “фиолетовой” линии, названная “8 Ноября” в честь Победы, одержанной в Отечественной войне, находится на стадии ввода в эксплуатацию, и в рамках последнего этапа строительства осуществляются мероприятия в соответствии с технико-эксплуатационными условиями.

  • “8 Noyabr” stansiyası istismara hazırlanır

    Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda qeyd olunub.

    “2016-cı ilin aprelində metronun 3-cü xətti, Bənövşəyi xəttin “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra, bu xəttin deposunun, Yaşıl xəttin “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir. Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur”, – məlumatda qeyd olunub.

  • Avtobus zolaqlarının 24 saat qüvvədə olduğu küçə və prospekt AÇIQLANDI

    Paytaxt yollarında avtobus zolaqlarının çəkilməsinə yenicə başlanılıb. Hələ şəhərin çox az bir hissəsinə belə zolaqlar çəkilib. Bu, tıxacların qarşısının alınması üçün atılan addımdır.

    Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib.

    O bildirib ki, bu zolaqların şəhərin heç dördə birini təşkil etmir:

    “Daha dəqiq desək, Bakıda cəmi 7 küçə və prospektdə avtobus zolaqları çəkilib. Həmin küçələrdə zolaqların qüvvədə olması vaxtla tənzimlənir.

    Sıxlıq olan saatlarda həmin küçələrdə müvafiq olaraq əlavə avtobus zolaqları qüvvədə olur və həmin zolaqlara digər nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir.

    Məsələn Bayraq meydanından Azneft istiqamətində olan yolda əlavə avtobus zolağı var, lakin əks istiqamətində o zolağa ehtiyac yoxdur. Karantin rejimində bu yolda sıxlıq çox müşahidə edilməsə də, şəhərin girişi olduğu üçün günün pik saatlarında bu yolda tıxac müşahidə olunur. Biz burada əlavə avtobus zolağının olmasını təklif etdik və səhər saat 07:00-dən axşam saat 20:00-a qədər bu zolağa digər nəqliyyat vasitələrinin girişi qadağandır. Saat 20:00-dan sonra isə nəqliyyat vasitələri rahat hərəkət edə bilər”.

    “Paytaxtın elə küçələri var ki, orada bu zolaqların vaxtı yoxdur. Əlavə avtobus zolaqları 24 saat qüvvədədir. Məsələn, paytaxtın Qara Qarayev prospekti, Rəşid Behbudov küçəsində intensiv hərəkət nəzərə alınaraq çəkilən əlavə avtobus zolağına 24 saat kənar nəqliyyat vasitələrinin girişi qadağandır”, – deyə Mais Ağayev qeyd edib.