Month: February 2021

  • Soçidə Lukaşenko və Putinin 6 saatlıq görüşü başa çatdı

    Soçidə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüş qurtarıb.

    “Report” xəbər verir ki, bu barədə “Belarus-1” telekanalı bildirib.

    Qeyd edilir ki, danışıqlar 6 saatdan çox davam edib.

    Daha əvvəl yayılmış informasiyaya əsasən, görüşün müddəti üzrə reqlament olmayıb. Liderlər birlikdə nahar ediblər və xizəkdə gəziblər.

  • Türkiyə PUA-ları bu dəfə dənizdə SINAYACAQ

    Türkiyənin Hərbi Dəniz Qüvvələri fevralın 25-dən martın 7-dək “Mavi Vətən – 2021” adlı dəniz təlimləri keçirəcək.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlimlər ölkənin Egey və Aralıq dənizləri akvatoriyasında baş tutacaq. Təlimlərdə Hərbi Dəniz Qüvvələri ilə yanaşı Quru Qoşunları və Hərbi Hava Qüvvələri də iştirak edəcək.

    Bundan başqa, pilotsuz uçan aparatları da dəniz şəraitində sınanacaq.

  • Bakıda 11 maşın toqquşdu – Çox sayda xəsarət alan var

    Bakının Xəzər rayonunda yolun buz bağlaması yol qəzasına səbəb olub.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə Mərdəkan qəsəbəsindən şəhərin mərkəzi istiqamətində olan körpünün üzərində baş verib.

    Əraziyə-hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Hazırda körpünün üzərində hərəkət məhdudlaşdırılıb. AAYDA-nın xüsusi texnikası vasitəsilə yola qum və duz səpilib.

  • “Peyvəndləmə yalnız bu halda təsirli ola bilər” – ÜST rəhbəri

    “Koronavirusa qarşı peyvəndləmə yalnız bütün ölkələrdə aparılarsa, effektiv ola bilər”.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus deyib.

    Qebreyesus bütün ölkələri vaksinləmə prosesinin yubadılmamasına çağırıb. Əks halda, koronavirusun yeni ştamlarının yayılacağını bildirib.

    “Belə olan halda isə, istifadə etdiyimiz peyvəndlər faydasız ola bilər”, – deyə ÜST rəhbəri qeyd edib.

    Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə vaksin çatışmazlığı zəngin dövlətlərə də problemlər yaradacaq. Bu səbəbdən Qebreyesus dövlətləri vətəndaşlarına virusdan qorunmaq üçün təkcə onlara deyil, dünyanın qalan ölkələrinin sakinlərinə də peyvənd etmək lazım olduğunu izah etməyə çağırıb.

  • ABŞ-da beş günlük matəm elan olunub

    ABŞ prezidenti Co Bayden ölkədə koronavirusdan ölənlərin sayının yarım milyona çatması ilə əlaqədar beş günlük matəm elan edib.

    Bu barədə “RİA Novosti” dövlət başçısının mətbuat katibi Cen Psakiyə istinadən məlumat verib.

    Məlumata əsasən, ABŞ ərazisində növbəti beş gün ərzində dövlət bayrağı endiriləcək.

    Xatırladaq ki, ABŞ koronavirus qurbanlarının sayına görə dünyada birinci yeri tutur.

  • Оппозиция завершила акцию протеста в центре Еревана

    Оппозиционное “Движение за спасение родины” вечером завершило акцию протеста на площади Франции в центре Еревана.

    Как передает Report, об этом сообщает корреспондент ТАСС с места событий.

    “Сегодня завершаем нашу акцию. У нас есть сведения, что премьер-министр Никол Пашинян завтра в 11:30 прибудет в 3-й корпус правительственного здания. Мы должны заблокировать входы и не пустить его. А вечером начнем митинг”, – заявил представитель движения Ишхан Сагателян.

    В понедельник в акции протеста с требованием отставки Пашиняна участвовали несколько тысяч человек. Сторонники оппозиции устроили шествие по улицам Еревана, скандируя антиправительственные лозунги. Хотя полиция сконцентрировала большие силы для обеспечения общественного порядка, задержаний не было.

    Отметим, что в Армении с 10 ноября не прекращаются акции протеста с призывами к отставке Пашиняна. Оппозиция возлагает на него ответственность за экономические и социальные проблемы.

  • Ermənistan müxalifəti sabah Paşinyanın hökumət binasına girişini bloklayacaq

    Ermənistanın müxalif “Vətənin qurtuluşu Hərəkatı” Yerevanın mərkəzindəki “Fransa” meydanında etiraz aksiyasını başa çatdırıb.

    “Report” xəbər verir ki, bu barədə TASS bildirib.

    “Bu gün aksiyamızı qurtarırıq. Bizdə məlumatlar var ki, baş nazir Nikol Paşinyan sabah saat 11:30-da hökumət binasının 3-cü korpusuna gələcək. Biz girişləri bloklamalıyıq və onu buraxmamalıyıq. Axşam isə mitinqə başlayacağıq”, – hərəkatın nümayəndəsi İşxan Saqatelyan bildirib.

    Bu gün Yerevanda Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib. Müxalifət tərəfdarları dövlət əleyhinə şüarlar oxuyaraq Yerevanın küçələri ilə yürüş təşkil ediblər.

    Qeyd edək ki, Ermənistanda 10 noyabrdan Paşinyanın istefasına çağırış tələbləri ilə etiraz aksiyaları səngimir. Müxalifət onu Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham edir. Paşinyan habelə ölkədəki iqtisadi və sosial problemlərdə günahlandırılır.

  • Скончался народный артист Азербайжана

    Умер народный артист Азербайджана Ялчын Рзазаде.

    Как передает Report, об этом сообщил сын покойного Мятин Рзазаде.

    По его словам, он скончался сегодня после продолжительной болезни.

    Я.Рзазаде родился 31 декабря 1946 года в семье интеллигентов. В 1963 году поступил в Бакинский театральный институт, а 1968 году в Азербайджанскую государственную консерваторию им. Узеира Гаджибекова, которую окончил в 1973 году, с красным дипломом.

    В 1979 году стал заслуженным артистом Азербайджанской ССР. В 1999 году удостоен звания народного артиста Азербайджана.

  • Xalq artisti Yalçın Rzazadə vəfat edib

    Azərbaycanın Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib.

    Bu barədə “Report”a müğənninin oğlu Mətin Rzazadə məlumat verib.

    O bildirib ki, atası bu gün uzun sürən xəstəlikdən vəfat edib.

    Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib. 1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1973-cü ildə həmin təhsil ocağını bitirib.

    Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olub və rejissor assistenti kimi əmək faəliyyətinə başlayıb. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın “Dan ulduzu” ansamblına dəvət olunub.

    Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərin sonunda musiqisi Cahangir Cahangirova aid “Durnalar” mahnısı olub.

    İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazıblar. Oxuduğu orkestrlərdən – Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.

    Yalçın Rzazadə 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

    Allah rəhmət eləsin!

  • Gürcüstanın yeni Baş naziri və hökuməti təsdiq olundu

    Gürcüstan parlamenti İrakli Qaribaşvilinin rəhbərlik etdiyi yeni hökumətə etimadını bildirib.

    TASS xəbər verir ki, səsvermə 89 – lehinə, iki – əleyhinə olmaqla başa çatıb.

    Qeyd edək ki, Qaribaşvili hökumətinə cəmi iki yeni nazir – müdafiə naziri Cuanşer Burçuladze, eləcə də regional inkişaf və infrastruktur naziri İrakli Karseladze daxil olub.

    Səsvermə qanunverici orqanın veb saytında canlı olaraq yayımlanıb.