Month: February 2021

  • В Баку возбуждено уголовное дело по факту падения рабочего с многоэтажного здания – ОБНОВЛЕНО + ВИДЕО

    В Наримановскую районную прокуратуру поступила информация о том, что 22 февраля около 17:00 погиб рабочий, упавший из строящегося многоэтажного здания. Сотрудниками ведомства, с участием судебно-медицинского эксперта, был проведен осмотр места происшествия и трупа, осуществлены другие процессуальные действия.

    Как сообщили в прокуратуре, в ходе предварительного расследования было установлено, что рабочий Шахверди Нуруллаев (1956 г.р.), находясь на 7-м этаже многоэтажного жилого здания ЖСК “Тебриз”, потерял равновесие и упал, в результате чего скончался от полученных травм.

    По данному факту в прокуратуре Наримановского района возбуждено уголовное дело по статье 222.3 Уголовного кодекса Азербайджана, назначены судебно-медицинская и экспертиза технической безопасности.

    ***

    Нарушение правил безопасности на стройке стало причиной смерти рабочего.

    65-летний рабочий Шахеддин Нуруллаев умер, упав с шестого этажа строящегося здания на пересечении проспекта Зии Буниятова и улицы Ибрагима Мамедова.

    Подробнее об этом в видеосюжете Baku TV.

  • Bakıda fəhlənin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı cinayət işi başlanılıb – YENİLƏNİB

    Fevralın 22-də saat 17 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla Nərimanov rayonu ərazisində “Təbriz” MTK tərəfindən inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar aparılan işlər zamanı fəhlə işləyən 1956-cı il təvəllüdlü Şahverdi Nurullayev həmin binanın 7-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən həyatını itirib.

    Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.

    Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

    ***

    Tikintidə təhkükəsizlik qaydalarının pozulması ölümə səbəb oldu.

    Hadisə Ziya Bünyadov prospekti, İbrahim Məmmədov küçəsində qeydə alınıb. Binanın 6-cı mərtəbəsində fəhlə işləyən 65 yaşlı Şahverdi Nurullayev yıxılaraq ölüb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Жители Исмайыллы вынуждены преодолевать труднодоступные дороги верхом на лошадях – ВИДЕО

    Жители села Зернава Исмаиллинского района Азербайджана долгие годы испытывают большие трудности в связи с отсутствием нормальных дорог.

    Корреспонденты Baku TV отправились в деревню, чтобы ознакомиться с ситуацией на месте.

    По пути в село автомобили застревают в грязи, поэтому людям приходиться преодолевать остальную часть дороги верхом на лошадях.

    Подробнее об этом в видеосюжете Baku TV.

  • Yolları atla qət edənlər – VİDEO

    İsmayıllı rayonunun Zərnava kədinin sakinlərinin illərdir yaşadığı yol problemlərini işıqlandırmaq üçün Baku TV kəndə yollanıb.

    Yolu buradan keçənlərin avtomobilləri palçıqlı yollarda batıb qaldığı üçün, bir hissədən sonra yollarına atlarla davam etməyə məcbur olurlar. Bu kəndin qış aylarında yeganə minik vasitəsi atladır.

    Kənd sakinləri bildirib ki, uzun illərdir, onlar bu yol problemlərindən əziyyət çəkirlər.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Рост числа самоубийств: Феминизм или менталитет? – ВИДЕО

    В передаче “Təkbətək”, транслируемой на канале Baku TV, обсуждается рост числа самоубийств в Азербайджане в последнее время.

    Гостями ведущего Теймура Алиева стали председатель Общественного объединения “Təmiz Dünya” Мехрибан Зейналова и политик Сардар Джалалоглу.

  • Artan intiharlar: Qadın azadlığı, yoxsa mentalitet? – VİDEO

    Baku TV-nin efirində yayımlanan “Təkbətək” verilişində son dövrlərdə ölkədə artan intiharlar müzakirə olunub.

    Aparıcı Teymur Əliyevin budəfəki qonaqları “Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova və siyasətçi Sərdar Cəlaloğlu olub.

    Verilişi təqdim edirik:

  • Sumqayıtın piyada keçidi olmayan mərkəzi küçəsi – VİDEO

    Sumqayıt şəhəri Heydər Əliyev prospekti ilə Lermontov küçəsinin kəsişməsi olan yol yeni təmir olunub. Əraziyə asfalt örtük çəkilib, amma deyəsən, müxtəlif yol nişanları qoymaq yaddan çıxıb.

    Sakinlər yolun bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkir.

    Heydər Əliyev prospektinin üç kilometrə yaxın ərazisi sürücülərlə yanaşı sakinlərin də ən çox istifadə etdikləri yoldur. Amma ərazidə bir dənə də olsa piyada keçidi yoxdur.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Ermənistanda baş nazirliyə namizədə qarşı cinayət işi açılıb

    Ermənistanda “Vətənin xilası uğrunda hərəkat”ın lideri Vazgen Manukyana qarşı mitinqdəki çağırışına görə cinayət işi başlanılıb.

    Bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan bildirib.

    Müşavirin sözlərinə görə, Q.Abramyan hakimiyyətin güc yolu ilə ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına və Ermənistan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış etməkdə ittiham olunur.

    Bildirilib ki, fevralın 20-də Yerevanda Azadlıq meydanında keçirilən mitinqdə Manukyan ölkədə hakimiyyətin dəyişdirilməsi üçün baş nazir Nikol Paşinyanın dayaqlarını sındırmağa çağırış edib. O, hakim “Mənim addımım” parlament fraksiyasının strukturlarına və deputatlarına kütləvi təzyiqlər etməyin vacibliyini vurğulayıb. Manukyan deyib ki, “A” planı uğur qazanmazsa, “B” planını işə salıb hakimiyyəti ildırım sürəti ilə ələ keçirmək lazımdır.

    Qeyd edək ki, Manukyan hərəkatın baş nazir postuna vahid namizədidir.

    ///Report

  • Stilist Balaş vəfat etdi

    Müğənni Xatun Əliyevanın stilist qardaşı Balaş qəflətən vəfat edib.

    Bu barədə məlumatı yaxınları “Qafqazinfo”ya təsdiq ediblər.

    Balaşın hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.

  • Rusiyadan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “PECYPC-ЮГ” MMC tərəfindən istehsal olunan və “FROZEN PRODUCTS” MMC tərəfindən ölkəmizə idxal edilən 19.14 ton toyuğun bel tili məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

    Agentlik tərəfindən istehlaka yararsız məhsulların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.