Month: February 2021

  • İranın hərbi prokurorluğu Ukrayna təyyarəsi ilə bağlı araşdırmaları tamamladı

    İranın hərbi prokurorluğu 2020-ci ilin əvvəlində Tehran yaxınlığında vurulan Ukraynaya məxsus “Boeing” tipli təyyarə ilə bağlı araşdırmanı başa çatdırıb.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri İran Silahlı Qüvvələrinin məhkəmə təşkilatının rəhbəri Şükrulla Bəhrami deyib.

    “Hərbi prokurorluqda Ukrayna təyyarəsi ilə bağlı iş üzrə araşdırma başa çatıb”, – deyə o bildirib.

    Onun sözlərinə görə, hazırda iş üzrə ittiham aktı hazırlanır.

  • ŞAD XƏBƏR: Martın 1-dən kəskin ucuzlaşma olacaq

    Türkiyə ilə Azərbaycan arasında ötən il imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Saziş”i bu ilin martın 1-dən tətbiq edilməyə başlanılacaq.

    Preferensial “güzəştli” mənasını verir və o, razılaşmalar əsasında mallara mövcud gömrük tarifləri ilə müqayisədə daha aşağı tariflərin tətbiq edilməsini nəzərdə tutur. Qarşılıqlı şəkildə tariflərin aşağı salınması iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə kömək edəcək.

    Oxu24.com xatırladır ki, adıçəkilən saziş 2020-ci ilin fevralın 25-də imzalanıb, sonra parlamentlər tərəfindən qanun halına salınıb və Azərbaycanda qanun 2020-ci ilin mayın 31-də dövlət başçısı tərəfindən təsdiq olunub.

    Bu sənədin qəbul edilməsində məqsəd güzəştlər hesabına Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ticarət dövriyyəsinin 2023-cü ilin sonuna qədər 15 milyard dollara çatdırılmasını təklif edib. Azərbaycan Prezidenti İlham Əliyev bunun mümkün olduğunu bildirib və ötən il Preferensial Ticarət Saziş imzalanıb.

    Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi yüksələn xətlə inkişaf edir. 2005-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 589 milyon dollar idi. Bu göstərici 2007-ci ildə 1 milyard dolları, 2012-ci ildə 2 milyard dolları, 2018-ci ildə 3 milyard dolları, 2019-cu ildə 4 milyard dolları ötüb. 2019-cu ildə xarici ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Ötən il isə bir qədər azalaraq 4,1 milyard dollara enib.

    Preferensial Ticarət Sazişi konkret məhsullar üzrə vergilərin azaldılması, hətta sıfırlanmasını nəzərdə tutur. Burada söhbət ikiqat vergidən azadolunma və eləcə də vergi dərəcələrinin uyğunlaşdırılması kimi məsələlərdən gedir. Həmin məhsulların siyahısı da sazişdə öz əksini tapıb.

    Razılaşmaya əsasən hər iki ölkə 15 mal qrupunun ixracında güzəşt əldə edəcək. Azərbaycan Türkiyəyə il ərzində güzəştli tariflə xurma (30 min tonu keçməmək şərtilə), pambıq yağı (maksimum 5 min ton), ağ şəkər (maksimum 5 min ton), göbələklər (maksimum 750 ton), spirtli və spirtsiz içkilər (maksimum 900 min litr) və başqa adda mallar ixrac edəcək.

    Türkiyə Azərbaycana yağlı bitkilərin toxumları və meyvələrini (maksimum 5 min ton), heyvan və ya bitki mənşəli piylər və yağlar (maksimum 5 min ton), toffı, digər karamel və analoji şirniyyat (maksimum 4 min ton), tərkibində kakao olan şəkəri əvəz edən məhsullardan hazırlanmış, şəkərdən qənnadı məmulatları və onların əvəzediciləri (maksimum 1500 ton) və başqa mallar ixrac edəcək.

    Belə bir sazişin Azərbaycan üçün 2 böyük önəmi var. Birinci önəmi odur ki, ölkəmiz qeyri-neft mallarının ixracını şaxələndirəcək. Türkiyə qeyri-neft ixracında ikinci ən böyük ölkədir. Azərbaycan Türkiyə bazarına daha çox qeyri-neft məhsullarını ixrac etməkdə maraqlıdır.

    Digər bir məsələ isə idxal mallarının əlverişli qiymətlə əldə edilməsidir. Bu sazişin qüvvəyə minməsindən sonra Türkiyədən güzəştli şərtlərlə mallar idxal edildiyindən daxili bazarda ucuzlaşma olacaq.

    İstisna etmək olmaz ki, gələcəkdə iki ölkə arasında daha çox malın dövriyyəsi qarşılıqlı güzəştlərlə ticarət ediləcək və Azərbaycanda qiymətlər insanlarımız üçün daha əlçatan olacaq.

  • Səudiyyə Ərəbistanına qar yağır – VİDEO

    Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk əyalətində 2 gündür qar yağmağa başlayıb. Sinoptiklər istirahət günü üçün daha çox qar gözlənildiyini bildirib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Al Arabia” nəşri məlumat verib.

    Məlumata görə, hazırda qar yağışı yalnız Səudiyyə Ərəbistanının şimalını deyil, Suriyanın, Livanın, İsrailin, İordaniyanın və Misirin bəzi hissələrini əhatə edir. Yollar bağlanıb, nəqliyyatın hərəkətində fasilələr yaranıb. Bəzi universitetlər tədris prosesini dayandırıb.

    Ölkədə sonuncu dəfə bu qədər qar yağışının 2018-ci ildə müşahidə olunduğu bildirilir

    

  • Bakıda evdən meyit tapıldı

    Bakıda mənzildə kişi meyiti tapılıb.

    Oxu24.com -un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb .

    Orada aşkarlanan 1948-ci il təvəllüdlü Kərimov Əsəd Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Bakıda əməliyyat: Tutulanlar var

    Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat zamanı əvvəlcə vətəndaş Nurlan Kişiyev metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlanılıb.

    Onun üzərindən 2 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. N. Kişiyev ifadəsində narkotik vasitələri Nicat adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirib.

    Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyev də tutulub.

    Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb N. İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.

    Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.//oxu24.com

  • В одной из квартир Баку обнаружен труп мужчины

    В одной из квартир Баку обнаружен труп мужчины.

    Как сообщает oxu.az со ссылкой на сайт Министерства по чрезвычайным ситуациям (МЧС), на горячую линию “112” поступила информация о том, что в Ясамальском районе столицы один человек оказался в беспомощном состоянии за закрытыми дверями.

    Привлеченные на место происшествия соответствующие силы Службы спасения особого риска открыли квартиру и обнаружили там тело Асада Керимова (1948 г.р.).

  • Fuad Axundov: “Ermənistan açıq səma altında vandalizm “muzeyi”dir”

    Bu gün Ermənistan açıq səma altında vandalizm “muzeyi”dir.

    Bu sözləri Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov CBC TV-yə müsahibəsində bildirib.

    “Ermənistan bütün Azərbaycan memarlığını dağıdıb, onu özünün yeni tikililəri ilə əvəz etməklə öz memarlıq görünüşünü tamamilə dəyişdirən yeganə ölkədir. Tam əminliklə söyləmək olar ki, bura açıq səma altında vandalizm “muzeyi”dir. Dünyada bu cür başqa bir ölkə yoxdur”, – deyə Fuad Axundov qeyd edib.

    F.Axundov həmçinin bildirib ki, Azərbaycan irsini təşkil edən tarixi, mədəni və dini abidələri məhv etdikdən sonra Ermənistan bütün şəhər və kənd adlarını tamamilə dəyişdirərək şəhərləri yenidən qurub.

    “Yerli Azərbaycan əhalisini öz ölkəsindən qovmaqla Ermənistan Azərbaycanın bütün tarixi irsini məhv etdi, bütün toponimləri və hidronimləri dəyişdirdi, həmçinin Alban kilsələrinin qədim memarlığını da erməniləşdirdi. Ermənistanın bütün ərazisində on minlərlə azərbaycanlının qəbrləri dağıdıldı”, – deyə F.Axundov qeyd edib.

  • Navalnının həbs müddəti azaldıldı

    Fevralın 20-də Moskva Şəhər Məhkəməsində müxalif siyasətçi Aleksey Navalnının şikayətinə baxılıb.

    Median.Az-ın məlumatına görə, şikayət Moskva Şəhər Məhkəməsinin fevralın 2-də Navalnı barəsində çıxardığı hökmdən verilib. Həmin hökmə əsasən Aleksey Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

    Moskva Şəhər Məhkəməsinin 2 fevral hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.

    Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.

    Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.

    Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.

    Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.

    Məhkəmə Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.

    Fevralın 20-də Moskva Şəhər Məhkəməsi hökmü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.

    Aleksey Navalnı məhkəmənin bu qərarını ironiya ilə qarşılayıb.

    Müdafiə tərəfi həbs qərarının ləğv olunması, Navalnıya bəraət verilməsi istiqamətində hüquqi mübarizənin davam etdiriləcəyini açıqlayıb.

    1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.

    Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.

    Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.

    Navalnı 2014-cü ildən qabaq – 2013-cü ildə də şərti həbs cəzasına məhkum edilib. 2013-cü ildə ona 5 il şərti həbs cəzası verilib.

    2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənən Navalnı həmin gün paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.

    Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

    “Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

    2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.

    Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozması ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.

    Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.

    Ximki Şəhər Məhkəməsinin həbs qərarından bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.

    Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.

    Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.

    Yanvarın 23-də və 31-də Rusiyanın bir çox şəhərində və regionunda kütləvi etiraz aksiyaları keçirilib. Aksiyaların əsas tələbi Aleksey Navalnının azadlığa buraxılması olub.

  • Qarabağda müharibə yenidən başlasa, qan su yerinə axacaq və Azərbaycan Ordusu… – Rusiyadan SENSASİON AÇIQLAMA

    Rusiya parlamentarilərinin Azərbaycana səfəri rusiyalı sülhməramlıların işi ilə tanış olmaq və azərbaycanlı tərəfdaşlarla dialoq qurmaq məqsədi daşıyır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiyanın “Nasionalnaya slujba novostey” (“Milli xəbər xidməti”) informasiya agentliyinin mətbuat mərkəzində təşkil olunan “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda “Moskva-Bakı” telekörpüsünün gedişi zamanı bildirib.

    O qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrında imzalanan Bəyanata riayət olunur, hər şey plan üzrə gedir.

    Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasının gedişində yaranan problemlərdən danışarkən ekspert erməni tərəfinin minalanmış sahələrin xəritəsini təqdim etməsinin zəruri olmasını qeyd edib.

    S.Markov deyib: “Dinc əhali və əsgərlər ölür. Minalanmış sahələrin xəritəsinin təqdim edilməsi – bu gün erməni tərəfinə başlıca tələbdir. Əgər insanlar minaları elə-belə səpələyiblərsə və xəritə tərtib etməyiblərsə, mahiyyətcə bu, hərbi cinayətdir”.

    Ekspertin fikrincə, ikinci problem erməni millətçiləri tərəfindən törədilə biləcək terror aktları təhlükəsidir. İfrat millətçi qruplaşmalar sülh sazişləri ilə razı deyillər. “Daşnaksutyun” və “Sasna Tsrer” terror təşkilatları terror aktlarının keçirilməsində böyük təcrübəyə malikdirlər.

    Politoloq deyib: “Ermənistanda məşhur olan Qaregin Njde Üçüncü Reyxlə əməkdaşlıq edib, Bolqarıstan ərazisində təxribatçı qrupların təşkil olunmasına kömək göstərib. Bu təxribatçı qruplar körpüləri partlatmaq, bizim əsgərlərimizi öldürmək, obyektlərdə terror aktları törətmək üçün Qızıl Ordunun arxa cəbhəsinə dəstələr göndərirdilər. Dağlıq Qarabağda Njdeyə heykəl qoyulması, Ermənistanda onun heykəlinin hələ də qalması biabırçılıqdır”.

    S.Markovun sözlərinə görə, bu gün ən vacib məsələ işğaldan azad edilmiş ərazilərdə kommunikasiyaların yenidən işə salınmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev regionun iqtisadi baxımdan dirçəldilməsi üzrə irimiqyaslı plan elan edib. Bunun üçün kommunikasiyaların bərpası vacibdir. O qeyd edib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar və əsas məsələlər üzrə daim dialoqda olurlar.

    Ekspert xatırladıb: “Azərbaycan hökumətinin ambisiyalı planı var: işğaldan azad edilən əraziləri müasir iqtisadiyyatın vitrininə çevirmək. İndi bütün işlər layihə mərhələsindədir. Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına təkan verəcək. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Ermənistanın və digər ölkələrin bu işə qoşulmasını gözləyir”.


    S.Markov Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsində Türkiyənin rolunu xüsusi qeyd edib. O deyib: “Türkiyə çox şeyə nail olub. O, İkinci Qarabağ müharibəsində tam qələbə qazanan Azərbaycanın hərbi müttəfiqi kimi çıxış edib. Türkiyə özünün zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarını təqdim edib. İndi bir çox ölkələr bu pilotsuz uçuş aparatları ilə maraqlanır və onları alırlar.

    Bundan başqa, Türkiyə böyük Yaxın Şərq regionunda əsas aktorlardan biri kimi Azərbaycanı dəstəkləyib. Azərbaycan ilə Türkiyənin qarşılıqlı münasibətləri sıx siyasi və hərbi ittifaqdır və bu, Rusiya rəhbərliyi tərəfindən iki ölkənin xalqlarının suveren siyasətə ayrılmaz hüququ kimi qəbul edilir. Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxşı strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Türkiyənin bundan sonrakı ambisiyaları azad edilmiş torpaqlarda kommunikasiyaların bərpası və bu ərazilərin iqtisadi cəhətdən dirçəldilməsi ilə bağlıdır. Rusiya Türkiyə ilə birgə çoxqütblü sülhə nail olmaq, geniş Böyük Avrasiyada qarşılıqlı yardım məkanını inkişaf etdirmək kursunu seçib”.

    Politoloq Ermənistanda bəzi qüvvələrin qiyamçı əhval-ruhiyyədə olması mövzusuna da toxunub. Onun fikrincə, Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması hazırda mümkün deyil. S.Markov deyib: “Azərbaycan Ordusu erməni ordusu üzərində sözsüz üstünlüyə malikdir. Hərbi əməliyyatlar yenidən başlanacağı təqdirdə, Azərbaycan Ordusu hücuma keçəcək və erməni qruplaşmalarını darmadağın edəcək. Bu halda qan su yerinə axacaq. Mən Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük humanizmini qeyd etmək istəyirəm. O, hərbi əməliyyatların dayandırılmasına razı oldu, bununla da minlərlə gəncin həyatını xilas etməyə imkan verdi”.

    Politoloqun qeyd etdiyi kimi, erməni tərəfi hərbi əməliyyatların gedişində Qarabağ müharibəsini Ermənistan ilə Azərbaycan arasında gedən müharibə kimi deyil, Türkiyə ilə Rusiya arasında gedən müharibə kimi təqdim etməyə çalışırdı.

    “Bəzi qüvvələr indi də Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmağa səy göstərirlər. Onlar ümid edirlər ki, ruslar Qarabağa gedərək bu regionda ermənilərin maraqlarını qoruyacaqlar. Bu, sülh razılaşmalarına çox böyük təhlükədir”, – S.Markov vurğulayıb.

  • Sürücü piyadanı döyüb öldürdü – ŞOK KADRLAR

    Kiyevin mərkəzində “Hyundai Sonata” markalı avtomobilin sürücüsü piyadanı döyüb.

    Oxu24.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, piyada aldığı zərbədən hadisə yerində həyatını itirib.

    Məlumata görə bildirir ki, cinayəti törədən sürücü azərbaycanlı Abdulla Əzizlidir.