Month: February 2021

  • XİN: Ermənistanın düşmənçiliyinin gələcəyi yoxdur və xalqını uçuruma aparır

    Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı Ermənistanın hələ də məsuliyyətli davranışdan və beynəlxalq hüququn aliliyi əsasında münasibətlər qurmaqdan uzaq olduğunun göstəricisidir.

    “Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandıran bəyanatına dair şərhində yer alıb.

    “Xatırlatmaq istərdik ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edirdi.

    Aqressiv erməni separatçılarının Ermənistan tərəfindən dəstəklənməsi və sonuncunun Azərbaycana qarşı açıq ərazi iddiaları və təcavüzkar siyasəti bölgədə onilliklər ərzində davam edən hərbi işğal, qanlı etnik təmizləmə, bir milyon insanın fundamental hüquqlarının pozulmasına və böyük dağıntılara gətirdi. Bu vəziyyət bölgənin uzun illər ərzində dayanıqlı inkişafına, sülh, təhlükəsizlik və tərəqqiyə ciddi əngəl törətdi.

    Hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi Yerevanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir.

    Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgə yaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq əvəzinə düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq. Bu yanaşmanın heç bir gələcəyi yoxdur və Ermənistan xalqının uçuruma aparılmasından başqa bir şey deyil”, – deyə şərhdə bildirilir.

  • İran koronavirusa görə yeddi sərhəd buraxılış məntəqəsini bağladı

    İran koronavirusla bağlı yoluxma sayındakı artımın davam etdiyi bir vaxtda yeni mutasiyaların yayılmasının qarşısını almaq məqsədilə İraqla yeddi sərhəd buraxılış məntəqəsini bağlayıb.

    Bu barədə IRNA məlumat yayıb.

    Kirmanşah vilayətinin Koronavirusla Mübarizə Mərkəzinin sözçüsü Məsud Bəhramnejad bölgədə mutasiyaların aşkarlanmadığını, bu addımın qabaqlayıcı tədbir kimi görüldüyünü qeyd edib.

  • Ölkəyə elektriklə işləyən avtomobillər gətirildi – İqtisadçı

    “Ötən ilin yanvarında ölkəyə hər birinin dəyəri orta hesabla 11.5 min dollar olan 7 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5.3 min dollar olan 659 ədəd hibrid avtomobil idxal edilib. Bu ilin yanvarında hər birinin dəyəri orta hesabla 129.5 min dollar olan 2 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5 min dollar olan 459 ədəd hibrid avtomobil idxal edilib”.

    Oxu24.com xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev Dövlət Gömrük Komitəsinə istinadən deyib.

    O, ay ərzində daxili yanma mühərriki ilə işləyən minik avtomobillərinin orta idxal dəyərini və sayını da açıqlayıb:

    Minik avtomobillərinin aylıq idxal həcmi 24 faiz, o cümlədən daxili yanma mühərrikli minik avtomobillərinin aylıq idxal həcmi 23 faiz azalıb.

    Amma yük maşınlarının idxalında 26 faiz artım var. Çox güman, bu artım ölkədə genişmiqyaslı tikinti-bərpa işlərilə bağlıdır”.

  • “Biz səhnədən gedirik, tükəndik” – Əkizlər vidalaşdı

    Müğənni Sevil və Sevinc Səfərova bacıları səhnədən gedir.

    Sfera.az xəbər verir ki, bu haqda əkizlər özləri açıqlama yayıb.

    Onlar bildirib ki, İnstaqramdakı 2,7 milyonluq profillərini də bağlayırlar:

    “Bilmirəm hazırda verdiyimiz açıqlama necə qarşılanacaq. Biz yorulduq, tükəndik, bitdik. Qərara gəldik ki, səhnəni tərk edək. Sabahdan “sevil-sevinc” İnstaqram səhifəsi olmayacaq. Dəstəyiniz üçün çox sağ olun, bizə halallıq verin. Əlvida”.

  • Qənirə Paşayeva Xalq artisti Pərviz Məmmədrzayevlə görüşdü

    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Pərviz Məmmədrzayevlə Mədəniyyət Komitəsində görüşüb, onu 50 illik yubileyi münasibəti ilə təbrik edib.

    Median.Az xəbər verir ki, Qənirə Paşayeva aşağıdakıları bildirib:

    “Sizi – tanınmış pantomim aktyoru və respublikamızın Xalq artistini əlamətdar yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

    Siz fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik sənətçi kimi ün qazanmısız. Müxtəlif ölkələrdə keçirilən fərqli festival və seminarlarda uğurla iştirak etmisiz.

    Siz 2010-cu ilin may ayında “Simsar” teatr-studiyasını yaratmısız. 2013–2016-cı illərdə isə Akademik Milli Dram Teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışmısız. 2017- ci ildən Azərbaycan Dövlət Muisiqili Teatrında aktyor kimi fəaliyyət göstərirsiz. 08.01.2017-ci ildə təsis olunmuş “Human” teatrının həmtəsisçisi və bədii rəhbərisiz. 2001-ci ildən səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, plastika və pantomima fənnləri üzrə dərs keçirsiz, gənc nəslin təlim-tərbiyəsində yaxından iştirak edirsiz.

    Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş arzularımızı yetirirəm!

    Yubileyiniz mübarək olsun”!

    Xalq artistinə Komitə adından Təbrik Məktubu və üzərində “Qarabağ – Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

    Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.//sfera.az

  • В Турции еще 80 человек скончались от коронавируса

    В Турции за последние сутки коронавирусом заразились 7 857 человек.

    Об этом сообщает Haber Global.

    Жертвами COVID-19 за последние 24 часа стали еще 80 человек.

  • Türkiyədə koronavirusdan daha 80 nəfər öldü

    Türkiyədə son sutka ərzində koronavirusa 7857 nəfər yoluxub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Son 24 saatda Türkiyədə COVID-19-dan daha 80 nəfər ölüb.

  • Baş Prokurorluq: “Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq”

    Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

    “Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir”, – deyə məlumatda qeyd edilir.

    Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.

  • Xarici dillər üzrə doktorantura imtahanlarının nəticələri elan olunub

    Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, fevralın 15-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

    DİM-dən verilən məlumata görə, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri, cavab kartının və yazı işlərinin qrafik təsviri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanlarda 1444 namizəd (1244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib. Ümumilikdə 96 nəfər imtahana gəlməyib. 2 nəfər imtahandan xaric olunub.

    Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən 637 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

    47 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş minimal keçid balını toplayıb.

    3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş minimal keçid balını toplayıb.

    Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.

    İmtahan blokları üzrə müəyyən edilmiş minimum bal məhdudiyyətləri ləğv edilib.

    Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

    Qeyd edək ki, namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı (və ya vizual məlumatın təsviri) isə maksimum 10 balla qiymətləndirilir.

    Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 1 mart 2021-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

    Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

    Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • В Шамкире вспыхнул пожар

    В Шамкирском районе вспыхнул пожар.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС) Азербайджана, в результате возгорания во вспомогательной постройке сгорели легковоспламеняющиеся конструкции на площади 32 кв.м.

    Остальная часть строения была защищена от огня.

    Пожар был потушен подразделениями Государственной противопожарной службы МЧС.