Month: February 2021

  • Ermənilər Xankəndidə “ordu” yığır – Rusiya mediası

    Rusiyanın nüfuzlu “Kommersant” qəzeti Qarabağdakı müharibədən sonrakı vəziyyətlə bağlı məqalə dərc edib.

    Bildirilir ki, Xankəndində iki həftədir orduya çağırış başlayıb, amma bunun məqsədini hazırkı şəraitdə anlamaq asan deyil. “Kommersant”ın Xankəndindəki mənbələrinə görə, “orduya” çağırış qarışıq sistemlə aparılır. “Çağırışçılardan əlavə olaraq müqaviləli əsgərlər də orduya aktiv şəkildə cəlb edilir”.
    “Artsax müdafiə ordusu” adlandırdıqları silahlı qüvvələrə çağırışın gedişi ilə bağlı heç bir məlumat verilmir. Əvvəl hərbiyə çağırış 18 yaşdan yuxarı kişilər üçün iki il müddətinə məcburi idi. Silahlı qüvvələrin əsas hissəsi çağırışçılar idi, müqaviləli əsgərlərin sayı çox az idi. Eyni zamanda, erməni qoşunları Azərbaycan qoşunları ilə təmas xəttində açıq şəkildə yerləşdirildi. Ermənistan çağırışçıları püşkatma yolu ilə Qarabağda xidmət etmək üçün yollayırdı. 2020-ci il müharibəsindən sonra Ermənistan öz çağırışçılarını Qarabağa göndərilməyəcəyini bildirib. Lakin “dqr” rəhbərliyi bu məlumatları şərh etməyə tələsmir”.

    Qeyd olunur ki, bölgənin taleyini dəyişdirən müharibədən sonra Azərbaycan vaxtilə işğal olunmuş böyük ərazilərdə nəzarətini bərpa edib.

    Xankəndindəki “yetkililər” həm “ordu”nun, həm “xarici işlər nazirliyi” də daxil olmaqla bəzi qondarma “strukturların” tamamilə ləğv ediləcəyi barədə iddiaların doğru olmadığını deyirlər. “Dqr”in “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyan isə “ordunu daha peşəkar vəziyyətə gətirərək gücləndirəcəklərini” iddia edir. “Xarici işlər nazirliyinin” rəhbəri David Babayan isə “Qolos Armeniya”ya müsahibəsində “itirilmiş ərazilərin qaytarılması” xülyasından danışıb: ““Artsax” ərazilərinin işğaldan çıxarılması xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Amma bunun nə vaxt və necə baş verəcəyini bilmirəm”.

    “Artsax müdafiə ordusu” adlandırdıqları silahlı qüvvələrə çağırışın gedişi ilə bağlı heç bir məlumat verilmir. Əvvəl hərbiyə çağırış 18 yaşdan yuxarı kişilər üçün iki il müddətinə məcburi idi. Silahlı qüvvələrin əsas hissəsi çağırışçılar idi, müqaviləli əsgərlərin sayı çox az idi. Eyni zamanda, erməni qoşunları Azərbaycan qoşunları ilə təmas xəttində açıq şəkildə yerləşdirildi. Ermənistan çağırışçıları püşkatma yolu ilə Qarabağda xidmət etmək üçün yollayırdı. 2020-ci il müharibəsindən sonra Ermənistan öz çağırışçılarını Qarabağa göndərilməyəcəyini bildirib. Lakin “dqr” rəhbərliyi bu məlumatları şərh etməyə tələsmir”.
    Araik Arutyunyanın qanunsuz rejiminin “mətbuat katibi” Lusine Avanesyan “Kommersant”a açıqlamasında “ordudakı islahatlar”dan danışıb. “Dəyişikliklərdən sonra əvvəlki kimi, Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə birlikdə Artsaxın təhlükəsizliyini təmin edəcək öz silahlı qüvvələrinə sahib olacağıq ” deyib. “Kommersant”ın Xankəndindəki mənbələrinin dediklərindən isə belə məlum olub ki, müharibə nəticəsində darmadağın olmuş erməni ordusunun “sonrakı taleyi barədə qərar yoxdur, ümumilikdə təhlükəsizliyi rus sülhməramlıları təmin edir”.

    Erməni hərbi ekspert Karen Vrtanesyan da deyib ki, ordu yaratmaq mümkün deyil: “Müxtəlif adlar və vəzifələr qorunub saxlanıla bilər, amma ordu adında heç nə olmayacaq. Ən yaxşı halda daxili və ya sərhəd qoşunları kimi bir struktur ola bilər” deyə, bildirib.

    İrəvan Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan “Qarabağ indi əhali baxımından Cənubi Osetiyadan da kiçikdir”deyib.

    Rusiya sülhməramlıları “orduya” çağırışla bağlı münasibət bildirməyiblər.Azərbaycan Xarici İşlər Nazirliyi “Kommersant”ın “orduya” çağırış və Rusiya sülhməramlılarının bu məsələdə hərəkətsizliyi ilə bağlı sualı cavablandırmayıb.

  • В Марнеули трое членов одной семьи отравились газом

    В Марнеульском районе Грузии, где компактно проживают азербайджанцы, в одном из домов обнаружены трупы трех членов одной семьи – отца, матери и несовершеннолетнего ребенка.

    Как сообщает Report, было установлено, что они отравились угарным газом.

    Отмечается, что семья арендовала этот дом.

    По данному факту проводится расследование.

  • Azərbaycana gətirilən altı ton darçının istehlaka yararsız olduğu aşkarlandı

    Vyetnamdan ölkəmizə idxal edilən altı ton darçın məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Qaynarinfo-ya verilən məlumata görə, ölkəmizə idxal edilən altı ton darçın məhsulu partiyasına agentliyin müfəttişləri baxış keçirib.

    Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

    Müayinələr nəticəsində ağır metallar qrupuna aid olan kadmiumun (Cd) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi aşkarlanıb.

    Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

  • İnsanda ilk dəfə quş qripi aşkarlandı

    Rusiyada insanda quş qripinə yoluxma faktı aşkarlanıb.

    Ölkənin cənubundakı bir fermada yeddi nəfərin H5N8 quş qripi testi müsbət çıxıb.

    Rusiya İnsan Sağlamlığı və İstehlakçını Qoruma Qurumu virusun insandan insana keçdiyinə dair bir məlumat olmadığını bildirib:

    “Virus quşlardan insana yoluxa bilər. Növlər arasındakı əngəli keçib. Yoluxmalar ilkin mərhələdə aşkarlanıb. Bununla bağlı məlumatlar Ümumdünya Səhiyyə Təşkilatına göndərilib”. //qafqazinfo

  • Azərbaycanda daha 144 nəfərin koronavirusa yoluxduğu aşkarlandı: İki nəfər öldü – FOTO

    Azərbaycanda son sutkada koronavirusa 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 232 973 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3195 nəfər vəfat edib, aktiv xəstə sayı 2159 nəfərdir.

    Ölkədə son sutka ərzində 8055, hazırkı dövrədək isə 2 543 880 test aparılıb.

  • Шесть тонн ввезенной в Азербайджан корицы признаны непригодными к употреблению

    Сотрудники Агентства продовольственной безопасности Азербайджана (АПБА) осмотрели партию корицы (6 тонн), произведенной в Республике Вьетнам и импортированной в нашу страну.

    Как сообщили в АПБА, в ходе осмотра образцы данной продукции были переданы в соответствующую лабораторию Института продовольственной безопасности.

    В результате проведенных экспертиз было установлено, что удельная доля кадмия (Cd), относящегося к группе тяжелых металлов, не соответствует требованиям действующих технических нормативных актов.

    Агентство наложило запрет на реализацию непригодной для употребления продукции.

    В настоящее время принимаются соответствующие меры в рамках действующего законодательства.

  • Bitkoinin qiyməti 70 min dollara yaxınlaşır

    Bitkoin bahalaşmağa davam edərək daha bir rekord yeniləyib.

    Median.Az report-a istinadən xəbər verir ki, “Binance” birjasında Bakı vaxtı ilə saat 16.18-ə olan vəziyyətə görə bitkoin ötən günə nisbətən 8,11 % bahalaşaraq 56,910 ABŞ dollarından satılıb. Həmçinin “Coin MarketCap” 20-dən artıq birjadakı hərrac nəticələrinə əsasən xəbər verir ki, bitkoin bu gün 8,07 % bahalaşaraq 56,960 ABŞ dollardan satılıb. Bundan bir neçə dəqiqə əvvəl məzənnə 57 min ABŞ dollar həddini aşaraq 57,076 ABŞ dollardan satılırdı.

    Qeyd edək ki, bitkoin məzənnəsi hələ dekabr ayının ortalarında artmağa başlayaraq 2017-ci ildə qeyd etdiyi 20,042 ABŞ dollarlıq tarixi rekordu keçmişdi. Bir qədər fasilədən sonra fevralın 8-də İlon Maska məxsus “Tesla” şirkəti bitkoinə 1,5 milyard ABŞ dolları yatırdığını açıqlayandan sonra məzənnə artımı yenidən davam edərək artıq fevralın 16-da 50 min ABŞ dollarlıq həddi aşıb.

  • Ehtiyatda olan polkovnik: “Ermənilər minaları əsasən pərakəndə formada basdırıblar”

    “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiya 1 mart 1999-cu ildə qüvvəyə minib. Həmin Konvensiyaya 133 dövlət qoşulub. Həmin dövlətlər üzərlərinə piyadalara qarşı minadan istifadə etməyəcəkləri, belə mina hazırlamayacaqları, istehsal etməyəcəkləri, başqa cür əldə etməyəcəkləri, toplamayacaqları, saxlamayacaqları, birbaşa və yanakı surətdə heç kəsə verməyəcəkləri barədə öhdəliklər götürüblər”.

    Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

    O hesab edir ki, bu gün dünyada ikili standartlar var: “Bəzi dövlətlər, o cümlədən ABŞ bu Konvensiyadan çıxıb. Harada müharibə gedirsə, münaqişə varsa bütün tip minalardan istifadə olunur. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə həmin əraziləri minalayıb. Mənfur düşmənlərimiz tərəfindən I Qarabağ müharibəsi zamanında da ərazilərimiz minalanmışdı. Həmin vaxt minalar pərakəndə şəkildə yerləşdirilib”.

    Ehtiyatda olan polkovnik qeyd edib ki, ermənilərin indiyə kimi törətdikləri vəhşiliklər hamıya məlumdur: “Ona görə də onlardan minalanmış ərazilərin xəritələrini əldə etmək mümkünsüz bir şeydir. Onlar belə bir addımı ata biləcək millət və dövlət deyil. Digər tərəfdən də onu deyə bilərəm ki, hələlik Ermənistan bizimlə sülh müqaviləsi bağlamayıb. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Yenə də Ermənistanla müharibə şəraitindəyik. Belə olduğu halda isə onların xəritələri verməsi məsələsi sual altındadır”.

    “Bir hərbçi kimi deyə bilərəm ki, onlar xəritələri versələr belə biz onlara inanmamalıyıq. Biz bilmirik ki, onları hansı mütəxəssislər hazırlayıb və həmin xəritələr nə qədər reallığı əks etdirir. Çünki mina sahələrinin xəritələrinin hazırlanması xüsusi peşəkarlıq tələb edir. Digər tərəfdən də düşünürəm ki, onlarda kimin haralara mina basdırması ilə bağlı məlumat yoxdur. Son dövrlərdə hansısa sahələrə minaların basdırılması ilə bağlı məlumatlar ola bilər. Ancaq onu da qeyd edim ki, bizdə heç kim ermənilərin xəritəsinə inanmaz. Çünki bu məsələ ilk növbədə əhalimizin, dövlət qurumlarımızın təhlükəsizliyi ilə bağlıdır”, – Ş.Ramaldanov qeyd edib.

    Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işləri aparılır: “Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb edilib. Digər tərəfdən də mütəxəssislər hazırlanır. Hesab edirəm ki, əhalimizin, dövlət qurumlarımızın təhlükəsizliyini ancaq özümüz təmin edə bilərik”.

  • Deputatdan Qərbi Azərbaycandakı abidələrlə bağlı ÇAĞIRIŞ: “Dünyanı inandırmalıyıq”

    Ermənistan təkcə Qarabağda deyil, Azərbaycanın tarixi torpaqları olan, hazırda öz ərazisində yerləşən coğrafiyada da vandalizmə imza atıb.

    Qərbi Azərbaycanda bir çox mədəniyyət abidələri dağıdılıb, Azərbaycana məxsus yer adları dəyişdirilib.

    Milli Məclisin tarixçi deputatı Anar İsgəndərov Oxu.Az-a açıqlamasında xatırladıb ki, ikinci Rus-İran müharibəsinə qədər İrəvan və Naxçıvan xanlıqları, Ordubad mahalı müstəqil idilər.

    “1826-1828-ci illərdəki Rus-İran müharibəsi nəticəsində bu ərazilər də Rusiya tərəfinə keçdi və bir ay sonra həmin ərazilərdə erməni vilayəti yaradıldı. Osmanlı və İrandan minlərlə erməni həmin yerlərə köçürüldü”, – deyə A.İsgəndərov bildirib.

    Deputat qeyd edib ki, proses bununla da bitməyib, XIX əsrin 40-cı illərinin sonlarında İrəvan quberniyası yaradılıb.

    “Azərbaycanlı əhalinin bu zamana qədər yaratdıqları isə göz qabağında idi. Əhalinin böyük əksəriyyəti azərbaycanlılar idi, yer adları, çay adları – hər yer türk mənşəli idi”, – deyən millət vəkili əlavə edib ki, ermənilər həmin ərazilərə gəldikdən sonra tarixi Azərbaycan abidələrini, ibadət yerlərimizi məhv etdilər:

    “Hazırda Ermənistan ərazisində, İrəvanın mərkəzindəki Cümə məscidi Azərbaycana məxsus yeganə tarixi abidədir. Amma bir vaxtlar, Qərbi Azərbaycanın bütün kəndlərində məscidlər var idi. Ermənilər hamısını yerlə yeksan etdilər”.

    Professor qeyd edib ki, ermənilər 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyasını həyata keçirdikdən sonra bütün yer adlarını dəyişdirdilər.

    “XX əsrin 80-ci illərinin sonunda isə Ermənistanda etnik təmizləmənin sonuncu mərhələsi oldu. Yerdə qalan tarixi abidələrimizi də məhv etdilər”.

    Millət vəkilinin fikrincə, 44 günlük Vətən müharibəsi də bir daha ermənilərin ədalətli və mədəni xalq olmadığını göstərdi.

    “Dünyanın bütün vəhşilikləri bu xalqın adı ilə bağlıdır. Kim inanmırsa, işğaldan azad edilən ərazilərə getsin, Ermənistanın orada məhv etdiyi abidələrə baxsın. 44 günlük müharibə qələbəmizlə başa çatdı. İndi ikinci mərhələdir və bu etapda Azərbaycan bütün dünyaya erməni vəhşiliyini bəyan etməlidir. Ermənistanın dinc əhaliyə qarşı addımları, abidələrə qarşı həyata keçirdiyi vandalizmə dünyanı inandırmalıyıq. Bu mənada həm Qərbi Azərbaycanda, həm də Qarabağda törətdikləri göz qabağındadır. Azərbaycan dövləti və xalqı 44 günlük müharibə ilə gəlmə olan erməniləri vaxtında tərbiyələndirdi”, – deyə A.İsgəndərov fikrini yekunlaşdırıb.

  • Видеокадры из села Галайчылар Агдамского района – ФОТО/ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Галайчылар Агдамского района.