Month: February 2021

  • Daha bir itkin hərbçimizin şəhid xəbəri gəldi – FOTO

    Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəlib.

    Beş aydır itkin düşən 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçin nəşi Murovdağ istiqamətində tapılıb.

    Şəhidimiz bu gün Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.

    Qeyd edək ki, R.Qulamov evin tək övladı olub və atası bir müddət öncə vəfat edib.

  • Эрдоган: Война в Карабахе и пандемия COVID-19 подчеркнули значимость единства тюркского мира

    Война в Нагорном Карабахе и пандемия COVID-19 в очередной раз подчеркнули значимость единства, солидарности и сплоченности тюркского мира: от обороны до здравоохранения, от сельского хозяйства до энергетики.

    Об этом говорится в послании президента Турции Реджепа Тайипа Эрдогана в адрес участников Форума метеорологов, в котором принимают участие вице-президент Турции Фуат Октай и премьер-министр Азербайджана Али Асадов, передает Haber Global.

    “В период пандемии в странах тюркского мира от коронавируса скончалось немало людей, в числе которых наши друзья. В эти же месяцы мы пережили радость освобождения Нагорного Карабаха от 30-летней оккупации”, – говорится в послании.

    Глава турецкого государства поздравил жителей Азербайджана с исторической победой в 44-дневной войне.

    “Последние процессы вновь доказали, что все мы – часть большой 300 миллионной семьи, которую объединяет единая вера, история и культура. В качестве части этой семьи мы обязаны укреплять эти узы и сотрудничество. Решение о создании Союза метеорологов тюркского мира – значимый шаг в этом направлении”, – отметил президент Турции в послании.

  • Ərdoğan: “Qarabağ müharibəsi və pandemiya türk dünyasının birliyinin əhəmiyyətini göstərdi”

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə prezidentinin köməkçisi Fuat Oktayın iştirakı ilə Türkiyənin paytaxtı Ankarada Türk Dünyası Metrologiya Forumu keçirilib.

    “HaberGlobal” məlumat verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forumunun iştirakçılarına ünvanladığı məktub oxunub.

    “Türk dünyası olaraq ötən müddətdə koronavirus pandemiyasına görə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanların itkisini yaşadıq. Amma bununla belə 30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qovuşmasının sevincini də ürəklərimizdə hiss etdik”, – R.T.Ərdoğanın forum iştirakçılarına ünvanladığı məktubda qeyd olunub.

    Türkiyə prezidenti 44 günlük Vətən müharibəsində əldə edilən qələbəyə görə Azərbaycan xalqını növbəti dəfə təbrik edib:

    “Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbdən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirməli, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik”.

  • Bakı ilə Dubay arasında uçuşlar bərpa olunur – RƏSMİ

    “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edib

    AZAL-dan verilən məlumata görə, uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə – birinci və beşinci günlər yerinə yetiriləcək.

    Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.

    Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.

    Bakı-Dubay istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

    – vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-dubai ;

    – Dubaya gəlməzdən əvvəl “COVID-19 DXB Smart App” tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;

    – koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində). 

    COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: https://www.azal.az/az/information/covid-clinics

    Dubay-Bakı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

    – Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilib: https://www.azal.az/az/information/covid-azerbaijan;

    – koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar. Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhürü, həmçinin QR-kodun əks olunduğu arayışı təqdim etməklə yoxlanılacaq. Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-dubai.

    Hər iki istiqamətdə uçan sərnişinlərin nəzərinə:

    – testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;

    – pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmaq lazımdır: https://youtu.be/-s-0s4o1L2M 

  • Xaçmazda hasarlanmış göl sakinlərin etirazına səbəb oldu – VİDEO

    Xaçmaz rayonunun Sərkərli kəndində yerləşən Sərkərtəpə abidəsi sahibkar tərəfindən hasara alınıb.

    Baku TV xəbər verir ki, tarixi abidəylə yanaşı süni gölün də hasarlanması kənd sakinlərinə təsərrüfat suyu ilə bağlı çətinliklər yaradır. Sakinlər bildirir ki, onlar ərazidən və göldən istifadə etmək istəsələr mütləq icazə almalıdırlar.

    Sahibkarın nümayəndəsi Rauf Qasımzadə Baku TV-yə bildirib ki, onlar ərazini zəbt etməyiblər. Qanuna uyğun şəkildə uzunmüddətli icarəyə götürüblər.

    Qeyd edək ki, Sərkərtəpə abidəsi Tunc dövrünə aiddir. Abidə qorunmadığından aşınaraq baxımsız vəziyyətə düşüb.

    Ətraflı süjeti təqdim edirik:

  • Smart-kart tipli sayğaclara ödəniş etmək olmur? – AÇIQLAMA

    Mənzillərdə yeni qaz sayğaclarının quraşdırılması prosesi aparılır. Lakin sakinlər quraşdırılan sayğaclardan narazılıq edir.

    Oxu.Az-a mövzu ilə əlaqədar Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan sakinlərdən biri müraciət edib.

    Vətəndaş bildirir ki, ötən gün quraşdırılan yeni smart-kart tipli sayğacların kartlarına ödəniş etmək olmur:

    “Yeni sayğac quraşdırıldıqdan sonra kartı aktivləşdirməli olduğumuz bildirildi. Lakin mənimlə bərabər bir neçə vətəndaş da sayğacın kartına pul yükləyə bilmir. “Azəriqaz” İB-dən bizə dedilər ki, sistemdə problem yaranıb və gün ərzində həll olunacaq. Lakin günboyu məsələ öz həllini tapmadı. Bu gün də saat 10 radələrində sayğacın kartına pul yükləmək üçün “MilliÖn” terminallarına yaxınlaşdım. Yenidən eyni problem yaşandı. Dünəndən evdə istilik yoxdur”.

    Məsələ ilə bağlı “Azəriqaz”a sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sistemdə texniki problem olub:

    “Sözügedən problem barədə məlumatımız var. Sistemdə kiçik texniki problem yaranmışdı. Hazırda həmin problem öz həllini tapıb. Vətəndaşlar sayğac kartlarına pul köçürə bilərlər”.

  • Рост цен на межрайонные поездки превысил 50% – ВИДЕО

    Из-за роста цен на топливо водители, осуществляющие межрайонные пассажирские перевозки, подняли стоимость проезда.

    В связи с этим сотрудники Baku TV провели расследование.

    В результате выяснилось, что проезд подорожал более чем на 50%.

    Подробности – в сюжете.

  • Rayonlara gediş-gəlişdə qiymət artımı 50 faizi ötüb – VİDEO

    Yanacağın qiymətinin artması səbəbindən rayonlararası sərnişindaşıma ilə məşğul olan sürücülər qiymətləri qaldırıb.

    Baku TV əməkdaşları qiymət artımı ilə bağlı araşdırma aparıb.

    Araşdırma nəticəsində məlum olub ki, rayonlara gediş-gəlişdə qiymət artımı 50 faizi ötüb.

    Ətraflı süjeti təqdim edirik:

  • Estoniya parlamentindən Xocalı soyqırımının ildönümünə dair BƏYANAT

    Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat qəbul edib.

    Bununla bağlı sənəd Estoniya parlamentinin rəsmi saytında dərc edilib.

    Sənəddə bildirilir ki, Estoniya hökuməti uşaq, qadın və qocalar da daxil olmaqla 600-dən çox mülki şəxsin öldürüldüyü Xocalı qətliamı ilə əlaqədar Azərbaycan xalqının dərdinə şərikdir:

    “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı Azərbaycan xalqına qarşı törədilən bəşəri cinayəti qətiyyətlə pisləyirik. Bu kütləvi qətliamı törədənlər məsuliyyətə cəlb olunmalıdır”.

    Bəyanatda, həmçinin Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağda hərbi fəaliyyətin bitməsi alqışlanıb.

    “Azərbaycan Respublikasının sabit sülh, inteqrasiya və azad edilmiş ərazilərin bərpasına yönəlmiş səylərini dəstəklədiyimizi bildiririk”, – deyə yekunda bildirilib.

  • Qubada iş yoldaşından 2000 manatdan çox pul oğurlayan şəxs saxlanıldı

    11 noyabr 2020-ci il tarixində Quba rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarının birində işləyən S.Davudov Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, iş otağında olan çantasından balansında 2051 manat pul olan plastik kartının naməlum şəraitdə oğurlanması barədə məlumat verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

    Bildirilib ki ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb. Belə ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisənin Siyəzən rayon sakini Pərviz Qubatov tərəfindən törədildiyi müəyyən edilib və hazırda həmin şəxsin Oğuz rayonu ərazisində yerləşən şirkətlərin birində işlədiyi dəqiqləşdirilib.

    Quba və Oğuz RPŞ-nin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat tədbirləri ilə P.Qubatov işlədiyi məntəqədə saxlanılaraq istintaqa təqdim olunub.

    Dindirilmə zamanı o törətdiyi oğruluq əməlini etiraf edərək, kartda olan 2051 manat pulu digər rayonların ərazisində yerləşən bankomatlardan çıxararaq xərclədiyini bildirib.
    Faktla bağlı həmin şəxs barəsində Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.