Month: February 2021

  • Стал известен состав нового правительства Грузии

    Кандидат в премьер-министры Грузии Ираклий Гарибашвили заявил, что в обновленном составе правительства будут всего два новых лица, передает ТАСС.

    На пост главы Минобороны он рекомендовал Джуаншера Бурчуладзе, а в качестве руководителя министерства регионального развития – Ираклия Карселадзе.

    “Сегодня я представил политсовету “Грузинской мечты” обновленный состав правительства. Пост министра обороны займет действующий заместитель главы ведомства Дж. Бурчуладзе, который в различное время работал на высоких должностях”, – отметил Гарибашвили в пятницу на брифинге, который в прямом эфире транслировали местные телеканалы.

    Как заявил кандидат в премьеры, на посту главы министерства регионального развития и инфраструктуры Майю Цкитишвили сменит ее первый зам Ираклий Карселадзе, который занимал должность председателя департамента автомобильных дорог.

  • Şəmkirdə gəlin qayınanasına xəsarət yetirib

    Şəmkir rayonunda 96 yaşlı qadın ailə münaqişəsi zəmnində xəsarət alıb.

    “Report”un məlumatına görə, Şəmkir rayon sakini, 1935-ci il təvəllüdlü F.Vəliyeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Ona ailə münaqişəsi zəmnində gəlini tərəfindən xəsarət yetirildiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bitkoindən növbəti rekord

    Dünyanın ən populyar kriptovalyutası bitkoinin yüksəlişi davam edir.

    “CoinDesk” resursunun məlumatına əsasən, fevralın 19-da 3.22% artım nümayiş etdirən rəqəmsal valyutanın dəyəri 53.262 dollaradək yüksələrək öz qiymət rekordunu təzələyib.

    Tarixi nəticə Bakı vaxtilə 18.54-də qeydə alınıb.

    Ekspertlər kriptovalyutanın yüksəliş trendinin davam edəcəyini bildirirlər.

  • Bu ay restoranlarda monitorinqlər zamanı 592 nöqsan aşkarlanıb

    Bu ilin 01-18 fevral tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində 12476 monitorinq həyata keçirilib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 592 nöqsan aşkar edilib.

    Ən çox aşkar olunmuş nöqsanlar bunlardır:

    – İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 491 (83 %);

    – Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması – 71 (12%);

    Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən 11499 ictimai iaşə müəssisəsində 45254 monitorinq həyata keçirilib və 2699 nöqsan aşkar edilib.

  • Gürcüstanda yeni hökumətin tərkibi açıqlandı

    Gürcüstan Baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili bəyan edib ki, onun hökumətində cəmi iki yeni nazir olacaq.

    Bunlar müdafiə naziri Cuanşer Burçuladze və regional inkişaf naziri İrakli Karseladzedir.

    TASS xəbər verir ki, hökumət başçısı postuna namizəd bu barədə brifinq zamanı məlumat verib.

    Mətbuat konfransı ölkə telekanalları tərəfindən canlı yayımlanıb.

    Qeyd edək ki, hazırda Cuanşer Burçuladze və İrakli Karseladze rəhbər vəzifəyə irəli sürüldükləri qurumlarda nazir müavini vəzifəsini tuturlar.

  • Zabratda avtomobillərin hərəkəti asanlaşdı

    Zabrat qəsəbəsində inşa edilən avtomobil alt keçidi istifadəyə verilib.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata əsasən, Oktyabr küçəsi ilə Musa Bayramov küçəsinin kəsişmələrində tikilən bu keçid eyni vaxtda həm qatarların, həm də avtomobillərin təhlükəsiz hərəkətinə imkan yaradacaq.

    Tikinti işlərinə 2019-cu ilin avqustundan başlanılan Zabrat avtomobil keçidinin eni səkkiz metr, hündürlüyü beş metr, ümumi uzunluğu isə 227 metrdir. Qapalı hissənin uzunluğu 30 metr, açıq hissənin uzunluğu isə 197 metr təşkil edir. Keçiddə iki istinad divarı inşa olunub. 900 metr yeni avtomobil yolu çəkilib. Yağış və qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib, beş ədəd nasos quraşdırılıb.

    Ümumilikdə indiyədək Abşeron Dairəvi dəmir yolu boyunca 12 yerdə avtomobil yolları ilə dəmir yollarının eynisəviyyəli kəsişmələri ləğv edilib. Həmin ərazilərdə avtomobil keçidləri inşa olunub.

  • Bakıda bağçalara uşaq qəbulu dayandırılıb

    Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

    Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı APA-ya təsdiqləyiblər.

    Xatırladaq ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.

  • Azərbaycanda 9 qadın prokuror vəzifəsinə təyin edilib

    “Aparılan kadr islahatları nəticəsində 9 qadın prokurorluq əməkdaşı vəzifədə irəli çəkilib”.

    Median.Az “report”a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində deyib.

    Bildirib ki, onlardan 2-si Baş Prokurorluğun idarə və şöbə rəisləri, 3-ü idarə rəislərinin müavinləri, müasir prokurorluğun tarixində ilk dəfə 2-si rayon prokuroru, 1-i rayon prokurorunun müavini, 1-i isə şəhər prokurorunun böyük köməkçisi vəzifələrinə təyin edilib.

  • Vətəndaşlarımız ötən ay ən çox hansı ölkələrə gedib?

    Bu ilin yanvar ayında 27,8 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib.

    2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən vətəndaşlarımızın sayı 15,6 dəfə azalıb.

    Ölkə vətəndaşlarının 48,1 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 10,4 faizi Gürcüstana, 8,7 faizi İrana, 18 faizi digər ölkələrə səfər edib.

    Gedənlərin 77,2 faizini kişilər, 22,8 faizini qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni ayı ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 68,1 dəfə, Gürcüstana gedənlərin sayı 45,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 17,8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,2 dəfə azalıb.

    2021-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 60,7 faizi hava, 8,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da davam edib.

  • “Azərsu”nun idarə rəisi çirkab sulara görə cərimələndi

    Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindəki çirkab suların boru vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

    Bu barədə Oxu.Az-a Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

    “Araşdırma zamanı Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələri ərazisindəki fərdi yaşayış evlərinin çoxunda şambo quyularının olmaması səbəbindən evlərdə formalaşan çirkab suların mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi, birbaşa Zabrat gölünə və oradan da Pirşağı qəsəbəsi ərazisindəki boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən olunub”, – deyə H.Əlizadə qeyd edib.

    Xidmət rəisi əlavə edib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 2,2, sintetik səthi aktiv maddələrin isə 2,6 dəfə normadan artıq olduğu müəyyən olunub. Suyun tərkibində istehsalat mənşəli çirkləndiricilər aşkar edilməyib.

    H.Əlizadənin sözlərinə görə bununla bağlı dəfələrlə müvafiq qurumlara və “Azərsu” ASC-yə edilən xəbərdarlıqlara baxmayaraq işlər sürətlənməyib və heç bir dəyişiklik olmayıb.

    “Faktla bağlı akt, protokol tərtib edilib və “Azərsu” ASC-nin Bağlar su-kanal idarəsinin rəisi Fərmayil Vəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub”.

    H.Əlizadə bildirib ki, Pirşağı qəsəbəsində formalaşan tullantı sularının dənizə axıdılmasının qarşısını almaq məqsədilə qəsəbə yaxınlığında inşa edilən gücü 60 min m3/sutka olan Pirşağı Çirkab Sutəmizləyici qurğularına yönəldilməsi üçün “Azərsu” ASC-yə məktub ünvanlanıb.