Month: February 2021

  • Bakıda yolun ortasına beton qarışığının tökülməsi tıxac yaratdı

    Heydər Əliyev prospekti şəhər mərkəzi kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. O bildirib ki, sıxlıq səbəbindən metronun “İçəri şəhər”, “28 May”, “Gənclik” və “N.Nərimanov” stansiyaları istiqamətində ekspress və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb:

    “Bu, artıq bu gün eyni yolda avtomobillərin hərəkətində qeydə alınan ikinci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda beton qarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir”.

  • Vaqif Əsədovdan Bakıdakı taksilərlə bağlı AÇIQLAMA

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov paytaxtda nəqliyyatın hərəkəti zamanı yaranan sıxlığın səbəbləri və bundan çıxış yolları ilə bağlı məsələyə münasibət bildirib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən polis polkovniki Vaqif Əsədov qeyd edib ki, Bakıda süni sıxlıq və tıxacların yaranmasına səbəblərdən biri də dayanma-durma üçün kifayət qədər yerlərin ayrılmamasıdır: “Düzdür, bununla bağlı işlər gedir. Amma dayanma-durma üçün yerlərin müəyyən edilməsi prosesi nə qədər tez olsa, problem də o qədər tez həll olunar.

    Bundan başqa, Bakının inzibati ərazisi üçün taksilərin müəyyən edilmiş sayı var. Lakin reydlər zamanı müəyyən edirik ki, Bakıda taksilərin sayı həddən artıq çoxdur. Sürücülər isə bu işə çörək pulu üçün çıxdıqlarını deyirlər. Mən demirəm ki, həddən çox sürücüyə icazə verilib. Biz reydlərdə hər gün icazəsiz fəaliyyət göstərən 20-30 taksi aşkar edirik. Bakıda taksilərin sayının çox olması sıxlıq yaradır, taksi sürücüləri dayanma-durma qaydalarını pozurlar, harada gəldi avtomobili saxlayıb müştəri götürürlər, ya da müştəri düşürürlər. Bu da nəqliyyatın hərəkətində sıxlığa səbəb olur və nəticədə tıxac yaradır.

    Bakı şəhəri üçün taksilərin sayı konkret olaraq inzibati əraziyə görə müəyyən olunan saya uyğun olmalıdır”.

    Vaqif Əsədov qeyd edib ki, hazırda Bakıda metronun fəaliyyətini dayandırması da yerüstü nəqliyyatın yükünü artırır: “Bu gün yuxarı sinif şagirdləri və tələbələr hələ ki dərslərə distant formada davam edirlər. Onlar da əyani tədrisə keçəndə, Bakıda nəqliyyatın hərəkətində gərginlik artacaq. Metro bağlı qaldığı üçün bütün yük ictimai nəqliyyatın üstünə düşün. Eyni zamanda sərnişindaşımada da gərginlik yaranır. Bu səbəbdən insanlar şəxsi maşınlardan istifadəyə üstünlük verirlər. Nəticədə yerüstü hərəkətdə sıxlıq və tıxac yaranır. Nəzərə alsaq ki, daha öncə şəxsi avtomobili olanlar da ictimai nəqliyyatdan, metrodan istifadə edirdi”.

    Polkovnik bildirib ki, Bakıda hər 8 nəfərdən birinin avtomobili var: “Ölkədə olan 1,4 milyon avtomobildən 600 mindən çoxu Bakıdadır. Elə bu rəqəmdən bilmək olur ki, paytaxtda hərəkətlə bağlı gərginlik nə səviyyədədir. Bu gün yol polisi xidmət aparmasa, vəziyyət lap pis olar. Yol polisi olmadan hərəkəti tənzimləyə bilmirik. Hər sürücü özünün haqlı olduğunu sübut etməyə çalışır”.

    Qeyd edək ki, Bakıda dayanma-durma yerlərinin müəyyən edilməsi və taksilərə fərqlənmə nişanı verməklə fəaliyyətlərinə icazə verilməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir.

  • Əli Əsədov Ankarada erməni vandalizmindən DANIŞDI

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyənin paytaxtı Ankarada Türk Dünyası Metrologiya Forumunda çıxış edib.

    Bu barədə “TRT Avaz” məlumat yayıb.

    Forumda iki qardaş ölkənin hökumət nümayəndələri, iş adamları, şirkət rəhbərləri, biznes və ticarət sahələrini təmsil edən tanınmış şəxslər, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan nümayəndələr iştirak ediblər.

    Əsədov çıxışında Türkiyənin iqlim dəyişikliyi ilə mübarizə səylərini yüksək qiymətləndirib:

    “Türkiyənin qlobal istiləşməyə fayda verəcəyinə inanırıq. Türkdilli ölkələrin birliyi və qardaşlığı həm ölkələrimiz, həm xalqlarımız, həm də bölgə üçün əhəmiyyətli faktordur”.

    Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, köməkçisi Fuad Oktaya və Türkiyə xalqına Dağlıq Qarabağda Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən 44 günlük müharibədə ölkəmizə göstərdikləri mənəvi dəstəyə görə təşəkkür ünvanlayıb:

    “Müharibənin ilk saatlarından etibarən Türkiyənin dəstəyini hiss etdik. Türkiyə bütün səviyyələrdə Ermənistanın təxribatlarını qınadı və Azərbaycanın tək olmadığını elan etdi”.

    Əsədov Ermənistanın 30 illik işğal dövründə ətraf mühitə vurduğu ziyandan da danışıb:

    “Xain düşmən 30 illik işğal dövründə Azərbaycan ərazilərində ekoloji terror həyata keçirib. Təəssüf ki, qədim tarixə, orijinal maddi və mədəni irsə, misilsiz bitki və heyvanlara, zəngin mədənlərə sahib olan Qarabağ vəhşicəsinə istismar olunub. Bölgənin meşə ərazisi qəsdən yox edilib, məhsuldar torpaqlar və su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qalıb. Torpaqlarımızda uzun illər qanunsuz məskunlaşan düşmən bu əraziləri tərk edəndə ağaclarımızı kəsib və meşələrimizi məhv edib”.

    İşğaldan azad edilmiş bölgələrin ekoloji bərpası üçün hərtərəfli tədbirlərin görüləcəyinə diqqət çəkən Əsədov bildirib ki, bu torpaqlar “yaşıl enerji” bölgəsinə çevriləcək:

    “Köçkünlər “Böyük qayıdış” planı çərçivəsində öz ata yurdlarına qayıdacaqlar”.

    Əsədov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramına təmiz ətraf mühit və “yaşıl inkişaf” prinsiplərinin daxil edilməsi təsadüf deyil.

    O deyib ki, pandemiyaya görə sərhədlərin bağlı olduğu bir zamanda türkdilli dövlətlərin belə bir toplantı keçirməsi simvolik əhəmiyyət kəsb edir.

    Nazir forumda iştirak edən dövlətlərlə fərqli sahələrdə faydalı əməkdaşlığın həyata keçirilməsindən və bu əlaqələrin bölgənin geosiyasi mənzərəsində müsbət dəyişikliyin yaranmasına təsir edəcəyindən bəhs edib:

    “Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərinə töhfə olaraq 2030-cu ilədək istilik effektinə səbəb olan qazların emissiyasını 35 faiz azaltmağı hədəfləyib”.

    Baş nazir bildirib ki, hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan biznesmenlər arasında liderdir.

    Türkiyənin “Gələcəyə Nəfəs” kampaniyası çərçivəsində Azərbaycanda ağacəkmə fəaliyyətini xoş təəssüratlarla xatırladığını qeyd edən Əsədov deyib ki, bu hadisənin iqlim dəyişikliyi ilə mübarizədə böyük rol oynayacağına inanır.

  • Şənbə gününün havası açıqlandı

    Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Yaşı 16-dan aşağı olanlar metal tullantılarını təhvil verə bilməyəcək – QƏRAR

    “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər” təsdiq edilib.

    Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb. 

    Bu qaydalar hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi məsələlərini tənzimləyir.

    Azərbaycan Respublikasının ərazisində metal tullantılarının qəbulunu yalnız dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirir. Belə obyektlər metal tullantılarının qəbulu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinənin keçirilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə ziyan vurmadan saxlanılması üçün müəyyən şəraitə malik olmalıdır.

    Belə ki, metal tullantıları yaşı 16-dan yuxarı olan fiziki şəxslərdən, habelə hüquqi şəxslərdən qəbul olunur. Fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan metal tullantılarının qəbul edilməsinə yol verilməyəcək.

    Bildirilir ki, fiziki və hüquqi şəxslərdən yalnız əldə edilmə mənbəyi məlum olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”ə uyğun metal tullantıları qəbul olunacaq.

  • Председатель Верховного суда Азербайджана подвел итоги 2020 года

    В прошлом году Верховный суд (ВС) Азербайджана рассмотрел меньше дел, чем в 2019-м.

    Об этом заявил председатель ВС Рамиз Рзаев.

    По его словам, в Гражданской коллегии количество рассмотренных дел сократилось на 34,6%, Коммерческой – на 47,4%, Административной – 29,5% и в Уголовной – на 41%.

    “В целом количество дел, поступивших в Верховный суд, сократилось на 29,9%. Если в 2019 году Пленум рассмотрел 21 дело, то в прошлом – всего 16”, – сказал Р. Рзаев.

    Он также отметил уменьшение количества обращений в Верховный суд.

    “Все это связано с продолжающейся в Азербайджане пандемией”, – добавил председатель ВС.

  • Ali Məhkəmənin sədri icraatda olan məsələlərdən DANIŞDI

    “2020-ci ildə Ali Məhkəmənin icraatında 2019-cu ilə nisbətən az iş olub”.

    Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən iclasda bildirilib.

    O bildirib ki, bu səbəbdən baxılmış işlər – Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb:

    “Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 29,9 faiz azalıb.
    Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb”.

    R.Rzayev qeyd edib ki, Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunub:
    “Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilib”.

  • Обнародована последняя статистика по COVID-19 в Азербайджане – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 193 новых случая инфицирования коронавирусом, 201 человек вылечился и был выписан домой.

    Об этом 19 февраля сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще три пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 232 829 человек, 3 193 из них скончались, 227 472 – вылечились, 2 164 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 535 825 тестов на COVID-19 (за последние 24 часа – 7 215).

  • Azərbaycanda daha üç nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycanda son sutkada koronavirusa 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 232 829 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 227 472 nəfər müalicə olunaraq sağalıb, 3193 nəfər vəfat edib, aktiv xəstə sayı 2164 nəfərdir.

    Ölkədə son sutka ərzində 7 215, hazırkı dövrədək isə 2 535 825 test aparılıb.

  • Найдено тело еще одного пропавшего без вести военнослужащего – ФОТО

    Тело военнослужащего Раджаба Гуламова (1996 г.р.), пропавшего без вести пять месяцев назад в ходе Отечественной войны, найдено в направлении Муровдага.

    Он будет похоронен сегодня в Сумгайыте на Аллее шехидов.

    Отметим, что Р. Гуламов был единственным ребенком в семье, его отец недавно скончался.