Month: February 2021

  • Daha 10 qazi Türkiyəyə müalicəyə göndərildi – VİDEO

    Dağlıq Qarabağda ağır yaralanan Azərbaycanlı 10 qazi “YAŞAT” Fondu tərəfindən bu gün Türkiyəyə göndərilib.

    Median.Az xəbər verir ki, ölkədəki həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

    “YAŞAT” Fondu daha əvvəl də üç qazini müalicə üçün Türkiyəyə göndərmişdi.

  • Apple хочет начать разработку 6G

    Компания Apple начала поиск сотрудников для работы над созданием сетей связи шестого поколения (6G).

    Об этом сообщило в четверг агентство Bloomberg со ссылкой на вакансию компании на должность “инженера-исследователя беспроводных систем 5G/6G”, передает Median.Az со ссылкой на ТАСС.

    Будущим сотрудникам Apple предлагается “исследовать и разрабатывать системы беспроводной связи нового поколения (6G)”, а также “участвовать в отраслевых и академических форумах, посвященных технологиям 6G”. Как передает агентство, группа исследователей будет заниматься созданием новой сети “в течение следующего десятилетия”.

    По данным Bloomberg, специалисты прогнозируют запуск беспроводных сетей связи 6G в районе 2030 года.

    Компания Apple была основана в 1976 году. Она является одной из крупнейших в мире. Ее рыночная капитализация составляет более $2 трлн.

  • Али Асадов встретился с Мустафой Шентопом – ФОТО

    Премьер-министр Азербайджана Али Асадов в рамках визита в Турцию встретился с председателем Великого национального собрания этой страны Мустафой Шентопом.

    Как передает Median.Az, об этом сообщили в пресс-службе Кабинета министров Азербайджана.

  • Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib

    Naxçıvan Muxtar Respublikasında Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib.

    Median.Az xəbər verir ki, açılışda NMR Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

    Bildirilib ki, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə tikinti işləri Fransanın “MND” şirkətinin layihəsi əsasında aparılıb. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılıb, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılıb ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq var ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.

    Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir. Mərkəzdə 25 yeni iş yeri yaradılıb.

    Təqdimatdan sonra V. Talıbov, oğlu Seymur Talıbov və NMR-nın digər rəsmi şəxsləri kanatda gəziblər.//oxu24.com

  • Deputat Emin Hacıyev YAP Sumqayıt şəhər təşkilatının könüllüləri ötən gün şəhid ailələrini ziyarət edib – FOTO

    Deputat Emin Hacıyevin təşkilatçılığı ilə YAP Sumqayıt şəhər təşkilatının könüllüləri ötən gün şəhid ailələrini ziyarət edib.

    YAP Sumqayıt şəhər təşkilatının könüllüləri Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində 43 saylı Sumqayıt şəhər 3-cü seçki dairəsinindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ailə üzvlərinə baş çəkib, sovqatları çatdırblar.

    Deputat Emin Hacıyev “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində sovqatların şəhid ailə üzvlərinə çatdırılmasında köməklik göstəriklərinə görə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynova, könüllürlərə və layihənin həyata keçirilməsində xidməti olan hər kəsə dərin minnətdarlığını bildirib.

  • Мир столкнулся с угрозой нового глобального кризиса

    Мир столкнулся с угрозой нового глобального нефтяного кризиса из-за морозов, ударивших по американскому штату Техас. В результате непогоды производство нефти в США сократилось на 4 миллиона баррелей в день, или примерно на 40 процентов.

    Как передает Median.Az со ссылкой на Lenta.ru, об этом пишет Bloomberg со ссылкой на аналитиков и трейдеров.

    “Мир недооценивает, какого объема нефти лишился рынок из-за плохой погоды в Техасе”, – заявил соруководитель по нефтяному трейдингу Trafigura Group Бен Лакок (Ben Luckock). Если сначала трейдеры считали, что сокращение добычи сырья в США не продлится дольше двух-трех дней, то теперь они находят маловероятным восстановление производства до выходных. Полное восстановление добычи и вовсе может занять несколько недель.

    По Техасу в феврале 2021 года ударили самые сильные более чем за 30 лет морозы. Это привело не только к снижению добычи нефти, но и к энергетическому и транспортному коллапсу. Миллионы граждан остались без электричества и отопления.

    Цена на нефть марки Brent 18 февраля поднялась выше 65 долларов за баррель, что стало самым большим показателем более чем за год. Глава “Газпром нефти” Александр Дюков заявил о перегреве на нефтяном рынке. По его оценке, в долгосрочной перспективе сырье будет стоить 45 долларов за баррель. Зампред правительства Александр Новак полагает, что в 2021 году нефть будет стоить от 45 до 60 долларов за баррель.

  • Əli Əsədovdan Naxçıvan dəhlizi ilə bağlı AÇIQLAMA

    “Yeni tikiləcək Naxçıvan dəhlizi Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan İş Forumunda çıxış edərkən deyib.

    Baş nazir qeyd edib ki, yeni tikiləcək Naxçıvan dəhlizi eyni zamanda, ölkələr arasında turizm əlaqələrinin inkişafına da ciddi təkan verəcək.

  • Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazandı

    Azərbaycan cüdoçusu Davud Məmmədsoy İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

    Median.Az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Məmmədsoy finalda gürcüstanlı Temuri Nozadzeni ipponla məğlub edib.

  • Tərtərdə mülki şəxs minaya düşərək həlak oldu

    İşğaldan azad edilmiş ərazilərdə daha bir mülki vətəndaş minaya düşüb.

    Median.Az xəbər verir ki, hadisə bu gün Tərtərin Suqovuşan kəndində baş verib.

    Hadisə nəticəsində Laçın rayonundan keçmiş məcburi köçkün olan, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu həlak olub.

    Faktla bağlı araşdırma aparılır. //qafqazinfo

  • Bill Qeyts: “Trampın sosial şəbəkə hesabları açılmalıdır”

    “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts bəyan edib ki, ABŞ-ın eks-prezidenti Donald Trampın sosial şəbəkə hesabları açılmalı, ona şəbəkələrdə paylaşım etmək üçün şərait yaradılmalıdır.

    Bu barədə Qeyts CNBC telekanalına masahibəsi zamanı danışıb.

    “Trampın sosial şəbəkə hesabları açılmalıdır. Düşünürəm ki, ona geri qayıtmağa izacə verilməlidir. Qəribədir ki, heç bir dəlil gətirmədən seçkilərin oğurlandığı barədə bəyanat verilir. Bu çox destruktiv haldır”, – deyə milyonçu keçmiş prezidentin sosial şəbəkələrdən istifadəsi mövzusunu şərh edərkən bildirib.

    Xatırladaq ki, yanvarın 6-da Konqres binasına hücumdan sonra Trampın “Twitter”, ardınca da “Facebook” və “Instagram” hesabları bloklanıb.