Month: February 2021

  • Конгрессмен США выступил с заявлением в связи с Ходжалинской резней

    Один из влиятельных членов Конгресса США, сопредседатель рабочей группы по Азербайджану Роберт Адерхолт выступил с заявлением в связи с годовщиной Ходжалинской резни, сообщает АЗЕРТАДЖ.

    В нем он призывает почтить память сотен азербайджанцев, убитых в Ходжалы в 1992 году. Подчеркивается, что с начала вооруженного конфликта между Арменией и Азербайджаном ночь с 25 на 26 февраля 1992 года стала худшим днем, когда были уничтожены семьи и разрушен город.

    Доводится до внимания, что после боев между Арменией и Азербайджаном в прошлом году появилась надежда на устранение препятствий миру, которые были в течение последних 30 лет. Сообщается, что долгосрочный мир, безопасность и региональное сотрудничество отвечают интересам региона и всего мира.

    В заявлении отмечается, что США и Азербайджан установили дипломатические отношения в 1992-м – в год, когда произошла Ходжалинская трагедия. С тех пор Азербайджан является основным партнером в борьбе с терроризмом, две страны имеют торговые и инвестиционные связи.

  • ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

    ABŞ Konqresinin nüfuzlu üzvlərindən olan, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Robert Aderholt (Respublikaçı – Alabama) Xocalı qətliamının ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

    AZƏRTAC xəbər verir ki, bəyanatda 1992-ci ildə Xocalıda qətlə yetirilmiş yüzlərlə azərbaycanlının xatirəsinin yad edilməsinə çağırılır. Ermənistanla Azərbaycan arasında silahlı münaqişə başlanandan etibarən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin yüzlərlə insanın həlak olduğu, ailələrin məhv edildiyi və şəhərin dağıldığı ən pis gün olduğu vurğulanır.

    Ötən il Ermənistanla Azərbaycan arasında döyüşlərdən sonra son 30 il ərzində sülhün qarşısında mövcud olan maneələrin aradan qaldırılması üçün ümid yarandığı diqqətə çatdırılır. Uzunmüddətli sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bütün Cənubi Qafqaz bölgəsi və dünyanın marağında olduğu bildirilir.

    Bəyanatda ABŞ və Azərbaycanın 1992-ci ildə – Xocalı faciəsinin baş verdiyi ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

    Həmçinin bu faciənin ildönümünün qətlə yetirilmiş kişi, qadın və uşaqların xatırlanması, habelə belə amansızlıqların yenidən baş verməməsi baxımından birgə işləmək üçün uyğun zaman olduğu diqqətə çatdırılır.

    Qeyd edək ki, 1997-ci ildən ABŞ Konqresinin üzvü olan Robert Aderholt ABŞ-ın xaricə yardımı üzrə ixtisaslaşmış olduqca nüfuzlu Təxsisatlar Komitəsinin üzvü, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) komissarıdır.

  • Əli Əsədovdan sərəncam: 10 alt işçi qrupu yaradıldı

    Nazirlər Kabineti “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaradıb.

    Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda Nazirlər Kabinetinin sərəncamını imzalayıb.

    Sənədə əsasən “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib.

  • İlham Əliyevdən Fikrət Sadıxovla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

  • Объявлена последняя мировая статистика по коронавирусу

    По данным на утро 27 февраля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 113 991 689.

    Суточный прирост составил 441 487.

    За весь период пандемии скончался 2 529 421 человек, выздоровели – 89 544 725.

    Больше всего инфицированных в США – 29 136 912. На 2-м месте – Индия (11 079 979), 3-м – Бразилия (10 457 794). В первую пятерку также входят Россия (4 223 186) и Великобритания (4 163 085).

    По числу жертв инфекции и выздоровевших лидируют Соединенные Штаты – 523 082 и 19 534 068 соответственно.

    Турция (2 683 971 заболевший) занимает 9-е место, Иран (1 615 184) – 15-е.

    В Армении COVID-19 заболели 171 510 человек, в Грузии – 270 137.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России – 85 304 летальных исхода.

    На сегодня в Азербайджане подтверждены 233 989 случаев инфицирования коронавирусом, 228 479 человек вылечились, 3 213 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 113 991 689 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 529 421 xəstə ölüb, 89 544 725 nəfər sağalıb.

    Avropada 33 887 575, Şimali Amerikada 33 424 479, Asiyada 24 868 798, Cənubi Amerikada 17 851 643, Afrikada isə 3 907 368 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (29 136 912 nəfər), Hindistan (11 079 979 nəfər), Braziliya (10 457 794), Rusiya (4 223 186 nəfər) və Böyük Britaniyadır (4 163 085 nəfər).

    Türkiyədə 2 683 971, İranda 1 615 184, Gürcüstanda 270 137, Ermənistanda isə 171 510 nəfərdə koronavirus müəyyən edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (85 304 nəfər), İranda (59 899 nəfər) və Türkiyədədir (28 432 nəfər).

    Azərbaycanda koronavirusa yoluxan 233 989 nəfərin 3 213-ü ölüb, 228 479-u sağalıb.

  • Найдено тело азербайджанского полковник-лейтенанта, пропавшего без вести в ходе Отечественной войны

    Найдено тело полковник-лейтенанта азербайджанской армии Яшара Садыгова, пропавшего без вести в ходе Отечественной войны.

    Об этом Qafqazinfo сообщили родные погибшего.

    Тело 46-летнего офицера было обнаружено в направлении Муровдага, на Омарском перевале. Сегодня шехид будет похоронен в родном селе Бала Бахманлы Физулинского района.

    Отметим, что Я.Садыгов (1975 г.р.) был одним из двух полковник-лейтенантов, пропавших без вести во второй Карабахской войне.

    У него остались жена и двое детей, обучающихся в вузах.

  • İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi

    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

    Bu barədə “Qafqazinfo”ya şəhid zabitimizin yaxınları məlumat verib.

    46 yaşlı zabitin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

    Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

  • “Google Play”də fırıldaqçı tətbiq aşkar edilib

    “Kaspersky” Laboratoriyası “Google Play”də rəqəmsal bonus kartı adı altında istifadəçilərdən pul çəkən saxta tətbiq aşkar etdiyini bəyan edib.

    “RİA Novosti” xəbər verir ki, fevral ayında “Kaspersky Lab” mütəxəssisləri populyar mesencerlərin birindən cəlbedici aksiya barədə saxta mesaj alıblar. “Mesajda tətbiq şəklində olan saxta bonus kartının endirilməsi üçün link yerləşdirilib. Bunus kartından istifadə üçün isə ödənişli abunəliyə qoşulmaq lazım olub. Bu yolla istifadəçilər aldadılıb və onlardan fırıldaq yolu ilə pul qoparılıb”, – deyə veb təhlükəsizlik şirkətindən bildirilib.

    Qeyd olunub ki, troyan 20-dən çox fərqli proqram və marka adı altında gizlənərək çoxsayda şəxsi aldadıb.

  • Amazon meşələri “Facebook” vasitəsilə satılır

    Amazonun tropik meşə sahələri qeyri-qanuni şəkildə “Facebook” üzərindən satışa çıxarılıb.

    Bu barədə “BBC news” məlumat verib.

    Məlumata görə, satışa çıxarılan bəzi sahələr min futbol meydançası ölçüsündədir. Ərazisində meşələr və çaylar olan bu sahələr əslində yerli xalqlara məxsusdur.

    İstənilən şəxs “meşə”, “cəngəllik” kimi açar sözlərin köməyilə, yaxud da yerləşmə ərazisi olaraq Amazon meşələrini göstərməklə “Facebook Marketplace”dəki həmin elanları gözləri ilə görə bilər.

    Qeyd edək ki, məsələyə “Facebook” şirkəti də münasibət bildirib. Sosial şəbəkə rəsmiləri elanların qeyri-qanuni olduğunu müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bəyan ediblər.