4-7 mart tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək “Matteo Pellikoni” adlı reytinq yarışında Azərbaycanın iki güləşçisi iştirak edəcək.
Bunlar dağıstanlı Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov (97 kq) və ukraynalı Olimpiya mükafatçımız, dünya və Avropa çempionumuz Mariya Stadnikdir (50 kq).
Qeyd edək ki, Olimpiadaya lisenziyanı təmin etmiş Şərif Şərifov bugündən start götürən Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq turnirdə də iştirak etməliydi. Lakin sonradan təcrübəli idmançının Romaya aparılması qərara alınıb.
Onu da bildirək ki, ilin sonunda güləşçilərin reytinqi açıqlanır. Hər çəki dərəcəsinin lideri 10 min, ikinci yerin sahibi 7 min, ilk “üçlüy”ü tamamlayan güləşçi isə 3 min dollarla mükafatlandırılacaq.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov tutduğu vəzifədən azad edilib.
Bu barədə Rupor.az saytı məlumat yayıb.
Qeyd edək ki, Elxan İbrahimov 2020-ci ilin iyulunda sözügedən vəzifədən ehtiyata buraxılan general-mayor Natiq Əliyevin vəzifələrini icra edirdi. O, daha öncə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsində çalışıb. Polkovnik daha sonra xidmətini davam etdirmək üçün müdafiə nazirinin sərəncamına göndərilib.
Onu da əlavə edək ki, Elxan İbrahimovun müdafiə naziri Zakir Həsənovun yaxın qohumu olduğu bildirilir.
“Caliber” layihəsi öz “Youtube” səhifəsində Xocalı faciəsi və onun səbəbkarlarına həsr olunmuş süjet yerləşədirib.
Süjetin müəllifləri soyqırımın istər ideoloji, istərsə də taktiki-texniki cəhətdən əvvəlcədən hazırlandığını bildirir və bu faktı onu törədənlərin dili ilə sübut edirlər.
“Erməni faşizminin ideoloqlarından biri Zori Balayan hələ Xocalı faciəsindən 10 il öncə “Ocaq” əsərini çap etdirib. Burada o, ermənilərin digər xalqlardan üstünlüyünü bəyan edərək, azərbaycanlıları “vəhşi köçəri tayfalar” adlandırıb və cəmiyyəti türklərə qarşı intiqama səsləyib. General-mayor Arkadi Ter-Tadevosyan bildirib ki, Xocalını yer üzündən silmək üçün nəzərdə tutulmuş əməliyyatın hazırlığı 3 həftə ərzində aparılıb. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan isə açıq şəkildə Xocalı faciəsinin məqsədini izah edib. O, britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində bildirib ki, Xocalıyadək azərbaycanlılar ermənilərin dinc sakinlərə əl qaldırmayacaqlarını düşünürdülər. Lakin bu əməliyyat nəticəsində sözügedən steriotip dağıdılıb. Sarkisyanın sələfi Robert Koçaryan da eyni faşist ideyaları təbliğ edib və azərbaycanlılarla ermənilərin etnik cəhətdən uyğunsuz olduqlarını, bu səbəbdən də birgə yaşayışlarının mümkünsüzlüyünü bəyan edib”, -deyə sujetdə bildirilir.
Videoda həmçinin Xocalı soyqırımını törədənlərin böyük bir qisminin həm birinci, həm də ikinci Qarabağ müharibələri zamanı cəzalandırıldığı da vurğulanır. Sağ qalan Sarqsyan, Koçaryan, Qriqoryan kimi hərbi cinayətkarların isə erməni cəmiyyətində anti-qəhrəmanlara çevrildiyi bildirilir.
Sonda süjet müəllifləri müharibənin bitdiyini və Azərbaycanın qələbə qazandığını, lakin hərbi cinayətlərin heç vaxt unudulmayacağını, Ermənistan üçün daimi xəcalət və şərəfsizlik damğası olacağını bildirirlər.
“Report” xəbər verir ki, “Rahat” supermarketlər şəbəkəsinin rəhbərliyi və digər əməkdaşları bununla əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül dəstələri qoyulub.
Президент Армении Армен Саркисян сегодня посетил Генштаб ВС страны, сообщает Report со ссылкой на армянские СМИ.
По информации пресс-службы президента Армении, в эти минуты Саркисян встречается с начальником Генштаба Оником Гаспаряном.
Ранее в пятницу Армен Сарксиян провел встречи со спикером парламента Араратом Мирзояном, главами парламентских фракций, главой оппозиционного “Движения по спасению Родины” Вазгеном Манукяном и его соратниками Артуром Ванецяном и Ваграмом Багдасаряном.
Ранее Генштаб потребовал отставки премьер Никола Пашиняна после того, как тот уволил первого замначальника генерал-лейтенанта Тирана Хачатряна. Премьер в ответ обвинил военных в попытке переворота и созвал сторонников на площадь Республики. Позже в ходе митинга он заявил, что подписал ходатайство об увольнении Гаспаряна, призвав президента подписать его. Прошение до сих пор еще не подписано.
Ermənistan prezidenti Armen Sarksyan ölkənin Müdafi Nazirliyinin Baş Qərargahna gəlib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.
Bundan əvvəl prezident parlament sədri Ararat Mirzoyanla, parlament qruplarının rəhbərlərilə, həmçinin müxalifətdəki “Vətənin qurtuluş hərəkatı”nın rəhbəri Vazgen Manukyanla, onun həmkarları Artur Vanetsyan və Vahram Bağdasaryanla da görüşüb.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanı vəzifədən azad etmişdi. T.Xaçatryan da baş nazirin istefasını tələb etmişdi. N.Paşinyan da bu tələbi çevriliş cəhdi olaraq qəbul edərək öz tərəfdarlarını Respublika meydanına toplaşmağa çağırıb.
Xocalı soyqırımının 29-cu ildönümü Şuşa şəhərində qeyd olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, ermənilər tərəfindən qətlə yetirilən Xocalı sakinlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, Şuşa şəhəri ötən il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Xatırladaq ki, bu gün – fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Oğuz rayonunda suqızdırıcının partlaması nəticəsində 28 yaşlı qadın xəsarət alıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kərimli kəndində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü Püstəxanım İsrayıl qızı Zakirova evdə olan suqızdırıcının partlaması nəticəsində üz nahiyəsindən ağır xəsarətlər alıb.
Yanıq xəsarətləri alan qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Estoniya Respublikasının Lyaene-Virumaa (Laane-Viru) inzibati ərazi vahidində yüksək patogen “quş qripi” xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Lyaene-Virumaa inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub..
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, hadisə paytaxtın Z.Bünyadov prospektində 20 yanvar dairəsi istiqamətində baş verib.
Belə ki, Çermet körpüsündən aşağıda istiqamətdə baş vermiş yol-nəqliyyat hadisəsi Olimpiya stadionunun yanından başlayaraq həmin yerədək sıxlığın yaranmasına səbəb olur.