Month: March 2021

  • Bakıda bu evlərin qiyməti bahalaşacaq

    Yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı ehtimalı böyükdür.

    Median.Az bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

    N.İbrahimov bildirib ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

    Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunacaq. O qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır.

    

  • “Apple” şirkəti “Samsung”a cərimə ödəyəcək

    ABŞ-ın “Apple” şirkəti “OLED” panellərin tədarükünə dair müqavilənin pozulmasına görə Cənubi Koreyanın “Samsung” korporasiyasına cərimə ödəyəcək. Bu barədə Cənubi Koreyanın “The Korea Herald” nəşri məlumat yayıb.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, sahə üzrə anonim icmalçıların nəşrə müsahibədə bildirdiyinə görə, “Apple” şirkəti smartfonlar üçün tədarük edilən “OLED” panellərin alınmamasına görə “Samsung Display” korporasiyasına cərimə ödəyəcək. Şirkətlər arasında müqaviləyə görə, ABŞ İT nəhəngi müəyyən sayda “OLED” ekranların satın alınmasına görə üzərinə öhdəlik götürüb. Bu tələb yerinə yetirilmədiyi halda sifarişçi icraçıya cərimə ödəməlidir.

    Məlumata görə, “Apple” şirkəti “iPhone 12 mini” smartfonunun istehsal tempinin azalması səbəbindən lazımi sayda komponent hissələr almaqdan imtina edib. Blogerlərin əvvəlki məlumatına görə, “Apple” şirkəti 2020-ci ilin ən ucuz qabaqcıl modelinin aşağı satış həcmindən məyus olub və qurğunu istehsaldan çıxarmağa hazırlaşır.

    Problemlər, həmçinin “Samsung” tərəfindən tədarük edilən “OLED” panellərin 5,4 düym diaqonallı olması və “12 mini” modelindən başqa digər qurğularda istifadə edilə bilməməsi ilə əlaqədardır. Bundan başqa, “Apple” tərəfindən öhdəliklərin pozulmasına görə “Samsung Display” korporasiyasının “OLED” panellərinin tədarük həcmi bir ay ərzində 9 faiz azalıb.

    Anonim mənbə jurnalistlərə deyib ki, “Apple” şirkətinin “Samsung Display” korporasiyasına cərimə ödəyəcəyi məlum deyil, lakin kontraktlar tarixçəsi və “iPhone 12 mini” modelinin pis satışları nəzərə alınsa, bu, inandırıcı görünür. Kompensasiyanın məbləği açıqlanmır.

  • Mahir Emreli zədələndi

    Azərbaycan millisi Serbiya ilə DÇ-2022-nin seçmə mərhələ oyununda itki ilə üzləşib.

    “Report”un məlumatına görə, ikinci hissədə meydana daxil olan Mahir Emreli zədələnib.

    Əzələsi dartılan hücumçu 79-cu dəqiqədə Elvin Cəfərquliyevlə əvəzlənib.

    Qeyd edək ki, hazırda oyunda 2-ci hissə oynanılır və hesab bərabərdir – 1:1.

  • В Баку столкнулись два автомобиля, есть пострадавшие

    В столице произошло дорожно-транспортное происшествие.

    Как передает Report, инцидент зафиксирован в Наримановском районе.

    Так, в результате столкновения двух автомобилей пострадали Нигяр Айяр гызы Абдуллаева, 1979 года рождения и Руслан Рамин оглы Абдуллазаде, 2009 года рождения.

    Раненые с различными телесными повреждениями были госпитализированы.

  • Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Abdullayeva Nigar Əyyar qızı və 2009-cu il təvəllüdlü Abdullazadə Ruslan Ramin oğlu xəsarət alıb.

    Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Abdullayevaya döş qəfəsinin, R.Abdullazadəyə isə sağ baldırın əziyi diaqnozları qoyulub.

  • Lüksemburqun ermənipərəst oyunlarının sonu: Frank Engel partiya sədri vəzifəsindən istefa verdi

    Lüksemburqun Xristian Sosialist Xalq Partiyasının milli komitəsinin bu günlərdə yayımladığı bəyanata görə, partiyanın sədri Frank Engel öz vəzifəsindən istefa verib.

    Yerli RTL teleşirkətinin məlumatına əsasən, bu barədə xəbər F.Engelin mətbuata partiya sədri olaraq, öz gələcəyilə bağlı qəti qərar vermədiyini söyləməsindən bir neçə saat sonra açıqlanıb.

    Qeyd olunan bəyanatdan sonra keçirilən mətbuat konfransında keçmiş sədr öz adını təmizə çıxarmağa çalışıb. Belə ki, onun istefasına səbəb 2019-cu ildə “CSV Frëndeskrees ASBL” qeyri-kommersiya qurumu ilə saxta müqavilə bağlaması iddiası ilə partiya yoldaşlarının ölkə prokurorluğuna müraciət etməsi olub. Siyasətçinin adıçəkilən təşkilatdan məvacib aldığı da qeyd olunub. Lakin konfrans zamanı F.Engel qanunu pozmadığını və üzr istəyəcək bir əmələ yol vermədiyini bildirib.

    Qeyd edək ki, F.Engel öz ermənipərəst mövqeyilə tanınır. Odur ki, bədnam qonşularımızın təəəsübkeşliyini çəkən birisinin saxta işlərdə adının hallanması heç də təəccüblü deyil. Atalarımız əbəs yerə deməyiblər ki, atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar.

    Bir sözlə, Lüksemurqun ermənipərəst oyunlarının sonu belə də bitməli idi. Ümid edirik ki, antiazərbaycan təbliğatı və təxribatları ilə məşğul olan Almaniya siyasətçiləri lüksemburqlu həmkarlarının başına gələnlərdən ibrət götürəcəklər. Axı gec-tez onları da oxşar aqibət gözləyir. Bunu anlamaq üçün isə “mahir siyasətçi” olmaq heç də vacib deyil.

  • Bu ölkədə çimərliklərdə də maska taxmaq məcburi oldu

    İspaniya hökuməti ölkədə maska rejimi ilə bağlı qanunları sərtləşdirib.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, vətəndaşlar bu gündən küçədə, çimərliklərdə və digər açıq məkanlarda sanitar məsafədən asılı olmayaraq, maska taxmalıdır. Bu tələb 6 yaşdan yuxarı bütün şəxslərə şamil olunur. Maskadan istifadə, həmçinin, ictimai nəqliyyatda, şəxsi avtomobildə, qapalı məkanlarda 9 nəfərdən çox adam olarsa, məcburidir. Sərnişin gəmilərində yalnız kayutlarda maska çıxarıla bilər.

    Bu məhdudiyyətlər tənəffüs problemi olan, maska taxmağı idarə edə bilməyən əlillərə şamil olunmayacaq.

  • Bakı-Tbilisi-Bakı aviareyslərinin sayı artırılıb

    “Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəli törəməsi – “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşların sayını 3 dəfədən 4 dəfəyə qədər artırıb.

    “Report” xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Avisasiya Agentliyinin təsdiqlədiyi yay uçuş cədvəlində bildirilir.

    Bu ilin oktyabrın 30-na qədər qüvvədə olacaq cədvələ əsasən, reyslər çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək. Bakıdan Tbilisiyə uçuş saat 07:00-da, əks istimaqətə uçuş isə saat 10:10-da olacaq.

    Batumi beynəlxalq hava limanının yay uçuş cədvəlində Acarıstan paytaxtı və Bakı arasında aviareyslər yer almayıb.

    Cədvəldə Tbilisi hava limanından 24, Batumi aeroportundan isə 6 istiqamət üzrə müntəzəm reyslərin yerinə yetiriləcəyi qeyd edilib.

  • Azərbaycana 200 min dozadan çox “Pfizer-BioNTech” vaksini ayrılacaq

    “8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq”.

    Bunu GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs deyib.

    Onun sözlərinə görə, Azərbaycanda epidemioloji vəziyyət, koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda ilkin mərhələdə vaksinin azlığını nəzərə alaraq Azərbaycanın vaksinlə təminatı aprel ayına nəzərdə tutulub.

  • Ukrayna Ermənistanın ATƏT büdcəsini boykot etməsindən narahatdır

    Ukrayna aprelin 1-dən etibarən ATƏT-in Xüsusi Monitorinq Missiyasının Donbasda fəaliyyətini dayandıracağından narahatdır. Hazırda 2014-cü ilin mart ayından etibarən münaqişə zonasında fəaliyyət göstərən missiyanın səlahiyyət müddətinin uzadılması məsələsi müzakirə olunur. Bu günlərdə bölgədə münaqişənin yenidən alovlanması təhlükəsi yaranıb. Rəsmi Kiyev isə hələ ki bütün məsələləri danışıqlar yolu ilə həll etməyə çalışır.

    Caliber.az-ın öncədən də xəbər verdiyi kimi, Ermənistanın bütövlükdə ATƏT-in, eləcə də təşkilatın Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbul edilməsi prosesinə mane olması barədə məlumatlar var.

    İrəvan belə bir addım atmaqla təşkilatın nüfuzuna və funksionallığına maddi zərbə vurub. Həmçinin, Kiyevə qarşı düşmən münasibət göstərib.

    Eyni zamanda Ukrayna Ali Radası başqa bir problemlə də qarşılaşıb. Belə ki, ATƏT-in Donbasda fəaliyyət göstərən missiyası martın 31-də öz müddətini başa vurur. Bir qayda olaraq, hər il onun fəaliyyəti bir il müddətinə artırılırdı. İndi yenidən qərar verməyin zamanıdır.

    Bu yaxınlarda Ukrayna Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar müəyyən problemlərin ortaya çıxdığını bildirib. İş burasındadır ki, ATƏT-in bütün qərarları konsensusla qəbul olunur və hazırda təşkilatda fikir birliyi yoxdur.

    Bununla bağlı ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:

    “Aprel ayının əvvəlindən etibarən ATƏT Rusiya-Ukrayna silahlı münaqişəsinin həllinə yardım üçün əsas vasitəsini itirə bilər”.

    Bununla yanaşı, nazirlik ATƏT missiyası olmadan “təhlükəsizliyin təmin edilməsinə zəmanət verən Minsk razılaşmaları və Normandiya formatında əldə edilmiş razılaşmaların müddəalarının həyata keçirilməsinin kritik şəkildə çətinləşəcəyi” qənaətinə gəlib.

    Qeyd edək ki, bir qədər əvvəl Ukrayna ATƏT-in münaqişə bölgəsindəki fəaliyyətini yenidən qurmağı təklif edib. Mövcud mülki müşahidəçilərin əvəzinə, bölgəyə sülhməramlı funksiyaları olan polis patrullarının göndərilə biləcəyi vurğulanıb. Lakin bu ideya dəstəklənməyib. İndi isə Ermənistanın hərəkətləri ucbatından müşahidə missiyası da şübhə altında qalıb.

    Xatırladaq ki, Ukraynanın beynəlxalq təşkilatlar yanındakı nümayəndəsi Yevgeni Simbalyuk “Ukrinform”a ATƏT-in Donbasdakı işinin niyə bu qədər vacib olduğunu izah edib.

    “Başqa bir missiyamız yoxdur. BMT, AB və ya NATO-nun himayəsində heç bir sülhməramlı missiyamız yoxdur. Bölgədəki beynəlxalq təmsilçi yalnız ATƏT-in Xüsusi Monitorinq Missiyasıdır və bu səbəbdən də onun fəaliyyətinin davam etməsi bizim üçün çox vacibdir”, – deyə Y.Simbalyuk bəyan edib.

    İndi Ukrayna rəsmiləri Simbalyukun sözlərinə əlavə edərək bildirirlər ki, bölgədəki vəziyyətin kəskinləşməsi fonunda ATƏT-in missiyası olmadan, Rusiya qoşunlarının Ukraynanın nəzarətindən kənar ərazilərə daxil olması mümkündür. Rəsmi Kiyevin mümkün halın əleyhinə olduğunu nəzər alsaq, bu, daha genişmiqyaslı bir qarşıdurmaya səbəb ola bilər.